Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini, 1982-ci il təvəllüdlü Azər Abdullayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 29, 149.1-ci (zorlamaya cəhd etmə) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gündəlik Bakı Publika.az-a istinadən xəbər verir ki, məhkəmə prosesində hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Məlum olub ki, 1985-ci il təvəllüdlü Xavər Niyazovanın (şərti ad-soyad) həyat yoldaşı vəfat etdikdən sonra o, 2012-2014-cü illərdə həmkəndlisi Azər Abdullayevlə qeyri-rəsmi nikah münasibətində yaşayıb. Lakin onların birlikdəliyi uzun çəkməyib və ayrılıblar. Bundan sonra mütəmadi olaraq A.Abdullayev qeyri-rəsmi nikahda yaşadığı qadını döydüyü, ona fiziki işgəncələr verdiyinə görə o, Xavərin şikayətləri əsasında 3 dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə 2020-ci ildə cəzaçəkmə müəssisəsindən buraxılan Azər qadını güdmək və onunla haqq-hesab çəkmək qərarına gəlib.
Hadisənin baş verməsi
İttiham aktından məlum olur ki, A.Abdullayev azadlığa çıxıb kənddəki evinə qayıdandan bir müddət sonra Xavərin bacısı ilə birlikdə gecə saat 22 radələrində evdən çıxdığını görüb. O, məhəlləyə gəlmiş "Mercedes” markalı taksinin çınqıllı yolun əsas yola birləşdiyi ərazidə sürəti azaltmasından istifadə edərək maşına yaxınlaşıb və Xavərin oturduğu tərəfdən arxa qapını açaraq onu tutub. Qadını küçənin ortasında yumruq və təpiklə döyməyə başlayan Azər taksi sürücüsünün ona mane olmasına imkan verməyərək "Ailəmdir, uzaq dur”, deyib. Hadisə vaxtı Xavərlə birlikdə maşında olan bacısı Xumar (ad şərtidir) isə qaçaraq evdəkilərdən kömək istəməyə gedib.
Küçənin ortasında zorla soyundurdu
Bu zaman daha əvvəl qeyri-rəsmi nikahda yaşadığı qadını döyməyə davam edən A.Abdullayev onu sürüyərək yaxınlıqdakı bağ sahəsinə salıb və bütün paltarlarını cıraraq əynindən çıxarıb. O, özü də qurşaqdan aşağı soyunaraq Xavəri zorlamağa çalışıb. Bu zaman Xavərin qardaşı Ramin (ad şərtidir) özünü çatdırıb və onlar dalaşmağa başlayıblar. Xavər Niyazova isə lüt vəziyyətdə küçə ilə qaçaraq yaxınlıqdakı qonşunun evinə daxil olub. Burada qonşu qadın ona geyinməsi üçün paltarlar verib. Ailə üzvləri oraya gələrək onu evlərinə aparıblar.
Zərərçəkmiş qadın bu barədə polisə zəng edərək məlumat verib.
Tilovları götürüb balıq tutmağa getdi
Hadisədən sonra evə gələn Azər balıq tilovlarını götürərək Kür çayının sahilinə gedib və polislərin onu axtaracağını bildiyi üçün 1 sutkaya yaxın evə gəlməyib. Hadisənin sabahısı günü günortadan sonra o, evə qayıtdıqda polislər tərəfindən saxlanılıb.
Məhkəmədə ifadə verən A.Abdullayev Xavəri döysə də, onu zorlamaq fikrinin olmadığını deyib və ittihamı rədd edib. Şahid kimi ifadə verən qonşu qadın isə Xavərin onların evinə qaçaraq və üstü-başı bulaşmış vəziyyətdə tamamilə lüt vəziyyətdə gəldiyini, Azərin də hadisə vaxtı küçədə qurşaqdan aşağı çılpaq olduğunu bildirib.
Xavərin bacısı isə ifadəsində gecə saat 22 radələrində kəndə çağırdıqları taksi ilə Ağstafanın Poylu kəndində yaşayan bacısıgilə getmək istədiklərini bildirib.
Məhkəmə qərar verdi
Məhkəmə qeyd edilən maddələr üzrə A.Allahverdiyevi təqsirli bilərək onun 5 il müddətində azadlıqdan məhrum edilməsinə qərar verib.
Azərbaycanda BİABIRÇILIQ: Kişi keçmiş arvadını maşından zorla endirib, küçədə lüt soyundurdu və…
29
aprel
12:24

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı
Azərbaycanda kişi məşuqəsini bıçaqladı
Hamilə arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başladı
Azərbaycanda gənc 8-ci sinif şagirdini qaçırıb cinsi əlaqədə oldu - CİNAYƏT İŞİ
“Hövsanlı Mayıl”ı qətlə yetirən şəxsin məhkəməsi başlayır
Məhkəmə hakimi vəfat etdi
Ata Abdullayev bu əməllərinə görə də həbs OLUNUBMUŞ - O zaman şərti iş alıbmış...
Azərbaycanda DƏHŞƏT: Kişi arvadını boğaraq ÖLDÜRDÜ
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
Bakıda qaynata kürəkənini güllələdi
Şuşanın keçmiş icra başçısının oğluna hökm oxundu - Arvadını öldürmək istəmişdi
Arvadının universitet müəllimləri ilə intim əlaqəsindən şübhələndi — Bakıda şok olay
Sevgilisini öldürən Günelə hökm oxundu - 10 il cəza verildi
Bakıda yetkinlik yaşına çatmayan qız əkiz uşaq dünyaya gətirib - Təfərrüat
Ucarda dəhşət: Ər arvadını bıçaqladı
Bərdədə faciə: Qardaş bacısını öldürdü
Kişi keçmiş arvadını çapacaqla ölümcül hala saldı
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
Qızına qarşı əxlaqsızlıq edən ata həbs edildi
Arvadını öldürmək istəyən şəxs həbsxanada intihar etdi
Sabiq icra başçısının oğlu məhkəmə qarşısında
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
Nofəl Süleymanlının güllələnməsi ilə bağlı cinayət işi açıldı
Bakıda ŞOK OLAY: Həkim müalicə üçün gələn qadına təcavüz etdi
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
30 yaşlı kişini qətlə yetirən şəxs tutuldu - RƏSMİ
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Azərbaycanda daha bir erməni terroçu barədə cinayət işi başlanıldı
Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...
- Bu ölkədə skuter qadağan edildi
- "Bozbash pictures"in dağılma səbəbi
- "Liderlər əsl kişi xarakterini nümayiş etdirirlər və təslim olmurlar" - Putin
- Baş nazir: “Hindistan 25 ildən sonra inkişaf etmiş ölkəyə çevriləcək”
- "Ukraynada xüsusi əməliyyatı BMT Nizamnaməsinə uyğun keçiririk" - Putin
- Bilal Əliyevdən onu “TikTok”a görə təhqir edənlərə: “Hamısını məhkəməyə verəcəyəm”
- Rusiya müharibənin Ukraynanın hansı bölgəsində bitəcəyini açıqladı
- Şirvan Olimpiya İdman Kompleksində nələr baş verir..? - Kompleksin üzgüçülük hovuzları susuzluqdan çartlayır..
- Bakıda QƏZA: 3 avtomobil toqquşdu
- Quba və Şabran rayonlarının meşə ərazisində YANĞIN
- Azərbaycan-Rusiya dövlət sərhədində 186 ədəd sərhəd nişanı quraşdırılıb
- GEM-in direktoru Sara Həsənovanın arxasında hansı icra başçısı dayanır..? - Sara Həsənova barəsində “KİRPİ” jurnalı yazsaydı...
- Dilarə Əliyeva: "Onun dərdindən 18 yaşında ərə getdim" (VİDEO)
- "Diriliş Ertuğrul"un aktyoru evləndi - FOTOlar
- Türkiyə ordusu şəhid verdi
- Ağdam sakini Bakıda tutuldu - Üzərindən 9 kq marixuana çıxdı
- “Müğənnilər toylara getməsə, yamaqlı şalvarda gəzərlər” – Akif İslamzadə
- İrandan Azərbaycana narkotik keçirməyə cəhd etdilər
- Abşeronda ər arvadını bıçaqladı
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın daha 7 tankı məhv edilib"
- Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi
- Ermənistanda qaçhaqaç: ermənilər ölkələrini belə tərk edir - VİDEO
- Daha bir quru yük gəmisi Ukrayna limanını tərk edib
- Hirkan Park Otel xanım müştəriyə qarşı tərbiyyəsizlik