Məşhurlar vaksindən niyə imtina etdi? - CAVAB
6-05-2021, 18:06
59

Məşhurlar vaksindən niyə imtina etdi? - CAVAB

Dünyada məşhurların bir qismi könüllü şəkildə koronavirusa qarşı peyvənd olunur, bunu sosial şəbəkələrdə izləyiciləri ilə bölüşürlər. Onların hamısı özlərini yaxşı hiss edir və məsləhət görürlər ki, bu təhlükəli virusa yoluxmamaq üçün hər kəs peyvənd olunsun.
Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlıq yaradır. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədi ilə vaksinlə bağlı paylaşdıqları qeyri-real xəbərlər ajiotaja səbəb olur. Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır. Bəzən buna görə ölkəmizdə peyvənddən imtina edəcəklərini deyənlərlə də rastlaşırıq. Onlarda vaksinasiyaya qarşı inamsızlıq, qorxu və şübhə formalaşır.
Aparılan təbliğat işlərinə baxmayaraq peyvəndin yan təsirlərinin olacağından ehtiyat edən məşhurlar da  var. Bəziləri xəstəlikləri olduğu üçün peyvənddən imtina etdiklərini deyirlər.  Bəs görəsən, yerli məşhurlar vaksindən niyə imtina edirlər?
Yenisabah.az-a danışan Xalq artisti Afaq Bəşirqızı xəstəliyi səbəbi ilə peyvənd olunmadığını bildirib:
“Xeyr, mən peyvənd olunmamışam. Mənə vaksin vurdurmaq olmaz. Vaksinasiya məsələsi ilə bağlı heç nə deyə bilmərəm, heç bir fikrim yoxdur”.
Xalq artisti Rasim Balayev də peyvənd olunmadığını deyib. Aktyor tezliklə vaksini vurduracağını qeyd edib:
“Bunun kimə nə dəxli var? Mənim peyvəndi vurdurub, vurdurmamağımın kiməsə aidiyyatı yoxdur. Hələ ki, vurdurmamışam, amma bu yaxınlarda gedib vurduracağam”.
Müğənni Əli Mirəliyev də vaksindən imtina edənlər sırasındadır:
“Xeyr, vurdurmamışam. Mən vaksinasiyanı anam doğub, atam əkəndə olmuşam. Mənə bir peyvənd vurublar ki, indi vaksin təsir etməz. Bu peyvənd əbədidir, qəbr evinə qədər mənimlə gedəcək. O peyvənd bütün bəlalardan insanı azad edir, Allahın peyvəndidir, çünki mən seyidəm, cəddim var”.

Oxşar xəbərlər

“Sərt karantin yox, qaydaları sərtləşdirmək...” - həkimlərdən COVID-19 xəbərdarlığı
Putin sabah koronavirusa qarşı peyvənd olunacaq
Müğənni canlı yayımda koronavirus peyvəndi vurduracaq
Peyvənddən sonra mütləq buna əməl edin
Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?
Baş həkim əhaliyə çağırış etdi: “Vaksinasiya həyat xilas edir“
Vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə! - DİQQƏT
Deputatların bir hissəsi peyvənd olundu
Hər kəs tez bir zamanda peyvənd olunmalıdır ki... - HƏKİM RƏYİ
“Vaksin vurulduqdan sonra heç bir problemim olmayıb” - COVID-ə qarşı peyvənd olunmuş həkim
Vaksinasiya olunmuş şəxslərə müəyyən imtiyazlar verilə bilər - Həkim rəyi
Peyvəndi hansı saatlarda vurdurmaq lazımdır? - Mütəxəssis rəyi
Nazirlikdən Pənah Hüseynin virusa yoluxmasına münasibət: "Vaksin vurulan kimi insanı qorumur"
Vaksin vurduran həkimlər özlərini necə hiss edir? - "Hipokratın goruna and olsun ki..."
Vaksinasiyanın qoruyuculuğu 60-90 faiz arasında dəyişir - TƏBİB-dən AÇIQLAMA
Azərbaycanda peyvəndləmədən imtina edənlərlə bağlı QƏRAR
Müəllimlər də peyvənd olunacaq
ÜST vaksinasiya ilə bağlı dünya ölkələrinə çağırış etdi
Merkel peyvənddən niyə imtina edib?
Peyvənd olunan Yaqut Qarayeva: Heç bir mənfi təsiri yoxdur
Koronavirusun yeni dalğasına qarşı peyvənd əhəmiyyətsizdir? - Həkim rəyi
SMS icazəsi ilə bağlı vacib AÇIQLAMA - Ayın 18-dən...
Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vuruldu
Peyvəndin sonsuzluq yaratdığına dair iddialara həkimdən CAVAB
Peyvənd olunanlarda ciddi yan təsirlər aşkarlanmayıb - ÜST
Bu gündən 40 yaşdan yuxarı olanların peyvəndi başlayır
Röya növbəsiz necə vaksin vurdurub? - Nazirlikdən açıqlama
Həkim: “Peyvənddən qaçmaq lazım deyil” - VİDEO
Koronavirusdan sonrakı qorxu: - "İnsanlar toy, yas məclislərindən uzaq qalacaqlar"
Antibiotiklərdən yalnız bu halda istifadə edilməlidir