Qarabağda 1 mina bu qiymətə zərərsizləşdirilir – Şok rəqəm
29-04-2021, 10:43
94

Qarabağda 1 mina bu qiymətə zərərsizləşdirilir – Şok rəqəm

Mina probleminin miqyasının müəyyən olunması və həmin məsələnin beynəlxalq arenada qaldırılması məqsədi ilə beynəlxalq təşkilatlardan bəzisini ölkəmizə dəvət etmişik. Bununla əlaqədar may ayında nüfuzlu təşkilatın Azərbaycana səfəri gözlənilir.
Bunu ARB-24-ün “İş vaxtı” verilişinə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. O bildirib ki, Minalar Əleyhinə Konvensiyanın illik konfranslar üzrə prezidentinin Azərbaycana gəlməsi ilə bağlı danışıqlar aparılır:
“Bundan başqa, bu sahədə tanınmış şəxslərin, dünyaca məşhur kinoaktyorların Azərbaycana gəlməsinə çalışırıq. Hesab edirəm ki, dəvət olunun dövlət nümayəndələrinin və beynəlxalq təşkilatların hazırladıqları hesabatlar sayəsində biz o xəritələri ala biləcəyik”.
H.Səfixanov qeyd edib ki, Rusiyanın vasitəsi ilə Ermənistana müəyyən təzyiqlər göstərilərək minalanmış ərazilərin xəritəsini almaq mümkün olar:
“Rusiya üçtərəfli bəyanatın bir tərəfidir. Ərazidə xidmət edən rus sülhməramlıların özü də minalanmış ərazilərdən əziyyət çəkirlər. Bu səbəbdən Rusiya sülhməramlıları və beynəlxalq təşkilatların özü bu işdə maraqlı olmalıdır. Xəritə Azərbaycana təhvil verilməlidir ki, ərazilərimiz minalardan sürətlə təmizlənsin. Çünki minaların təmizlənməsi külli miqdarda vəsait və vaxt aparan prosesdir. Bir minanın zavodda istehsalı 3-30 dollar, onun tapılıb çıxarılması isə 300-1000 dollara qədər vəsait tələb edir”.

Oxşar xəbərlər

Qarabağın bərpası niyə ləngiyir? - Rəsmi açıqlama
İndiyədək 3000-ı yaxın vətəndaşımız minaya düşüb, 525 nəfər həlak olub
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verə bilərmi? - “Hakimiyyət dəyişsə...“
Bərdə-Ağdam dəmir yolu xətti minalardan təmizlənir
Suriyada minalanmış ərazilər 2 601 insanın ölümünə səbəb oldu
Ermənilər Füzulidə eyni yerdə üç və dörd mina basdırıblar
Laçın polisi minalar aşkar etdi
Azərbaycan XİN Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi
Rusiya və Azərbaycan işğaldan azad olunmuş əraziləri minalardan təmizləyir - VİDEO
Yaponiya Ermənistana Azərbaycandan 3 dəfə çox yardım ayırdı
Xocavənddə minalar aşkar edildi
Orada minlərlə mina var, hələ də çıxarmağa davam edirik - Mina təmizləmə üzrə əməliyyat meneceri
Mina xəritələri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
İrəvandan 1 trilyon təzminat tələb ediləcək? - İqtisadçı
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan təmizləndi
Əslində atəşkəsdən sonra işğalçı ordu minaların xəritəsini təhvil verməliydi...
Suqovuşan təmizlənir…
Zəngəzur bu qaydada Azərbaycana qaytarıla bilər... - AÇIQLAMA
"Ermənistan bu gün də mina xəritələrini verməkdən imtina edir" - Nazir
"Bizdə mina sahələrinin xəritələri yoxdur" - İlham Əliyev
Muzdluların Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlanıb
Rusiya MN-dən Laçının Azərbaycana təhvil verilməsi barədə açıqlama
Cəbhəboyu ərazilərdən son xəbər
Müharibədən sonra 117 km-dən çox yol minalardan təmizlənib
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib
Azərbaycanlılar Avropada Ermənistana qarşı kütləvi aksiyalar keçirildi - FOTOLAR
Ceyhun Bayramovdan hərbi əsirlərlə bağlı AÇIQLAMA
“Qarabağda atəşkəsə böyük ölçüdə riayət edilir, prosesləri nəzarətdə saxlayırıq” - Akar
Qarabağda 117 km-dən çox yol minalardan təmizlənib
Əsirlikdə olan daha 2 şəxs Azərbaycana QAYTARILIB