Bir aya yaxındır koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfovdan xəbər var.
“lent.az”a açıqlama verən müğənni bildirib ki, səhhəti yaxşılığa doğru getmir:
"Özüm xəstəxanaya getmirəm. Şəxsi həkimim var, onun nəzarəti altındayam. Həm də evdə mənimlə daha yaxşı maraqlanırlar. Səhhətimdə irəliləyiş hiss etmirəm. Əvvəl necəydimsə, indi də eləyəm. Öskürək var və nəfəs almaqda çətinlik çəkirəm. Çox danışa bilmirəm".
Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra ona Türkiyədə qaraciyər köçürülmüşdü.