Saleh Məmmədova sual- RAQUB HƏSƏNOV NƏYI KIPLƏŞDIRIR – CƏNUB YOLLARINI, YOXSA, ÖZÜNÜN PULLARINI?
30-04-2021, 12:43
46

Saleh Məmmədova sual- RAQUB HƏSƏNOV NƏYI KIPLƏŞDIRIR – CƏNUB YOLLARINI, YOXSA, ÖZÜNÜN PULLARINI?

Bu gün sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sektorunda da davamlı şəkildə çoxşaxəli və irimiqyaslı layihələr həyata keçirilir. Həm paytaxt Bakıda, həm də regionlarda yol infrastrukturunun inkişafını təmin etmək məqsədilə görülən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səmərəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhz bu qurumun fəaliyyəti bu gün istər paytaxt Bakıda, istərsə də rayon və bölgələrimizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin edir.


Ancaq AAYDA-nın heç də bütün struktur bölmələri qarşılarına qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirə bilmirlər. Onlara rəhbərlik edən şəxslərin dövlətin, xalqın mənafeyinə deyil, öz şəxsi maraqlarına hesablanmış yarıtmaz fəaliyyətləri ucbatından.

Müsahibələrində Amerika iqtisadiyyatında ən yaxşı ənənələrin müəllifi kimi tarixə düşən prezident D.Eyzenhauerdən həvəslə sitatlar gətirən, onun ilk layihələrindən biri olan “Sürətli yol proqramı”nı tərifləyən “7 saylı Magistral Yol İstismarı” MMC-nin rəisi Raqub Həsənov yəqin ABŞ tarixini ora qədər oxumayıb, bilsin ki, Duayt müəllim ölkəsində korrupsiyaya qarşı ciddi mübarizə aparıb, qohumbazlıq əlaqələrinə əsaslanan işbirliyini qətiyyən qəbul etməyib. Adam sutkada 15 saatdan artıq işləyib və kabinetinin qapısı hər zaman açıq olub.

Cəhd eləyin görək, indi Raqub Həsənovla görüşmək o vaxt Eyzenhauerin qəbuluna düşmək qədər asandırmı? Yaxud, gəlin görək, Həsənovun yan-yörəsində qohumları azmıdır? Satınalmalar üzrə onun rəhbərlik etdiyi MMC ilə tərəf müqabili olan, faktiki R.Həsənovun özünə məxsus firma de-yure kimin adınadır və o şəxs rəisin yaxın adamı deyilmi? Və yaxud, R.Həsənov qiyməti 250 min manat olan son model “Lexus” avtomobilini, Bakıdakı villasını, yeni “göydələn”lərdəki 10-a yaxın mənzillərini, Lənkəranda restoranını və s. halal maaşı ilə qazanıb?

Bu sualların siyahısını uzatmaq da olar. Əlbəttə ki, vəzifə maaşı ilə bu qədər kapitala yiyələnmək mümkün deyildir. Bunca mülk-səltənətin, var-dövlətin mənbəyini düşünəndə adamın ağlına gələn ilk fikir bu olur ki, rəis yollara döşədiyi asfaltın keyfiyyətindən oğurlayıb. Etibarlı mənbələr bildirirlər ki, Lerik yolu hər il iki dəfə təmir olunsa da, yenə də keyfiyyəti qeyri-qənaətbəxşdir.

Nəzərə alanda ki, “7 saylı Magistral Yol İstismarı” MMC-nin inşa etdiyi və ya yenidən qurduğu yolların bir çoxunun açılışında ölkə prezidenti, vitse-prezident şəxsən iştirak ediblər, o halda həmin yolların keyfiyyətindən oğurluq edilməsi həmin mötəbər şəxslərin aldadılması kimi başa düşülməlidir.

Əgər R.Həsənova kapitalının siyahısını göstərib “bəs bunlar hardandır” sualını vermək çətindirsə, onda gərək gördüyü işlərin tikinti layihəsinə, norma və standartlara uyğunluğu araşdırılsın. Yoxlanılsın ki, “yararsız” adı ilə qazılıb çıxarılmış kimi göstərdiyi qruntlar həqiqətənmi yararsız idi? Çıxarılmayıbsa, demək, əvəzinə yararlı material tökülməsi, əks-dolğu və kipləşdirmə işləri də kağız üzərində görülüb. Qatbaqat döşəmiş kimi hesabatlarında göstərdiyi yeni asfalt-beton örtüklərin qalınlığı ölçülməlidir. Özü də seçmə üsulla, Satılmış Ağa deyən yerdə yox, Rıpkı əfəndi göstərən yerdə. Laborator üsulla yoxlamaq lazımdır ki, yolun çiyin hissələrinin bərkidildiyi qum-çınqıl qarışığının tərkibi nə dərəcədə optimaldır.

Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.

Deryaz.az

Oxşar xəbərlər

Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrıldı - SƏRƏNCAM
Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb
Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı - FOTOLAR
Bakıda piyadaların təhlükəsizliyinin artırılması ilə bağlı tədbirlər görülür
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu
Kəlbəcərə yol çəkilişi başlandı
“Şimal-Cənub” layihəsi ilə  bağlı Azərbaycan ərazisində işlər başa çatıb
İlham Əliyev Qubada yol tikintisinə pul ayırdı
Azad olunmuş ərazilərə avtobus marşrutu nə vaxt olacaq?
İlham Əliyev Dövlət Agentliyinə 10,05 milyon manat ayırdı
Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - Yeniləndi
"Aylardır yola daş tökülüb, avtomobilimiz dağılır" - GİLEY
Saleh Məmmədov Bakı-Quba yolunun açılışında dövlət başçısından nələri gizlətdi?
Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq
Prezidentdən 6 min nəfəri sevindirəcək SƏRƏNCAM
68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşmaq üzrədir - FOTOLAR
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Azərbaycanda yüksək rütbəli məmur virusa yoluxub?
AAYDA Oğuz-Şəki avtomobil yolunun çəkilişində normativ qaydalara necə əməl edir?
Saleh Məmmədov özünü biabır etdi: “Çəkdiyimiz yolu yenidən sökməli oluruq”
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
Prezident fərman İMZALADI
Qarabağda yeni avtomobil yolu çəkilir
İlham Əliyev Bakı-Quba yolunun açılışında iştirak etdi - FOTOLAR
İlham Əliyev sərəncam imzaladı
Erməni vandallarından qurtulan XVlll əsrə aid məscidi “Polat Yol Yapı” şirkəti dağıdıb
Füzuli-Şuşa yolu ilə bağlı yeni AÇIQLAMA
Bakıda fəhləni maşın vurub öldürdü
“Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə düşünməliyik” - İlham Əliyev