Azərbaycan təyyarələri Qarabağdan havaya qalxacaq - TARİX AÇIQLANDI (FOTOLAR)
3-05-2021, 11:59
87

Azərbaycan təyyarələri Qarabağdan havaya qalxacaq - TARİX AÇIQLANDI (FOTOLAR)

"Füzuli hava limanının tikintisi intensiv şəkildə davam etdirilir. Hazırda limanın, enmə zolağının və yardımçı tikillilərin inşaatına 500-ə yaxın işci cəlb olunub".
Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib.
O bildirib ki,  hava limanının uzunluğu 3 km olacaqdır.
"Eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Füzuli hava limanının əsas infrastrukturunun bu il sentyabrın 5-dək hazır olması gözlənilir. Bu ilin payızında hava limanı ilk uçuşları həyata keçirə biləcək".
Bəs Füzuli hava limanının əhəmiyyəti nədir?
"Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir".
Millət vəkili qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir. Onun sözlərinə görə hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan da vacibdir.

Oxşar xəbərlər

"Bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik" - Prezident
Füzuli nəqliyyat qovşağına çevriləcək
AZAL-dan Laçın və ya Kəlbəcərdə tikiləcək aeroportla bağlı açıqlama
Füzuli hava limanının iqtisadiyyata faydası nə olacaq?
Xankəndi hava limanına kim nəzarət edəcək? - AÇIQLAMA
ŞOK İDDİA: Ruslar Xankəndi hava limanını işə salır? - Belə deyirlər...
Yağış gücləndi, yollarda sürət həddi endirildi -  XƏBƏRDARLIQ
Bakının əsas yollarında sürət həddi endirilib
Heydər Əliyev Aeroportu nüfuzlu mükafata layiq görüldü - FOTO
Bakının əsas magistral yollarında sürət həddi ENDİRİLDİ
Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb
Bakının bu yollarında sürət həddi endirildi
Bakının əsas magistral yollarında sürət həddi endirildi
Böyük Britaniyada hava taksilərindən istifadə olunacaq
Sürücülərin DİQQƏTİNƏ: bəzi küçə və prospektlərdə...
Bu yollarda sürət həddi endirildi
AZAL-dan şəhidə HÖRMƏTSİZLİK - PUL TƏLƏB ETDİ
Füzuli-Şuşa yolu və Füzuli aeroportunun təməli qoyuldu - FOTOLAR
Azərbaycanda 35 milyon manatlıq şirkət yaradıldı
ABŞ-da güclü qar fırtınası: 2 min təyyarə reysi ləğv edildi
Bakıda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi
Azərbaycan Rusiyaya məxsus təyyarələri hava məkanına buraxmadı - VİDEO
Yaxın 3 gün ərzində hava necə olacaq?
Azərbaycanın təyyarə parkı genişləndiriləcək - İlham Əliyev AÇIQLADI
İlham Əliyev “Boeing” Şirkətinin prezidentini qəbul etdi
Türkiyə ilk “hava-hava” tipli raketini sınaqdan keçirdi - Video
Sabah hava necə olacaq?
Azərbaycana səfər edənlər bu qaydalara əməl etməlidirlər!
Sabahın hava proqnozu açıqlanıb