Azərbaycan PUA-ları şərti düşməni dəqiqliklə məhv edirlər - VİDEO
4-05-2021, 16:23
38

Azərbaycan PUA-ları şərti düşməni dəqiqliklə məhv edirlər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məşq prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda əldə etdikləri vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki uçuşlar və təlim-döyüş tapşırıqları icra edirlər.
PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar edərək qarşıya qoyulan tapşırıqları icra edir, müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.
Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulan xüsusi PUA-lardan istifadə olunur.
PUA heyətləri şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması, məhv edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarəedilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları da icra edirlər.
Təlim-məşq uçuşları çərçivəsində heyətlər praktiki döyüş atışları icra edərək şərti düşmən hədəflərini dəqiqliklə məhv edirlər.

 

Oxşar xəbərlər

Azərbaycan PUA-ları təlimdə - VİDEO
Minaatan batareyalarının döyüş atışlı təlim məşqləri davam edir - Video
Azərbaycan Ordusunun minaatan batareyaları döyüş atışları icra edir - FOTOLAR
Azərbaycan qırıcıları havaya qaldırdı - VİDEO
Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı keçirilir - Video
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Azərbaycan qırıcıları havaya qalxdı - FOTO/VİDEO
Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
Ordumuzun əməliyyat-taktiki təlimləri bu gün başa çatır
Ordumuzun təlimlərindən yeni görüntülər - VİDEO
Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək
Naxçıvanda Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirildi - VİDEO
Ordumuz 10 min nəfərlik heyətlə təlimlərə başladı - VİDEO
Ordumuzun sülhməramlıları təlim məşqləri keçirdi - Video
Cəbrayılda düşmənin böyük hərbi kalonu belə məhv edildi - VİDEO
Ordumuzun kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO
Düşmənin taktiki PUA-sı məhv edildi
Tanklarımız da hərəkətə keçdi - Müdafiə Nazirliyi video yaydı
Naxçıvanda hərbi təlim keçirilib
Azərbaycan Ordusunun zirehli texnikalarının təlimləri keçirilir
Tank bölmələrimiz döyüş atışları icra etdi - VİDEO
Azərbaycan və Türkiyə orduları birgə təlimlərə başladı
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Naxçıvan Qarnizonunun növbəti təlimi keçirildi - VİDEO
Zakir Həsənovdan Şuşa və Laçındakı birliklərə TAPŞIRIQLAR
Döyüş davam edir: Düşmən bu gecə də ağır itki verdi
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
Bütün istiqamətlərdə döyüş gedir: Düşmən ağır itki verdi
Qarabağdakı müharibə, PUA-ların tətbiqi Rusiya üçün də dərs oldu... - Polkovnik Viktor Baranets