20 qəpiklik maska əlilə niyə 20 manata başa gəlir? - ETİRAZ
3-05-2021, 11:16
40

20 qəpiklik maska əlilə niyə 20 manata başa gəlir? - ETİRAZ

 Bir qrup əlilliyi olan şəxs daxili işlər naziri , korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü, general-polkovnik Vilayət Eyvazova müraciət edib. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

“Hörmətli cənab nazir!

Sizə üz tutmağımızın başlıca səbəbi Bakı Nəqliyyat Agentliyinin (BNA) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 13.4 və “Yol hərəkəti haqqında” qanunun 53-cü, 64-cü maddələrinə zidd olaraq əlilliyi olan şəxslərin idarə etdikləri avtomobillərə parklanma yerləri ayırmamasından, hər dayanma-durmada 20 manat cərimə yazmasındandır. Biz əlilliyi olan şəxslərik, elə olur bir dərmanı tapmaq üçün 5-6 aptekə baş vururuq. Heç birinin yanında da parklanma yeri yoxdur. Elə ki, maşını saxlayırıq ki, düşək, məsələn, 20 qəpiklik maska alaq, məlum olur ki, BNA 3.28-3.30 (“dayanma-durma qadağandır”) qadağan nişanlarının pozulmasına görə 20 manat cərimə yazıb . Beləcə, 20 qəpiklik maska əlilə 20 manata başa gəlir. Elə olur ki, hansısa “tapılmayan” dərman üçün 5-6 aptekə dəyməli oluruq. Dərmanı tapıb-tapmamağımız bir yana, hər aptekin yanında iki-üç dəqiqəlik dayanıb durmağa görə 20 manat hesabı ilə toplam 120 manat cərimə “qazanırıq”. Əlilliyi olan şəxslərə belə “bahalı” (qanunsuz) yanaşma tərzini bir qırağa qoyaq , axı, “Yol hərəkəti haqqında” qanunun 64-cü (“Qadağan nişanları”) maddəsinin 4-cü hissəsində 3.2, 3.28-3.30 qadağan nişanlarının qüvvəsinin əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə şamil edilmədiyi təsbit olunub! Eyni zamanda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 13.4 maddəsində və “Yol hərəkəti haqqında” qanunun 53.X maddəsində yazılıb ki, parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq ) əlilliyi olan şəxslər üçün ayrılır. BNA niyə indiyədək parklanma yerlərinin ayrılmasını təşkil etməyib? Belə çıxır, bilərəkdən parklanma yerləri təşkil olunmur ki, cərimə tətbiq etsinlər? Gündəlik tələbat mallarına görə getdiyimiz marketlər bir yana qalsın, axı, biz dərmansız, pandemiya dönəmində maskasız keçinə bilmirik. Heç olmasa , apteklərin yanında parklanma yerləri ayrılsın ki , 20 qəpiklik maskaya görə, əlilliyi olan şəxs 20 manat ödəməyə məcbur edilməsin.

Sizdən müraciətimizin inzibati qaydada araşdırılmasını, bizim ağır tibbi-sosial durumumuzu nəzərə alıb, əlilliyi olan şəxslərə əsassız yazılan cərimələrin ləğvi üçün səlahiyyətlərinizdən yararlanmağı, BNA-nı durdurmağınızı diləyirik”

Hörmətlə:

Nurəddin İsmayılov

Xaliq Abbaszadə

Müşfiq İsmayılov

Mirbaba Əhmədov

Eldar Yusifov və b."

Oxşar xəbərlər

BNA Qarabağ əlillərinə QƏNİM KƏSİLİB... - NƏ BAŞ VERİR?
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
"Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" - Əlil maşınlarına kəsilən cəzlar
Dayanma qadağan deyil, lakin BNA cərimə yazır
Şirkətlər və sahibkarlar üçün - YENİ CƏRİMƏLƏR
Sürücülər 120 milyon manata yaxın cərimə edildi
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
Sürücülərin nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz
Əli Əsədovdan əliliyi olan şəxslərlə bağlı mühüm QƏRAR
Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi
Cəlilabadda reyd: sürücülər cərimələndi
Bu şəxslərin təqaüdləri artırıldı – Siyahı
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Qazilər avtomobillə növbədənkənar təmin olunur
Sabah Bakıdakı işıqforlar fərqli qaydada işləyəcək
DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA
Vüsal Kərimlinin qoçuları: BNA 10 kameralı cərimə yazan texnika gətirib – FAKTLAR
SON DƏQIQƏ! DYP əhaliyə müraciət etdi: Hər kəs oxusun!
Diqqət: Azərbaycanda maska taxmayanlar bu məbləğdə cərimə olunacaq
Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi? - RƏSMİ
Vüsal Kərimlinin pul yığan qoçuları... - İTTİHAM
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
"Parklanma yerləri pulsuzdur!" - VİDEO
Açıq havada qoruyucu maska taxmayanlar cərimələnəcək
Polis əhaliyə maska ilə bağlı müraciət etdi - Video
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
Şəxsi avtomobildə maska taxılması məcburidirmi? – “Mənasız bir şeydir”
Maska taxmaq vacib olan yerlər (SİYAHI)
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH