8 may - Şuşanın işğal tarixini necə qeyd etməli?..
7-05-2021, 10:09
38

8 may - Şuşanın işğal tarixini necə qeyd etməli?..

Azərbaycan xalqı 30 ilə yaxın müddətdə 8 may tarixini Şuşanın işğalı günü kimi qeyd edib. Bu işğal günündə hər zaman şəhidlərimiz anılıb, insanlarımızın başına gətirilən müsibətlərin unudulmamasının vacibliyi aşılanıb.

2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları elə Şuşanın azad olunması ilə sonlandırıldı. Şuşa azad olunan kimi Ermənistan təslim olmaq məcburiyyətində qalaraq, üçtərəfli bəyanat imzalamağa razılaşdı. Beləliklə, Şuşanın azad edildiyi tarix – 8 Noyabr Azərbaycanda Zəfər günü elan edildi.

Düşmən üzərində qələbə qazanıb, torpaqlarımızı işğaldan azad etsək də, tariximizi, ermənilərin başımıza gətirdiyi müsibətləri unuda bilmərik. Bu müsibətlər sırasında 1992-ci il, 8 may – Şuşanın işğal edildiyi tarix də var.

Bəs zəfər əhval-ruhiyyəsində olan Azərbaycan xalqı 8 mayı necə qeyd edəcək? 

Bununla bağlı Modern.az-a danışan Şuşanın deputatı Elman Məmmədov şəhərin işğal olunduğu günə “Əziz Şuşa! Sən azadsan!” sözləri ilə münasibət bildirib:    

“Biz tariximizi unutmamalıyıq.1992-ci il mayın 8-i Şuşanın ermənilər  tərəfindən işğal olunduğu gündür. Bu il isə biz Şuşanın işğal günündə cənab Prezidentin dediyi kimi söyləyirik ki, əziz Şuşa, sən azadsan! Şuşada, Bakıda, eləcə də ölkəmizin digər bölgələrində də işğal günü qeyd olunacaq. İşğal günündə qürurla dayanacağıq, çünki  düşməndən intiqamımızı aldıq və Şuşamızı azad etdik.
Bu ərəfədə cənab prezidentin Şuşaya və digər ərazilərə səfəri ola bilər. Amma onsuz da, Ramazan bayramından sonra qardaş Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla İlham Əliyevin Şuşaya səfəri gözlənilir. Ona görə, prezidentin 8 mayda Şuşaya gedib-getməyəcəyi haqqında fikir söyləyə bilmərik”.

Ermənilərin hər il Şuşanın işğal günündə orada “qələbə paradı” keçirdiklərini xatırladan deputat onlara bir daha dərs verməyin məqamı olduğunu düşünür:

“Mən xəbər saytlarına bir neçə dəfə açıqlamamda qeyd etmişəm. İstəyərdim ki, bu il Şuşaya qalib bir xalq kimi gedək. Şəhidlərimizi də orada anaq. Bu da ermənilərə göz dağı olsun. Əlbəttə ki, bu mənim ürəyimdən  keçənlərdir. Hər şey cənab prezidentin tapşırığı və rəhbərliyi ilə həyata keçirilir. Hər il biz Şəhidlər Xiyabanını ziyarət edirik. Bu il də pandemiyaya görə, kütləvi şəkildə olmasa da, kiçik qruplarla mütləq ziyarət edəcəyik”.

Oxşar xəbərlər

"8 noyabr zəfəri həm də bütün türk dünyasının zəfəridir" - deputat
Şuşalı qız Milli Məclisdə çıxış etdi
İranın Şuşa təbriki
Erməni tərəfi Şuşanın azad edildiyini ETİRAF ETDİ!
“Bu mübarizə Qarabağ işğaldan tam azad olunana qədər davam edəcək” - Ərdoğan
“Şuşalılar zəng edirlər ki, nə vaxt köçürük?” - İcra Başçısı
Hulusi Akardan ermənilərin Hadrutdakı təxribatı ilə bağlı AÇIQLAMA
“Övladlarımız əlbəyaxa döyüşlə Şuşada bayraq qaldırdı” - Ali Baş Komandan
Arutyunyanın son dəfə dua etdiyi kilsə... -  Şuşanın yeni görüntüləri (VİDEO)
“180 milyona yaxın insan Şuşa xəbəri gözləyir” – Rəsul Quliyevin hesablaması
Şuşanın azadlığından sonra himnimizi qələbə ovqatında oxudular - VİDEO
Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi qeyd ediləcək
Ermənilərin Qarabağdan qaçması üçün yalnız bir yol var... - Hərbi ekspert
“Şuşanın işğaldan azad edildiyini ölkə başçısından eşidəndə koridora çıxıb qışqırdım"
Hava gəmisinə Şuşanın adı verildi
"Beynəlxalq və yerli ekspertlər Şuşanın tarixi mərkəzinə səfər edəcək" - Anar Kərimov
Şuşanın azadlığından sonra Bakı... (FOTOLAR)
Şuşanın gəzməli-görməli yerləri - Video
"Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu" - Ali Baş Komandan
İlham Əliyev Tehran Mənsimovu da təltif etdi
“Şuşanın azadlığı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq”
“Ermənistanın əks-hücum üçün qüvvəsi qalmayıb” – Rus mediası
“Türkiyə daim azərbaycanlı qardaşlarının yanında olacaq” - Hulusi Akar
Gövhər ağa məscidinin damını təmir edən usta: “Onu öz əllərimizlə yenidən bərpa edəcəyik” - Video
GUAM-ın Baş Katibliyi Azərbaycanı təbrik edib
Ermənistanın acı etirafı
Zəfər Gününün tarixinin dəyişdirilməsi “Haber Global”ın efirində: “Tarixi jest, Atatürk həssasiyyəti” - VİDEO
“Şuşa uğrunda döyüşlər zamanı separatçı Araik Arutunyan...” - Prezidentin köməkçisi
"Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm" - Prezident
İş adamı qaziyə maşın hədiyyə etdi