Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
11-06-2020, 14:00
184

Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Qeyd olunan şəhər və rayonların ərazisində göstərilən müddətdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).
Bəs, görəsən, bu günlərdə cəza müddəti bitən məhbusların azadlığa buraxılması ilə bağlı məsələ necə tənzimlənəcək? İctimai nəqliyyatın işləmədiyini nəzərə alsaq, məhbuslar evlərinə necə gedəcək?
Oxu.Az məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, bu kimi hallar olarsa, operativ qərargahın karantin tələblərinə ciddi riayət olunacaq.
Eyni zamanda qeyd olunub ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən sərt karantin rejimi dövründə cəza müddəti bitən məhkumların azad olunması həmişə olduğu kimi, qanunvericiliyə uyğun prosedurlar çərçivəsində icra ediləcək.
Ədliyyə Nazirliyindən sorğuya verilən cavab oxucular üçün daha aydın olsun deyə, məsələ ilə bağlı Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyevin mövzuya aydınlıq gətirməsini istədik. 
O bildirdi ki, mövcud vəziyyətlə bağlı sərt karantin günlərində azadlığa buraxılan məhkumlara müvafiq arayışlar veriləcək:
“Məhkumlara verilən müvafiq arayışlar onların istənilən yerə rahat gedə bilməsini təmin edir. Digər məsələ ola bilər ki, artıq keçmiş məhbusların yaşayış yerlərinə çatması ilə bağlı problemləri olsun. Bu zaman Penitensiar Xidmət məsələnin həlli istiqamətində tədbirlər görməlidir.
Çünki cəza müddəti bitən məhbusun əlavə bir saat belə cəzaçəkmə müəssisəsində saxlanılması yolverilməzdir. O, dərhal azadlığa buraxılmalıdır. Eyni zamanda, həmin şəxslər üzrlü hesab edildiyi üçün heç bir halda karantin rejimini pozmuş hesab edilə bilməzlər. Azadlığa çıxan məhkumların yaşayış yeri şəhər və ölkə xaricindədirsə, hazırda ora gedə bilmirsə, Penitensiar Xidmət həmin şəxslər üçün müvafiq yataqxanalar da təşkil etməlidir. Azadlığa çıxan məhkumların bütün yol xərcləri dövlət tərəfindən, yəni Penitensiar Xidmət tərəfindən qarşılanır. 
Eyni zamanda ictimai nəqliyyatın fəaliyyət göstərməməsini nəzərə alaraq, həmin şəxslərə nəqliyyat vasitələrinin təmin edilməsi məsələsi də müvafiq qaydada Penitensiar Xidmət tərəfindən nəzərə alınmalıdır. Bütün bunlar praktikada da mövcuddur. Penitensiar Xidmət öz vəzifəsini kifayət qədər qanunamüvafiq şəkildə həyata keçirir”.

Oxşar xəbərlər

Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verdi
Avqustun 31-dək qüvvədə olan qadağalar
Bu gündən kafe və restoranlar açıldı
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır – BNA
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Daha bir məhdudiyyət aradan qaldırıldı
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
Bakı metrosu bu gündən BAĞLANIR
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı
Şənbə-bazar şəxsi maşınların hərəkətinə icazə veriləcək - Açıqlama
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
İri ticarət mərkəzləri sentyabrın 30-dək bağlı qalacaq
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
13 şəhər və rayonlarının ərazisinə bəzi şəxslərin giriş-çıxış qaydası məlum olub
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb
Bakı metrosu sabah açılır - RƏSMİ + VİDEO
Azərbaycanda daha bir məhdudiyyət tətbiq edilir
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Nazirlər Kabinetinin bu səlahiyyəti LƏĞV OLUNUR
Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi