Ağcabədi SSİ-də büdcə pulları hansı yollarla “tarmar edilir?” - İlginc FAKTLAR
5-05-2021, 16:09
82

Ağcabədi SSİ-də büdcə pulları hansı yollarla “tarmar edilir?” - İlginc FAKTLAR

Su təsərrüfatı ölkəmizdə əsas strateji sahələrdən biri hesab olunduğundan, son illər bu sahənin daha da inkişaf etdirilməsi qarşımızda duran əsas vəzifələrdən birinə çevrilib. Belə bir səbəb üzündən də, hal-hazırda bu sahənin inkişaf etdirilməsi, mövcud problemlərinin həlli və s, hər kəsdən əzmkarlıq tələb edir. Çünki, yaşadığımız ictimai həyatın bir sahəsi olan su təsərrüfatını inkişaf etdirmədən nə ərzaq bolluğuna, nə də ki, həlli vacib olan problemlərimizin həllinə nail ola bilərik. O halın varlığını da qeyd edək ki, hələ 2019-2024-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nda əsas prioritet məsələlərdən biri də, ölkəmizdə su təsərrüfatını inkişaf etdirmək, hər kəsin su ilə təminatının ödənilməsinə nail olmaqdan ibarətdir. Xüsusilə də, regionlarda bu məsələnin həlli daha aktuallıq kəsb etdiyindən, dövlət-hakimiyyət orqanlarının əsas diqqəti, məhz bu sahənin inkişafına yönəldilib.

Ümumiyyətlə, su insan həyatında əvəzolunmaz nemət olmaqla bərabər, həm də ictimai həyatımızın davamlı inkişafının təmin olunmsında əsas amillərdən biridir. Onu da qeyd etmək yerinə düşər ki, su təsərrüfatının inkişafı ictimai həyatımızın varlığı üçün önəmli olduğundan, ayrı-ayrı rayonlarda fəaliyyət göstərən suvarma sistemləri və melioservis idarələrinin, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər müəssisələrin iş fəaliyyətləri hər zaman diqqətimizi cəlb edib. Bir neçə gün bundan öncə GundemXeber.Az olaraq Ağcabədi Suvarma Sistemləri İdarəsində yaşanan biabırçılıqlarla bağlı redaksiyamıza xeyli məlumatlar çatdırılsa da, çatdırılan məlumatlarla bağlı adı çəkilən bu qurumun rəhbərliyindən məsələlərə münasibət öyrənmək istəyimiz heç bir nəticə vermədi. Hətta telefon zənglərimizə belə cavab verilmədi. Ona görə də çatdırılan məlumatlar haqda birtərəfli qaydada, yəni qarşı tərəfin mövqeyini öyrənmədən yayımlamağa məcbur olduq. Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, cənab Malik Mirzəyevin rəhbərlik etdiyi Ağcabədi SSİ-də qol qoyulan maxinasiyalar heç bir halda sərhəd tanımır. Buna səbəb, təkcə rayonun Hindarx qəsəbəsində yaşayan 20 nəfər şəxsin adının SSİ-də işdə getməsi, gündəlik həmin şəxslərdən cəmi 4 nəfərinin işə çıxmaları olur. Bundan əlavə, rəis Malik Mirzəyevin anadan olduğu Qiyaməddinli kəndindən də 30-40 nəfərin adı işdə getsə də, onlardan heç biri idarə üzü tanımırlar. Buna da əsas səbəb, həmin şəxslərin idarə rəisinin qohum-əqrəbaları olmalarıdır.

Çatdırılan məlumatlarda o da qeyd olunur ki, əgər hansısa bir şəxs iş yeri ilə təmin olunmaq istəyinə düşərsə, mütləq həmin şəxs rayonun Məşğulluq idarəsinə getdikdən sonra yolunu Malik Mirzəyevin rəhbərlik etdiyi Ağcabədi SSİ-dən salmalı olur. Yəni, iş axtaran şəxs bu yöndə məqsədini “çin etmək” üçün ilk əvvəl Ağcabədi SSİ-nin rəhbərliyi ilə “danışıb-barışır” və adını işçi olaraq (təmizlik işlərinə, yaşıllaşdırma işlərinə və s.) sənədləşdirtdirə bilir. Söylənilənlərə görə, belə bir razılaşma 3 (üç) min haqq-hesabın qarşılığında başa gəlir. Çox zaman həmin şəxslərin əksəriyyəti hansı idarədə “çalışdıqlarını”, idarənin hansı ünvanda yerləşdiyini unudurlar. Söylənilənlərə görə həmin şəxslərə məxsus əmək haqqı kartları rəis Malik Mirzəyevdə qalır. Başqa bir məlumatda o da vurğulanır ki, bu cür maxinasiyalarda Ağcabədi SSİ-nin rəhbərliyi rayonun Məşğulluq idarəsi ilə əlbir işləyir. Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Melorasiya və Su Təsərrüfatı ASC-nə yeni sədr təyin olunan cənab Zaur Mikayılov, Ağcabədi SSİ-nə və orada həyata keçirilən idarəetmənin incəliklərinə diqqətlə nəzər yetirib müvafiq qərarını verəcək. Yazıda qeyd olunan faktlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bu yöndə araşdırmamız davam edəcək.

GundemXeber.Az

Oxşar xəbərlər

Novruz Məmmədov nazirləri topladı
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
“Müharibəyə qalxsaq, bizi yox edəcəklər!” - Arutyunyan
İnam Kərimov Göyçayda videokonfrans keçirdi
Ermənistan ərzaq böhranı astanasındadır
Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır
Üç ölkə birgə bəyannamə imzaladı
40 min pakistanlı Azərbaycana gəldi – RƏSMİ AÇIQLAMA
“Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması müzakirə olunacaq“ - Hikmət Hacıyev
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Laçının iqtisadi potensialı : Turizm, kənd təsərrüfatı, heyvandarlıq
"Araz Rəhimov mənə 500 min dollar dəyərində ziyan vurub" - GİLEY
“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” - Prezident
EMIN ƏMRULLAYEVIN MƏKTƏB DIREKTORU “MAKLERLIK EDIR”- ŞOK FAKTLAR
Milli mətbuatın yaranmasından 145 il ötür
KTN-də Rəşad Vahabzadənin subsidiya saxtakarlığı: Və yaxud… – TOXUM SUBSİDİYASINDA “SOX-HA-SOX”
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
"Vüqar Əhmədova məktub da ünvanladıq..." - GİLEY
Xudafərin gömrük-keçid məntəqəsi yaradılır
"Əsas diqqəti bu məsələlərə yetirməliyik" - Dövlət başçısı
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
STRATEJİ YOL XƏRİTƏLƏRİNIN İCRASINDA MƏSULİYYƏTSİZLİK... – Nazirliklər proqramın icrasını necə təmin ediblər?
AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
Bakıda icra hakimiyyətləri ləğv edilir? - VİDEO
Azərbaycanla Pakistan arasında saziş imzalandı
İnam Kərimovun batırdığı daha bir sahə... - Belə davam edərsə...
"Sosial paket vətəndaşları bu böhrandan qoruyacaq" - Prezident
100 min hektar torpaq sahəsi su ilə təmin olunacaq - Prezidentdən tapşırıq
Azərbaycan dənizdəki küləkdən enerji istehsal edəcək
SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər