DTX-nin həbs etdiyi sabiq nazir müavininin işi məhkəməyə göndərildi
7-05-2021, 10:17
50

DTX-nin həbs etdiyi sabiq nazir müavininin işi məhkəməyə göndərildi

Rüşvət almaqda təqsirləndirilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, mədəniyyət nazirinin müavini olmuş Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Oxşar xəbərlər

DTX nazir müavinini belə tutdu - VİDEO
DTX Əbülfəs Qarayevin müavinini saxladı - FOTO
Kürdəmirin mədəniyyət "ŞEFİ" hər ay 9500 manat verirmiş? - İTTİHAM
Vəzifəli şəxslərinin məhkəməsi başlayır
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
Sabiq icra başçısının həbs müddəti uzadıldı
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Rəisi Həbs Oluna Bilər-Görünəni Budur…
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto
Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Sabiq icra başçısı və birinci müavininin məhkəməsi başlayır
Həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum oldu
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi
Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxdu
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Abşeronda rüşvət alan məmurların məhkəməsi başlayır
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Məhkəmə Vilyam Hacıyevin şikayətini təmin etmədi
Dövlətə xəyanətdə təqsirləndirilən ər-arvadın məhkəməsi başlayır
Daha bir sabiq məmura cinayət işi açıldı
Azərbaycanda 94 nəfərə zərər vuran vəzifəli şəxs həbs olundu
İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə
Bu gün Vilyam Hacıyevin şikayətinə baxılacaq
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Eldar Həsənovun həbs müddəti UZADILDI
Rasim Məmmədova qarşı bu ittihamlar irəli sürüldü
Həbs olunan məmurlar: “Yatıb çıxanlar" da var, hökm gözləyənlər də... - İLGİNC ARAŞDIRMA
Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaqı başa çatdı