Eldar Əzizov bu icra başçısına irad tutdu
4-05-2021, 13:26
51

Eldar Əzizov bu icra başçısına irad tutdu

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırkı vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib. 
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son illərdə Prezident İlham Əliyevin səyləri nəticəsində Bakı şəhəri parklar şəhərinə çevrilib və bu prosses davam etməkdədir. Praktiki olaraq şəhərin bütün rayonlarında çoxsaylı parklar, bağlar və isirahət guşələri yaradılıb: “İDEA İctimai Birliyi və şəxsən təşkilatın rəhbəri Leyla xanım Əliyevanın  fəaliyyətinin nəticəsi olaraq  məhəllələrarası parklar yaradılıb və bu prosses inkişaf etməkdədir”. 
İcra başçısı qeyd edib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara  göstərilən qulluğun  səviyyəsi də atrmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn, Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir.
Müşavirədə ölkə başçısınin Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon İcra Hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb. Qeyd edilib ki, hər bir rayon İcra Hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır. Əgər ərazidəki park şəhər və ya rayon İcra Hakimiyyətinin balansında deyildirsə, bu zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir. Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, son vaxtlarda bəzi məmurlar problemləri həll etmək əvəzinə bir sıra bəhanələr gətirirlər ki, bu da yolverilməzdir. 
Daha sonra Eldar Əzizov bildirib ki, dünyada mövcud iqtisadi vəziyyətə baxmayaraq ölkə başçısının həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda iqtisadi inkişaf templəri nəinki qorunub saxlanılıb, həm də yeni imkanlar yaranıb: “İşğaldan azad edilmiş Qarabağda genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Biz isə dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərində abadlıq işlərinin templərini qorumağa və həm də əvvəl yaradılanların saxlanılmasına çalışmalı, həmçinin vətəndaşların müraciətlərinə diqqətli olmalıyıq”. 
Qeyd edilib ki, may ayının 20-dən sonra görülən işlərlə bağlı paytaxt rayonlarının İcra Hakimiyyətləri başçılarının hesabatları dinləniləcək. 

Oxşar xəbərlər

Bakı Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Naftalan şəhər İcra Hakimiyyətində dəyişiklik
Bakıda 551 küçə dezinfeksiya edildi
Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
İcra başçısı peyvənd olundu
Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?
Eldar Əzizov paytaxtın bağ təsərrüfatından il ərzində nə qədər qazanır?
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Şəmkirdə əməliyyat: icra başçısı saxlanıldı
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Koronavirusdan ölən icra başçısı dəfn olundu
İcra başçısına xanım müavin təyin olundu - FOTO
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
Paytaxtda təmizlik-dezinfeksiya işləri aparılıb
Eldar Əzizov köhnə kadrı Abid Əliyevə təzə, 77 min manata “Toyota” alır
İcra başçısına yeni müavin təyin edildi
Şəki İcra Hakimiyyətinin balansındakı stadion bərbad hala düşdü - FOTOLAR
Bakıda geniş dezinfeksiya işləri görüldü
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Səfir Bakı meriyasında - FOTO
Prezident icra başçısını işdən çıxardı