Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs həbs edildi
28-04-2021, 11:33
128

Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs həbs edildi

Hüquq-mühafizə orqanlarında istintaq edilən cinayət işlərinin icraatına xitam verilməsi adı ilə vətəndaşların pulunu ələ keçirmiş şəxsin qanunsuz əməlləri ifşa edilmişdir
Baş Prokurorluqdan verilən məlumata görə, barələrində prokurorluq və daxili işlər orqanlarında aparılan cinayət işlərinin icraatına xitam verilməsi adı ilə vətəndaşların yaxınlarından külli miqdarda pul alınmasına dair daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılan istintaqla Cavanşirov Fəxrəddin Süleyman oğlunun Baş Prokurorluğun İstintaq idarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə icraata xitam verilməsi və seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə köməklik göstərəcəyini həmin işlər üzrə təqsirləndirilən şəxslərin yaxınlarına yalandan vəd verərək onlardan guya münasibəti olduğu səlahiyyətli vəzifəli şəxslərə vermək adı ilə ümumilikdə 165 min manat məbləğində pulu almasına, bu qanunsuz əməlləri ilə də vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.
İş üzrə toplanmış ilkin sübutlarla Fəxrəddin Cavanşirova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Oxşar xəbərlər

Həbsdə olan direktora qarşı dələduzluq edən müəllim də tutuldu
Özünü məmur kimi təqdim edib dələduzluq edən şəxs HƏBS EDİLDİ
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə
Dələduzluq edən "vəzifəli şəxs" SAXLANILDI
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə HƏBS EDİLDİ
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Vüqar Səfərli ilə birgə həbs olunan Nadir Məmmədov apelyasiya şikayəti verdi
Rafael Cəbrayılov həbs olundu – Rəsmi
3,2 milyon manat mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Prokurorluq Masallı Mərkəzi xəstəxanası ilə bağlı MƏLUMAT YAYDI
Baş Prokurorluqdan şirkət rəhbərinin həbsi ilə bağlı AÇIQLAMA
Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə HƏBS QOYULDU
BŞİH-in Aparat rəhbəri həbs edildi - RƏSMİ AÇIQLAMA
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Bakıda şirkət rəhbərinin qanunsuz əməlləri ifşa edildi
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
"Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” - ŞOK AÇIQLAMA
Göyçayda rüşvət alan vəzifəli şəxslərin həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Saxta vaksin sənədi yazan vəzifəli şəxslərə cinayət işi açıldı
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
"Cənnət Bağı"nın rəhbərinə cinayət işi açıldı
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
Nazim İbrahimovun qardaşı HƏBS EDİLDİ
Azərbaycanda daha bir vəzifəli şəxs HƏBS EDİLDİ
İcra başçısı həbs edilən rayonda bu məmurlara da cinayət işi açıldı
“VTEK“ əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Lisey direktorunun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda vəzifəli şəxsin mülkinə həbs qoyuldu