Rüstəm Kərimli məhkəmə hakimdir , yoxsa inzibati orqanların vəkili? - İTTİHAM
3-05-2021, 15:32
40

Rüstəm Kərimli məhkəmə hakimdir , yoxsa inzibati orqanların vəkili? - İTTİHAM

"İki il üç aydır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı pensiyamın düzgün hesablanması və xaricdə müalicəmin təşkilindən 25 ildir qərəzlə imtina edilməsinə hüquq qiymət verilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsində iddia qaldırmışam. Məhkəmənin 09.04.2019 tarixli qərardadı ilə iş 1 saylı Bakı İnzibati Məhkəməsinə göndərilib. Şikayətlərim də təmin olunmayıb və Ali Məhkəmə 12.02.2020 tarixli qərardadla işin hazırkı Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qərara alıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "14 aylıq süründürməçilikdən sonra 02.04.2021-ci ildə ilk iclas keçirilib və cavabdehin nümayəndəsi heç bir rəsmi etiraz bildirmədən iddianın onlara aid olmadığını bildirib . Məhkəmə (hakim Rüstəm Kərimli) iddianı dəqiqləşdirməyə 19.04.2021-ci il tarixinə kimi vaxt verib. Bu müddətdə 3-cü şəxs qismində Maliyyə Nazirliyini göstərməklə dəqiqləşdirilmiş iddiamı və əlavə etdiyim sənədləri məhkəmənin elektron poçt ünvanına göndərmişəm və qəbul olunub. İclas günü -19 aprel 2021-ci ildə 2 vəsatət verib, ilkin pensiyamı təyin edən DİN-in 2-ci cavabdeh və cavabdehin bəhanəsini kəsmək üçün ƏƏSMN-in tabeliyində olan DSMF-in və yanındakı Xüsusi Şərtlərlə Təyinat İdarəsinin, ƏƏSMN-in Sosial Xidmətlər Agentliyinin və ƏƏSMN-in əlillik siyasəti şöbəsinin işə cəlb edilməsini xahiş etdim. Hakimin köməkçisi vəsatətimin dəftərxanadan hakim Rüstəm Kərimliyə verildiyini doğruladı. Saat 14-15-də iclasa başlayan məhkəmə dəqiqləşdirilmiş iddiam üzrə çıxışıma imkan vermədi və cavabdehin cavabdehlik daşımaması haqqında və bu səbəbdən iddianın mümkün sayılmaması haqqında çıxışını dinləyib , saat 18-də qərarın telefonumuza zənglə bildiriləcəyini dedi. Düzü, qərarın telefon zəngi ilə veriləcəyini ilk dəfə eşidirdim və ağlıma gəlməzdi ki, məhkəmə hakimi də, cavabdeh kimi, ƏƏSMN-in tabeliyində olan qurumların “müstəqillik” əldə etməsini qərara alıb , haqqı tapdalanın yox, tapdalayanın müdafiəsinə qalxacaq. Axşam 6-ya kimi və sonra da nə zəng edən oldu, nə məhkəmənin qərarı verildi .

27.04.2021-ci ildə mətbuatda hakim Rüstəm Kərimlinin Nərimanov bələdiyyəsinə qarşı iddia üzrə cavabdehlə qeyri-prosessual münasibət sonucunda icraata xitam verməsindən, bu qərardadı Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Vidadi Məmmədov) ləğv etməsindən və yenidən qərardadı ləğv edilən hakimin bir ildən çoxdur işə baxmamasından çıxış etdim. Elə yazı işıq üzü görən kimi, telefonuma Rüstəm Kərimlinin köməkçisindən 9 gündür gözlədiyim zəng gəldi ki, ƏƏSMN-ə qarşı iddiam mümkün sayılmayıb. Şübhəsiz, apellyasiya şikayəti veriləcək. Özbaşınalığa baxın, məhkəmə 2 il 3 aylıq süründürməçilikdən sonra qərara alıb ki, DSMF, TSEK (bu qurumun adı , ümumiyyətlə cavabdehlər sırasında yoxdur ) ƏƏSMN tabeliyində deyillər və cavabdehliyi ƏƏSMN yox, sözügedən qurumlar daşıyır. Naxçıvanlılar demiş, sözügedən publik hüquqi şəxs cavabdeh kimi göstərilib da, bə! Hələ üstəlik Sosial Xidmətlər Agentliyi, ƏƏSMN -in əlillik siyasəti şöbəsi də əlavə olunub . Cavabdeh ƏƏSMN tabeliyindəki qurumlara göstəriş verə bilmir ki, vətəndaşın tələbinə cavab versinlər? !

ƏƏSMN-in tabeliyində hazırda 5 qurumun olmasını nazirliyin saytı doğrulayır . Məhkəmə isə qərara alıb ki, ƏƏSMN heç bir cavabdehlik daşımır. Onda, bu yekəlikdə nazirliyi büdcə hesabına saxlamağın nə anlamı var? 3-cü şəxs Maliyyə Nazirliyi buna cavab verə bilərdi. Di gəl, hakim Rüstəm Kərimli bu nazirliyi də distant “məhkəmə şousu”ndan qıraqda saxlayıb. Hakim inzibati orqanların vəkildir, bəyəm? Qarabağ qazisi tənqidə görə , hətta 20 ildən çoxdur müalicə hüququndan məhrum edilib, məhkəmə hakimi də tənqidə görə, iddianı mümkün saymır".

Oxşar xəbərlər

Məhkəmələr məhkəmə hakimiyyətini heçə çıxarıblar - NARAZILIQ!
Qarabağ qazisinə qarşı məhkəmə - vəkil özbaşınalığı davam edir
Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır
Qaçqından 1100 manat “cərimə haqqı” tələb edilir - NARAZILIQ!
Vətəndaş ötür-ötür oyununda... - GİLEY
ƏƏSMN -də Heybət İmanovun “audit bazarlığı” - İTTİHAM
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Qarabağ qazilərinə qarşı cinayət işi sifariş verən hakimlər “yüksəlib” - NARAZILIQ!
ƏƏSMN Qarabağ Qazisinə qarşı SAVAŞ APARIR - NARAZILIQ!
Sahil Babayevin müavini məhkəmə qərarının qanuniliyini yoxlayır?! - ABSURD!!!
Məhkəmə qərarını icra etməyən Vəkillər Kollegiyası qazilərə pulsuz xidmət edəcək? - NARAZILIQ!
DSMF hələ də qanunları tapdalayır... - GİLEY
Bir nazirlik kəndini işğaldan azad edir... sevindirir, digər nazirlik isə... - GİLEY
İlqar Cabbarov 2 ildir Prezidentə, Konstitusiyaya və qanunlara sayğısızlıq göstərir - İTTİHAM
Şuşa şəhidinin atasından prezidentə müraciət - "“Dəmir yumruğu” işə salmağınızı xahiş edirəm..."
"İş 3 ildir ki, Nəsimi rayon məhkəməsində “karusel”ə mindirilib..." - GİLEY
Məhkəmə Əli Kərimlinin şikayətini təmin etmədi
Əlillik “oğru qanunu” ilə qiymətləndiril(m)ir - İTTİHAM
Heybət İmanov Ali Məhkəmənin qərarını “daxili nəzarət” qaydasında yoxlayır? - NARAZILIQ!
Sabiq hakim Lətif Nəbiyev yarım milyon manatı niyə alıb? – Təfərrüat
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Əlilliyin elektron müəyyən edilməsi qaydası, yoxsa “elektron dələduzluq” ? - NARAZILIQ!
Heybət İmanov pensiyaçılardan tutdurduğu şəxsə qarşı ifadə vermələrinə çalışır - İTTİHAM
"Akkord" məhkəmə QARŞISINDA
Heybət İmanovun Konstitusiyadan üstün olmasının şok səbəbi - 3-cü aydır güzəştli şərtlərlə pensiyaçılara ödəniş edilmir
Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi – FOTOFAKT
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Bələdiyyənin “teleqramı əsasında” qərar çıxaran Şəki İnzibati Məhkəməsi. .. Şəhid atasından “hüquqmüəyyənedici” sənəd tələb edilir
Zülfüqarlı qardaşlarına məxsus müəssisə məhkəməyə verildi - Səbəb...
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ