Oliqarx Deputat Ülvi Quliyev Idman Və Gənclər Naziri Olacaq?-Şayiələr Gəzir
6-05-2021, 11:32
67

Oliqarx Deputat Ülvi Quliyev Idman Və Gənclər Naziri Olacaq?-Şayiələr Gəzir

Bir neçə gün öncə Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov aprelin 30-da 57 yaşında vəfat edib.
Gənclər və İdman Nazirinin vaxtsız vəfatından sonra bir neçə nəfər məmur özlərini Gənclər və İdman Naziri görmək arzusundadır.
Yayılan söz-söhbətə görə bunlardan da biri Milli Məcilisin Deputatı Ülvi Quliyevdir.
Ülvi Quliyevin, artıq nazir postuna yaxın günlərdə təyin olunacağı ilə bağlı şayiələr kütləvi yayılmaqdadır.
Bizə isə yalnız yayılan xəbərlərin hansı dərəcədə doğru olub, olmadığını gözləmək qalır.
Xatırladaq ki, Millət Vəkili Ülvi Quliyev xaricdə böyük biznesə sahib olan oğlu ilə sosial medianın gündəminə gəlmişdir.
“Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi”.
XəbərAl.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yaymışdı.
Şirkətə aid sənədlərdə qeyd olunur ki, İngiltərədəki GUANO LİMİTED (qeydiyyat nömrəsi 06353306) 2007-ci ilin avqustun 28-də London apartment 103, Astra house 23-25 Arklow road ünvanında qeydiyyatdan keçib. Təsisçisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 6 ünvanında qeydiyyatda olan 1989-cu il avqust təvəllüdlü Orxan Quluzadədir. Şirkət atası tərəfindən Orxana ad günü hədiyyəsi idi.
Ülvi Quliyev şirkəti idarə etmək üçün Londonda ona Əhməd Xan adlı ortaq da tapır, 3 il sonra o, direktor vəzifəsindən kənarlaşdırılır və şirkətin katibi təyin olunur.
Gardiff Universitetini (illik təhsil haqqı 30 min funta çatır) 4 il ərzində başa vuran Orxan daha iki il London City universitetində (illik təhsil haqqı 13 min funtdan 30 min funta qədər) təhsilinə davam edir. Universitetdə oxuduğu dönəmdə o təkcə şirkət sahibi deyildi, həm Azərbaycan Cəmiyyətinin buradakı təmsilçisi, universitetdəki karate klubunun rəhbəri, həm də ZAMİNBANK-ın Londonda Caspian Money pul köçürməsi ilə məşğul olan nümayəndəsi kimi fəaliyyət göstərib.
Orxan Quluzadə bu ilin yayında, daha konkret desək, iyulun 24-də şirkətin adını dəyişərək UGANO Limited adlandırıb. GUANO, yaxud UGANO fərq etməz, Orxanın yaxın dostlarlna şirkətin adının ailə üzvlərinin adlarının baş hərflərini ifadə etdiyini deyib.
Şirkətin adını dəyişdirməzdən əvvəl isə, yəni bu ilin iyunun 20-də Orxan biznesini böyütmək üçün Britaniyanın HAMPSHİRE TRUST BANK-ından ciddi məbləğdə kredit alıb. Ülvi Quliyevin oğlu hələ ilin əvvəlində, daha dəqiqi fevral ayında İngiltərənin daha bir maliyyə şirkətindən – LENDINVEST SECURITY TRUSTEES LIMITED-dən də kredit götürüb.
İngiltərədəki və Azərbaycandakı biznesi ilə kifayətlənməyən Orxan Quluzadə 2013-cü ildən GUANO LTD-nin fəaliyyətini Rusiya istiqamətində də genişləndirməyə qərar verir və Sankt Peterburqda Türkiyə brendi olan MADO kafe-restoranlar şəbəkəsi yaratmağa başlayır. Sahəsi 300 kvadrat metr olan ilk restoranını şəhərin Nevski prospekti 124-də, Vosstaniya meydanı yanında açan Orxan o zaman “Деловой Петербург” qəzetinə bildirmişdi ki, növbəti illərdə bu restoranların sayı onlarla olacaq. Qəzetin məlumatına görə, oliqarx deputatın oğlu təkcə bu restorana 700 min dollar vəsait yatırır. Mebellər, ərzaq, şirniyyat Türkiyədən gətirilir. Tezliklə Orxan Peterburqun Suvorovsk prospekti 17 ünvanında ikinci restoranla bağlı layihəsini də reallaşdırır.
Sən saydığını say, gör fələk nə sayır, “Mado” brendini peterburqlulara sevdirə bilməyən Orxanın üst-üstə 1 milyon dollardan baha başa gələn layihəsi 2015-ci ildə iflasa uğrayır
“Mado restoranları bağlanır, onları “XOÇU KEBAB” restoranları əvəzləyir. Deputatın oğlu yenidən “investisiya kisəsini” açır, bu dəfə Vosstaniya meydanı və Suvorovsk prospekti 17-də (Çernışevskaya metrosunun çıxışı) peterburqlulara kabab təklif edir.
Daha sonra “Xoçu Kebab” və “Xoçu Şaşlık” adı ilə Sankt Peterburqun Zaqorodnıy prospekt 12, Komsomol küçəsi 13, Marat küçəsi 10-12, Sadovaya 44, Bolşaya Puşkarskaya 27 ünvanlarında daha bir neçə restoran fəaliyyətə başlayır.
Restoran biznesi ilə yanaşı Orxan Quluzadə Peterburqda növbəti biznes layihəsinə baş vurub və 2018-ci ilin okyyabrında 10 min rubl nizamnamə kapitalı ilə burada NEO GROUP LTD ticarət şirkətini (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “НЕО ГРУП”) qeydiyyatdan keçirib. Lakin ötən ayın 18-də şirkətin bağlanması üçün Peterburqun vergilər idarəsinə müraciət edib.
Təkcə ölkə xaricində deyil, elə Azərbaycanda da Ülvi Quliyevin biznesini oğlu idarə edir.

Oxşar xəbərlər

Azad Rəhimov danışdı
Deputat Ülvi Quliyevin 3000 şəhidimiz yaşında oğlunun milyonluq villası - VİDEO və FOTOLAR
Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - Oliqarx deputatın oliqarx oğlu
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
ABŞ-da müalicə olunan azərbaycanlı nazirin durumu necədir? - Müavini danışdı
Azad Rəhimovun dəfn ediləcəyi yer MƏLUM OLDU
Azad Rəhimovun nəşi Bakıya gətirilir - Ölüm xəbəri təsdiqlənir...
Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
Gənclər və İdman nazirliyində nöqsanlar AŞKARLANDI
Ülvi Quliyevi bitirəcək iddia: deputatın siyasi mühacirətlə əlaqəsi, oğlunun müharibə macəraları – VİDEO
Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
Generallar nazirin vəfatı ilə bağlı başsağlığı verdilər
Azad Rəhimovun yerinə ONU GƏTİRİRLƏR... - İDDİA
Ülvi Quliyevin oğlu Vətən müharibəsinə niyə getmədi ?- Deputat oğlunun  Avropadakı  topdağıtmaz biznesi
Oğlu müharibəyə getməyən deputat Ülvi Quliyev  NİTQ  söyləyir…-Vətən üçün kimlər ölümə getdi…
Federasiyanın rəsmisi Azad Rəhimovun yalanını üzə çıxardı
İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzaladı
Gənclər və idman naziri kim olacaq? – Adlar, ehtimallar...
Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"
Deputat  Ülvi  Quliyev dərman satmaqla milyonları necə qazanıb?-Deputat Nərimanova başçı gedir?-VİDEO
Ülvi Quliyevin vətən sevgisi quru divara palçıq vurmaqdır- Deputatın  biznesmen oğlu niyə orduda qulluq etməyib ?
Nazir müavininə ağır itki üz verib
Azərbaycanın yeni "Gənclər paytaxtı" seçildi - FOTO
Azad Rəhimov vəfat edib? - Nazirlikdən açıqlama
“İdman zalları açılsa, nə olacaq?" - Deputat
Azad Rəhimovu bu müavini əvəz edir
Azad Rəhimov müəmması davam edir: - Nazir ABŞ-a köçüb?
İdman zallarının fəaliyyəti bərpa oluna bilər - Nazirlikdən açıqlama
Nazir iki idarə rəisi TƏYİN ETDİ