Əli Həsənovla bağlı ŞOK İDDİALAR... - TV aparıcıları Həsənovun məhəbbət toruna necə düşüb?
30-04-2021, 11:46
48

Əli Həsənovla bağlı ŞOK İDDİALAR... - TV aparıcıları Həsənovun məhəbbət toruna necə düşüb?

Bir vaxtlar “əli ətəyindən uzun olan”, dövlətçilik ideyasını kökünə qədər məhv edən, ölkənin media cameəsini “böyrü üstə” qoyan bir Əli Həsənov vardı. İndi vəzifədə olmasa da, “qılıncının sağının da, solunun da” kəsdiyi vaxtlarda etdiyi “əməllər”in üstü yavaş-yavaş açılır. Əli Həsənov təkcə medianı məhv etməyib, təkcə ideologiyaya zərbə vurmayıb. O həm də televiziyaların divarları arasında əxlaqdan kənar hərəkətlərin yayılmasına rəvac verib. Mövzu əxlaqdan düşəndə həyatımda rastlaşdığım bir hadisəni xatırlamadan keçə bilmirəm. Yadımdadır universiteti bitirdiyim bir neçə il olardı. O vaxt işlədiyim region televiziyalarından birindən yeni ayrılmışdım. Özümə iş axtara-axtara gəlib çıxdım ATV-yə. Yaxşı xatırlayıram, kanala müsabiqə yolu ilə işçi götürürdülər.

Amma nə hikmət idisə, əsas qapıdan içəri yalnız qısa ətəkli, gözəl simalı qızlar buraxılırdı. Biz isə əlavə girişdə müsabiqəyə girmək üçün növbə gözləyirdik. Əlqərəz, burada mənə növbə çatmayacağını yəqin etdikdən sonra, əsas girişdən keçən və bir neçə dəqiqədən sonra gülə-gülə bayıra çıxan qızlardan birinə yaxınlaşdım. Sevincək mənə işə qəbul olunduğunu dedi. Daha təfərrüata varmadan oradan uzaqlaşdım. O vaxt baş verənləri indi tam təfərrüatı ilə anlayıram. Sən demə, jurnalistika təhsili və qabiliyyəti olmayan bu “gözəlçə”lər televiziyalara işə düzələrək sonradan eyş-işrəti özünə peşə seçən Əli Həsənov üçün “yem”ə çevriliblər. Həmin “gözəlçə”lər sonradan Həsənovun “xeyir-duası” ilə gündüzlər televiziyalarda aparıcılıq ediblər, gecələr isə sabiq media maqnatına “həmdərd” olublar. Bütün bunlar bir faktdır. Mən hələ televiziyalara işə düzələrkən verilən ilk sualdan danışmıram. Bir dəfə televiziyalardan birinin xəbər rəhbəri söhbət zamanı mənə “Sən Əli Həsənovu vurmusan” sualını verəndə heç təəccüblənmədim.

Çünki illərlə televiziyalarda işə düzəlmək istəyənlərin bəlkə də hamısına verilib bu sual. Təəssüf ki acı həqiqətdir bu… Onu da qeyd edim ki, bütün bu faktlar barədə bir vaxt Həsənovun yanında işləyən şəxslər də danışıblar. Lakin məlum səbəblərdən onların kimliyi haqda yazmamağı daha məqsədəuyğun hesab edirəm. Həmin şəxslərin dili ilə desək, Əli Həsənova, onun dayısı oğlu Məmməd Cəfərov və digər yaxın ətrafına televiziyalardan “gözəlçə”ləri taksi ilə aparıblar. Sonradan eyş-işrət məclisinin iştirakçılarının hamısı televiziyalarda vəzifə sahibləri olublar.

Təəssüf ki, bu gün də Əli Həsənovun tör-töküntüləri media cameəsində “at oynadırlar”. Özü vəzifədə ola-ola, iqtidarda təmsil edilə-edilə “İqtidar bu gün var, sabah yoxdur” deyən bir adamdan bundan artıq nəyisə gözləmək də sadəlövhlük olardı. Mediada Həsənovun haqsızlıqları ilə üzləşənlərin, onun “qara siyahısı”na, işini itirməmək, yaxud “karyera” qurmaq üçün, məhəbbət toruna düşənlərin ən böyük gözləntisi yalnız və yalnız İlahi ədalətdir. Çünki bu dünyanın məhkəməsindən canını qurtarsa də, Əli Həsənovun HAQQ mühakiməsindən qaça bilməyəcəyi dəqiqdir…

Natiq Səlim,

KONKRET.az

Oxşar xəbərlər

Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Əli Həsənov daha bir media rıçaqını itirir
Köhnə sistem, təzə köməkçi – Əli Həsənovun kadrları medianı necə buxovlayır?
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia
Əli Həsənov istintaqa cəlb edilə bilər - Açıqlama
Əli Həsənovun Bakıdakı buyruqqulusu kimdir? - İDDİA
Əlinin dərdi var, Əli xəstədir
"Əli Həsənov son 5-6 ildə Prezident olmaq istəyirdi" - İŞ APARIRMIŞ...
"Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt ittiham
Əli Həsənov hökuməti belə aldadırmış
Əli Həsənov şantaja keçir: Siyasi alver
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
Əli Həsənov mediadan birdəfəlik gedir
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?
Əli Həsənov "AzərKitab"ı necə məhv etdi? - "Kitab mağazalarını ət dükanına çevirdi"
“Demişdim ki, Ağdama sürünə-sürünə gedəcəm... ” - Arif Babayev
Əli Həsənovun HÖKMÜ VƏ HİKKƏSİ... necə qüvvədə qalır?.. - Onun PA-da "yadigarı" var...
Bakı ŞİH-nin şöbə müdiri ZÜLFƏLİ İSMAYILOV HƏBS EDİLİR-VERDİYİ SAXTA SƏNƏDLƏRİN ÜSTÜ AÇILIR-ŞOK VİDEO
Əli Həsənov "Klivlend"də müalicə olunur
Əli Həsənov Azərbaycana gətirildi
Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş...“
Əli Həsənovun metodu ilə Əli Həsənovun yıxdığı medianı DİRÇƏLTMƏ PLANI... - NƏ BAŞ VERİR?
Əli Həsənov ANS-i də “almaq” istəyirdi! - ANS TV-nin rəsmisindən ŞOK İTTİHAM
Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edildi
Xalq şairi Əli Həsənovu "TOPA TUTDU" - "Onun Fətullah Gülənlə əlaqələrinin olması..."
Əli Həsənova aylıq 100 min manat ödəyənlər var idi - Ramiz Mehdiyev isə...
"Səfurəyə evlilik təklifi elədim, o isə..." -  İllər sonra açılan sirr
"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”