Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxdı - FOTO
7-05-2021, 10:05
56

Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxdı - FOTO

Martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi 7 may 2021-ci il tarixində ilk səfərinə çıxıb. 

“Azərbaycan” gəmisinin ilk səfəri Qazaxıstanın Kurık  limanına olub. Gəmi bu gün Ələtdə yerləşən Bakı Limanından yola düşüb.

Daimi heyəti 25 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

“Azərbaycan” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 14 bərə və 2  Ro-Ro tipli gəmi həyata keçirir.



Oxşar xəbərlər

Azərbaycanda ən nəhəng gəmilərdən biri istismara qaytarıldı - FOTO
Prezident və birinci xanım “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak etdilər
Azərbaycanlı dənizçinin olduğu gəmi Liviyada girov götürüldü
Təhlükəli yüklərin daşımasına lisenziya tələb olunmayacaq - Baş nazirdən QƏRAR
Rusiya Qara dənizdə qanadlı raketlər buraxdı
İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var
Türkiyədə turistlərlə dolu gəmi batdı
Liviyada həbsdə olan azərbaycanlılar Vətənə qaytarıldılar
Dəniz Nəqliyyatı Donanmasının vəzifəli şəxsi öldü - FOTO
Xəzərdə fırtına gözlənilir - Xəbərdarlıq
Küləkli havaya görə Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
"Hazırda “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq" - İlham Əliyev
Xəzərdə zəlzələ olub
ABŞ-da gəmi qəzası: Ölənlər var
Xəzər dənizində zəlzələ oldu
Xəzərdə zəlzələ oldu
18 dənizçi 16 aydır gəmidə girov qalıb - Aralarında azərbaycanlı da var
Nəhəng gəmi yenidən Süveyş kanalını bağladı - VİDEO
Xəzərdə zəlzələ oldu
“Dənizçilər Poliklinikası”nın ləğv olunmasına başlanılıb
Xəzərin səviyyəsi 18 metrədək enəcək? - RƏSMİ MÖVQE
Nazirlər arasında telefon danışığı olub
Milli Qəhrəmanın adını daşıyan gəmi ekspedisiyalara başladı - Video
İlham Əliyev müsahibə verdi
İlham Əliyev və Mehriban Əliyeva yataqxana binasının açılışında iştirak etdilər
Dövlət Dəniz Agentliyi xəbərdarlıq etdi
Xəzər dənizində zəlzələ oldu
“Xankəndi” gəmisi ilə bağlı prezidentə şikayət edildi
Xəzər Dəniz Gəmiçiliyi rəhbərindən Prezidentə ŞOK ŞİKAYƏT - “Haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin”