Bəzi bölgələrdən quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
29-04-2021, 13:41
84

Bəzi bölgələrdən quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının İvanovo vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Fransa Respublikasının Overn-Rona-Alplar inzibati ərazi vahidində Aueski xəstəliyi, Bolqarıstan Respublikasının Haskovo, Rumıniya Respublikasının Timiş, Slovakiya Respublikasının Bratislava inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının İvanovo vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Fransa Respublikasının Overn-Rona-Alplar regionundan diri donuzların və donuz mənşəli məhsulların, habelə Bolqarıstan Respublikasının Haskovo, Rumıniya Respublikasının Timiş, Slovakiya Respublikasının Bratislava inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasından, Fransa, Bolqarıstan, Rumıniya, Slovakiya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxşar xəbərlər

İrandan Azərbaycana quş ətinin gətirilməsi dayandırıldı
Daha iki ölkədən quş əti idxalı məhdudlaşdırıldı
Bu bölgələrdən Azərbaycana quş ətinin idxalı QADAĞAN EDİLDİ
Bu bölgələrdən quş ətinin gətirilməsi DAYANDIRILIR
Üç ölkədən quş əti idxalına qadağa QOYULDU
Bu ölkələrdən Azərbaycana ət idxalı qadağan olundu
Azərbaycan İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq etdi
Bu məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyuldu
Quş ətinin idxalına məhdudiyyət: Yoluxma qeydə alınıb?
Azərbaycan daha iki ölkədən quş əti idxalına məhdudiyyət qoydu
AQTA-dan quş qripi ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Azərbaycan “quş qripi” xəstəliyinə görə riskli ölkə sayılır
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
Yenə yararsız at satışı - Qarşısı alındı
AQTA quşçuluq məhsullarının satışı ilə sahibkarlara müraciət etdi
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
"Quş qripi"nin Azərbaycanda yayılma riski artıb
AQTA 155 obyektdə pozuntular aşkarladı
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
"Veysəloğlu”nun idxal etdiyi toyuq qiyməsi yararsız çıxdı
“Quş qripi“ səbəbi ilə 410 min toyuq məhv ediləcək
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
29 ictimai iaşə müəssisəsi barəsində inzibati tədbirlər görülüb
“1 manatlıq” dönərxanlar bazardan çıxarılır - RƏSMİ
İrandan gətirilən xurma yararsız çıxdı
Bakıda it və pişiklərdən koronavirus testi götürüldü - FOTO
“Al Market”in Azərbaycana gətirdiyi ədviyyatda kif göbələyi aşkarlandı