AZƏRBAYCANDA VARLILAR ÜÇÜN LÜKS HƏYAT TƏRZİ BAHALAŞIR - Yeni vergilərin tətbiqi nə vəd edir?
12-06-2020, 12:30
255

AZƏRBAYCANDA VARLILAR ÜÇÜN LÜKS HƏYAT TƏRZİ BAHALAŞIR - Yeni vergilərin tətbiqi nə vəd edir?

Azərbaycanın istehlak bazarının idxaldan asılılığı hələ də yüksək səviyyədədir. Bu, təbii ki, ölkə iqtisadiyyatı üçün olduqca təhlükəli haldır və milli valyutamıza ən əsas təzyiq vasitələrindən biridir.

Daxili istehsal, qeyri-neft sektorunun lazımi səviyyədə inkişafı təmin olunmayınca, bu mənzərə dəyişməyəcək. Lakin digər tərəfdən idxalın yüksək səviyyədə olması büdcəyə bu sahədən böyük məbləğdə gömrük və vergi rüsumlarının daxil olmasına şərait yaradır. Təbii ki, bu daxilolmalar nə qədər çox olsa da, idxaldan asılılığın iqtisadiyyata vurduğu ziyanı kompensasiya edə bilməz. Ancaq buna baxmayaraq, daxili istehsalın lazımı səviyyədə olmadığı bir şəraitdə hökumət idxal gömrük rüsumları və vergilər hesabına büdcə daxilolmalarının artmasında maraqlıdır ki, bu da başadüşüləndir.

Azərbaycana xaricdən gətirilən bahalı avtomobillər və lüks əşyalar üçün gömrük rüsumlarının artırılacağı barədə məlumatlar göstərir ki, hökumət büdcə gəlirlərinin təmin olunmasında varlıların iştirakını artırmaq niyyətindədir. Belə ki, bir neşə gün əvvəl bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı təkliflər artıq hazırdır və layihə hökumətdə müzakirə olunur: “Bunlar əsasən lüks malların istifadəçilərinə, tütün, eləcə də avtomobillərin idxal edilməsinə aiddir. Söhbət minik maşınlarından gedir, onlaranın daha yüsək aksizlər və vergilərə cəlbi nəzərdə tutulur ki, bunun hesabına dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun”. Əldə etdiyimiz məlumatlara görə, bu siyahıya bəzi alkoqol məhsulları da aid ediləcək.

Göründüyü kimi, hökumət vergi yükünün bir hissəsini varlılara şamil etməklə büdcəyə mədaxil səviyyəsini artırmaq niyyətindədir. Çünki burada söhbət kütləvi istehlak malları kateqoriyasına daxil olmayan brend məhsullardan gedir. O məhsullar ki, onlara tətbiq edilən xüsusən ƏDV və gömrük rüsumlarının artırılması, yəni onların bahalaşması ölkədəki ümumi qiymət səviyyəsinə təsir etməyəcək və kasıb əhalinin maraqlarına toxunmayacaq.

Belə görünür ki, bu dəyişiklik xüsusilə bahalı avtomobillərin idxalında daha çox öz sözünü deyəcək. Çünki Azərbaycandakı varlıların lüks həyatının əsas tərkib hissələrindən biri məhz bahalı avtomobillərdir. Bunu ölkədə, xüsusilə də paytaxt Bakıda dəyəri yüz minlərlə dollarla hesablanan olduqca çoxlu sayda avtomobilin olması da təsdiqləyir. Yeni dəyişikliklə artıq bundan sonra idxal olunacaq lüks avtomobillərin indikindən xeyli baha başa gələcəyi gözlənilir.

Lakin hələlik “lüks”, “bahalı” deyərkən hökumətin məhz hansı məbləğləri nəzərdə tutduğu bilinmir. Ona görə də varlılar üçün dəbdəbəli malların idxal rüsum və vergilərinin artırılması hesabına büdcənin nə qədər əlavə vəsait qazanacağını proqnozlaşdırmaq çətindir. Ancaq istənilən halda bu rüsumların artırılması müsbət hal kimi qiymətləndirilə bilər.

Mütəxəssislər qeyd edirlər ki, oxşar təcrübə demək olar əksər aparıcı dünya ölkələrində mövcuddur və bunun hesabına büdcəyə kifayət qədər samballı vəsait daxil olunması təmin edilir. Sərvət vergisinin tətbiqi ilə bağlı ABŞ, eləcə də Avropa İttifaqı ölkələrinin böyük təcrübəsi var. Həmin vergilərdən daxil olan məbləğlər əsasən sosial layihələrin dəstəklənməsinə yönəldilir. Elə qardaş Türkiyədə də artıq uzun illərdir bu təcrübə mövcuddur.

Bir sözlə, əgər sözügedən rüsum və vergi artımı doğrudan da əhalinin yalnız varlı, dəbdəbəli həyat tərzi sürən kəsiminə təsir göstərəcəksə və büdcə daxilolmalarını artıracaqsa, bunu bir qədər gecikmiş olsa da belə, ədalətin bərpası hesab etmək olar.
AzPolitika.info

Oxşar xəbərlər

Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Prezident İlham Əliyev: "Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir"
Gömrük əməkdaşları üçün seminar keçirilir
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
Bakı Baş Gömrük İdarəsində nə baş verir?
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Elə bil ki, Azərbaycan hazırda “qısır döngə”yə girib – MANATIN TALEYİ
Devalvasiyanın zərəri və xeyri: Hökumət iyunda qərar verə bilər... (ŞƏRH)
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
"Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir" - İlham Əliyev
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Azərbaycan Prezidenti: “Maksimum şəffaflıq olmalı, korrupsiyaya son qoyulmalıdır”
Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
Deputat: “190 manatı heç bir halda kəsmək olmaz”
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Anbarda qalan 10 milyon maska: - Yerli maska niyə satılmır?
Prezident açıqladı: Bundan sonra neft gəlirləri...
Ölkəyə gizli yolla 243 ədəd kosmetik vasitələr keçirmək istədi
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
Monopolistlərin yenə "çiçəyi çırtladı" - Vətəndaş isə əlavə xərcə düşəcək
Qara dənizdə tapılan təbii qaz nələri dəyişdirəcək?..
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı
Gömrük Komitəsi yeni daşınma qaydalarına aydınlıq gətirdi
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” - Prezident
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb