Bank əməkdaşı 5 milyonluq dələduzluğa görə məhkəmə önündə - Pullar Rusiyaya göndərilib
3-05-2021, 12:20
30

Bank əməkdaşı 5 milyonluq dələduzluğa görə məhkəmə önündə - Pullar Rusiyaya göndərilib

5 milyon manatlıq dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılır. O, ayrı-ayrı şəxslərdən turizm sahəsində iş qurmaq, xarici ölkələrə səfərlər təşkil etmək adı ilə pul alıb. Həbs edilən şəxs deyir ki, iş gördüyü adamlardan aldığı pullara görə aylıq faizlər verib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi ilə külli miqdarda dələduzluqda ittiham olunan Orxan Ağayevin cinayət işi üzrə məhkəmə araşdırması hakim Azad Məcidovun sədrliyi ilə davam edir.
İttihama görə, O.Ağayev turizm sahəsində iş qurmaq adı ilə xüsusi ilə külli miqdarda pulu, 5 milyon manatı ayrı-ayrı şəxslərdən alıb. Bir müddət aldığı pullara görə qazanclar qaytarsa da, sonradan həmin şəxslərin pulunu ödəməyib.
Elan olunmuş ittihamla O.Ağayev özünü təqsirli bilmir. O deyir ki, pulu faizə alıb, amma heç kimin etibarından sui-istifadə edərək dələduzluq etməyib.
Orxan Ağayev ifadəsində göstərib ki, 2013-2015-ci illərdə “Bank Standart”da, 2016-2017-ci illərdə isə “Kapital Bank”da çalışıb.
Daha əvvəl də cinayət məsuliyyətinə cəlb edilən, məhkəmənin hökmü ilə şərti cəza alan O.Ağayev bildirib ki, həmin zaman müdiryyətin qanunsuz göstərişlərini icra etdiyi üçün məsuliyyətə cəlb edilib. Özünün günahl olmayıb.
O.Ağayev ifadəsində göstərib ki, Sinqapurda təhsil aldığı müddətdə İvanov Sergey Aleksandrevic adlı şəxslə tanış olub və sonradan aralarında dostluq münasibətləri yaranıb. Dostu Sergey sonradan turizm sahəsində çalışıb və əsasən də Rusiya vətəndaşlarının Sinqapura səfərlərini təşkil edib.
Bundan sonra Orxan Ağayev də Sergey vasitəsi ilə turizm sahəsində çalışmağı qərarlaşdırıb:
“Turizmə yatırmaq və Sergeyin gördüyü işdən pul qazanmaq üçün ilk olaraq ona özüm 5 min dollar göndərdim. Pulu qeyri-rəsmi yolla “Zaminbank”dan göndərirdim. Daha sonra başqa məbləğlər də göndərdim. Qazancı da qeyri-rəsmi yolla alırdım və ya Segeyin adamı Alek Bakıya gələndə mənə gətirirdi. Bu işin qazanc gətirdiyini gördüyüm üçün başqa şəxslərdən aldığım pulları da bu sahəyə yönləndirmək qərarına gəldim”- O.Ağayev ifadəsində göstərib.
O.Ağayev istintaqdakı ifadəsində deyib ki, bu məqsədlə birinci bibisi oğlu Cavid Əkbərdən 200-220 min dollar alıb. Həmin puldan 100 min dolları qazanc olaraq geri qaytarıb və indi 90 min dollar borcu qalır.
Bibisinin qızının əri olan Tərlan Allahverdiyevdən 400 min dollar alan O.Ağayev 300 min dolları faiz kimi geri qaytardığını söyləyir.
Eyni qaydada Rauf Rəhimovdan bacısının oğlu Xəyal vasitəsi ilə 800 min dollar pul alıb və 500 min dollar qazanc olaraq qaytarıb.
Taleh Hüseynəliyevdən faizə 700 min dollar aldığını, 400 min dollarını qazanc olaraq qaytardığını deyən O.Ağayev qalan məbləğin qarşılığında 30 min dollar dəyərində “Yaguar”, şərikli aldığı “Viano” markalı maşını, 12 min dollara aldığı “Vito” markalı maşınını verdiyini və nağd şəkildə 19 min dollar qaytardığını bildirib.
“Aqil İbrahimovdan 90 min dollar alıb, 35-40 min dolları faiz kimi qaytarmışam. Tərlan Abdinovdan 200 min dollar alıb, 120 min dollar qaytarmışam. Qoşqar Həmidovdan 13 min 500 dollar alıb, faiz olaraq 4 min dollar qaytarmışam. Mən faizləri vaxtında verirdim. Sonra Sergeyin işləri yaxşı getmədi. Pulları verməməyə başladı. Mən heç kimə işi Sergeylə gördüyümü deməmişdim. Sonra pul aldığım şəxslər məndən şikayət etdi. Pul aldığım adamları işi hansı şəkildə gördüyüm maraqlandırmırdı. Sadəcə pulun faizini tələb edirdilər”- deyə O.Ağayev ifadəsinə əlavə edib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmişlərin bir neçəsi ilə barışıq əldə edilib. O.Ağayevin yaxınları zərərin bir hissəsini ödəyib.
Qeyd edək ki, O.Ağayevə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq; xüsusi ilə külli miqdarda törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.L

Oxşar xəbərlər

Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Sabiq hakim Lətif Nəbiyev yarım milyon manatı niyə alıb? – Təfərrüat
Həbs edilən idarə rəisi bəraət aldı - məhkəmə zalından azadlığa çıxdı
10 milyonluq mənimsəmə - Həbs edilən direktor hakim qarşısında
İki il əvvəl həbsdən çıxan şirkət rəhbəri yenə dələduzluqda ittiham edilir
Azərbaycanda partiya sədri məhkəmədə qandallandı
"Pullar nazir müavini Əli Abdullayevdədir" - Dələduzluqda ittiham olunan sabiq hakimdən etiraf
“AGBank”da yarım milyonluq mənimsəmə - sabiq deputatın adamları hakim qarşısında
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Həbsdə olan müəllimənin əri Ramiz Mehdiyevin qohumu imiş...
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Professor oğlu olan universitet müəllimi külli miqdarda dələduzluqda ittiham olunur
Qubada axundla intim videosu yayılan qadın niyə hakim önünə çıxarılır?
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək - TƏFƏRRÜAT
Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
49 qadının saxlanıldığı kafenin sahibini infarkt vurdu
DSMF-nin 7 vəzifəli şəxsi hakim qarşısında
Deputatın qardaşı oğluna hökm oxundu
Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs həbs edildi
Şirkət direktoru həbs edildi - 2 milyonluq dələduzluq
2 milyonluq dələduzluq edən qadının həbsi barədə rəsmi məlumat
Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...
Keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi - Azərbaycanda BİR İLK
3,2 milyon manat mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Azərbaycanda daha bir vəzifəli şəxs HƏBS EDİLDİ
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
“Mən ağıllı adamam, ona görə də imkanlıyam” – “Şərurlu İsfəndiyar”