"Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğlunun törətdiyi qəza - 48 mini kim ödəyəcək?
5-05-2021, 17:13
76

"Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğlunun törətdiyi qəza - 48 mini kim ödəyəcək?

"Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğlunun lüks avtomobillə törətdiyi qəza ilə bağlı məhkəmə hələ yekunlaşmayıb. Sığorta şirkəti 48 minlik zərəri vətəndaşdan tələb edir.

Musavat.com xəbər verir ki, qəza hadisəsi 2019-cu ilin aprel ayında Binəqədi rayonu ərazisində baş verib. 90 ND 064 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 10 PP 122 dövlət nömrə nişanlı “Audi” markalı avtomobil toqquşub.

“Mercedes”in sürücüsü Nəriman Hacıyevdir. “Audi”nin sürücüsünün isə Cəfərli Əsəd Vüqar oğlu olduğu bildirilir.

İlkin araşdırmanın nəticəsində göstərilir ki, qəzanın baş verməsinə səbəb Nəriman Hacıyevin yol hərəkəti qaydasını pozmasıdır. Nəriman Hacıyev isə deyir ki, digər sürücü işıqforun qırmızı işığında keçib və qəzanın baş verməsinə səbəb olub.

Əsəd Cəfərlinin idarə etdiyi lüks avtomobilə 48 min 615 manat maddi zərər dəyməsi ilə bağlı ekspertiza rəyi var. Nəriman Hacıyev isə bu rəylə razılaşmır və zərərçəkənin özü olduğunu bildirir.

Bildirək ki, qəzadan sonra avtomobil təmir olunub və Vüqar Cəfərlinin adına keçirilib.

Nəriman Hacıyev barəsində inzibati tənbeh haqqında qərar Şəki Rayon Məhkəməsinin qərarı ilə ləğv olunub, işə xitam verilib. Bu gün Nəriman Hacıyev barəsində onun inzibati məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı qərar yoxdur. Belə olan halda şəxs barəsində subroqasiya qaydasında sığorta pulunun tələb edilməsi əsassızdır.

Lüks avtomobilə dəyən ziyanı tələb edən tərəf olan “Paşa Sığorta”nın Nəriman Hacıyevə qarşı qaldırdığı pul tələbinə dair Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində Şeyda Məhərrəmovanın sədrliyi ilə baxılacaq. 48 min manatın kimdən tutulması ilə bağlı qərar verəcək.

Amma məhkəmənin indiki mərhələsində sığorta şirkəti məhkəməyə yenidən müraciət edərək Nəriman Hacıyevə inzibati tənbeh verilməsini tələb edir. Çünki inzibati tənbehin olmayacağı təqdirdə sığorta şirkətinin dəymiş ziyanı ödətdirməsi mümkün deyil.

“Audi A7” markalı avtomobili idarə edən Cəfərli Əsəd Vüqar oğlu “Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğludur.

Mövzu ilə bağlı daha geniş məlumatı aşağıdakı linkdən ala bilərsiniz:

https://musavat.com/news/bakidaki-muemmali-qezada-sirler-acilir-luks-masin-akabe-insaat-in-direktoru-vuqar-ceferovun-adina-kecirildi-qalmaqalli-teferruat_780358.html

Oxşar xəbərlər

Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər - TƏFƏRRÜAT
Bakıda məscidin yanında yarım saat fərqlə İKİ QƏZA - FOTO
Ermənistanda hərbçi qəza törədib, 3 nəfər yaralanıb
Bakıda dəhşətli qəza - ANBAAN VİDEO
"Azərsu" rəhbəri Qorxmaz Hüseynovun kürəkəni qəza törətdi, günahı başqası boynuna aldı - VİDEO
Abşeronda 3 maşın toqquşub, polis əməkdaşı xəsarət alıb
Abşeronda minik avtomobili yük maşını ilə toqquşub, yaralılar var
Azərbaycanlı reper qəzaya düşdü - FOTO/VİDEO
Bakıda baş verən dəhşətli və müəmmalı qəzadan görüntülər- Video
Biləsuvarda dəhşətli qəza - traktorla yük avtomobili toqquşdu (FOTO)
"Kamaz"la mikroavtobusun toqquşduğu qəzanın görüntüləri yayıldı (VİDEO)
Bakı-Sumqayıt yolunda dəhşətli qəza
Ağcabədidə ağır qəza, 2 yaralı
Daşkəsəndə qəza, ölən və yaralanan var
Paytaxtda sürücü yuxulayaraq qəza törətdi - FOTO
Bakıda bahalı qəza: “Maserati”, “Jeep”, “Chrysler”…
Bakıda BMW “Mercedes”lə toqquşdu: Yaralanan var
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO
Təyyarə avtomobillə toqquşdu, pilot öldü
Yük maşını qəza törətdi - Yaralılar var
Bakıda 10 PP 400 nömrəli "Rang Rover" qaydanı belə pozdu - VİDEO
Bakıda səfirlik avtomobilindən özbaşınalıq - VİDEO
Sumqayıtda yol polisi əməkdaşı qəza törədib - FOTO
Rektor 1 milyona ev, 440 min manata cip aldı
İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu
Mayın 20-də Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.     Pravda.az-ın xəbərinə görə, K.Heydərova məxsus avtomobil işıqforun qırmızı işığında keçib və
Bakı-Qazax magistralında səfirlik avtomobili qəza törətdi - Xəsarət alan var
Abşeronda qəza: Bakı-Quba yolunda böyük tıxac yarandı - VİDEO
Şəmkirdə maşın ağaca çırpıldı: Ölən var