Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
12-06-2020, 20:00
174

Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?

Nazirlər Kabineti yanında Operativ Qərargah 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərt karantin rejimi elan edilən ərazilərdə apteklərin fəaliyyətinə icazə verib.
Sərt karantin rejimi tətbiq edilən Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində apteklərin işləməsi qaydaları müəyyən edilib.
Qaydalara görə, apteklərin fəaliyyətinə icazə verilsə də, həmin günlərdə bu obyektlər sərbəst fəaliyyət göstərə bilməyəcək. Belə ki, qeyd olunan tarixlərdə sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib. Yəni, apteklər yalnız sifariş əsasında müştəriyə lazım olan dərman preparatını vətəndaşın evinə çatdıra bilər. Karantin günlərində apteklərdən açıq satışa, müştəri qəbul etməyə icazə verilməyəcək. Bu günlərdə aptek işçilərinin sərt karantin elan olunan ərazilərdə hərəkətinə də xüsusi qaydalar əsasında icazə var. Belə ki, sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol veriləcək. Yəni aptek sahibi həmin günlərdə işləyəcək əməkdaşlarının ad-soyadını və fəaliyyət göstərən aptekin ünvanını "icaze.e-gov.az" portalına daxil etməlidir.
Bundan sonra fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək. Sərt karantin günlərində hər hansısa dərman preparatı lazım olan vətəndaş bu sayta daxil olmaqla yaxın ərazidə hansı aptekin fəaliyyət göstərdiyini müəyyən edəcək və zəng vasitəsilə sifarişini verə biləcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) isə sərt karantin günlərində aptek sahiblərinə dərmanların pulsuz çatdırılmasını tövsiyə edib.

Qurumun şöbə müdiri Yaqut Qarayeva Trend-ə açıqlamasında bildirib ki, bu prosesdə aptek sahibləri sui-istifadə hallarına yol verməməlidirlər: "Gündəlik istifadə edilən dərmanların əvvəlcədən tədarük edilməsi tövsiyə olunur. Amma bəzi təxirəsalınmaz hallarda dərmanlar ünvana çatdırıla bilər".

Oxşar xəbərlər

SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı
Bu gündən kafe və restoranlar açıldı
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Avqust karantinin son ayı olacaq?
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
13 şəhər və rayonlarının ərazisinə bəzi şəxslərin giriş-çıxış qaydası məlum olub
Gürcüstanda avtomobillərin hərəkətinə qoyulan qadağa götürülüb, aqrar bazarlar açılıb
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
Bu sürücülər 400 manat cərimələnəcək
Nazirlər Kabineti rəsmisindən icazəsi olanların qeyri-iş günlərində SMS-lə hərəkəti ilə bağlı AÇIQLAMA
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
Çörək zavodunun işçiləri iyunun 15-də işə gələ biləcək - RƏSMİ
Rayonlara gediş-gəlişlə bağlı rəsmi açıqlama
Azərbaycanda daha bir məhdudiyyət tətbiq edilir
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Bu qadağa da aradan qaldırıldı
Bu gündən avqustun 24-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ