Şuşaya yeni su kəmərinin tikintisinə başlanıldı
7-05-2021, 11:31
57

Şuşaya yeni su kəmərinin tikintisinə başlanıldı

Şuşa şəhərinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı təsdiqlənən Tədbirlər Planına uyğun olaraq ərazidə ilkin mərhələdə magistral su kəmərinin bir hissəsinin tikintisinə başlanılıb.
Bunu "Azərsu"ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, Zəfər yolunun keçdiyi ərazilər və Şuşa şəhərinin girişində elektrik yarımstansiyasının tikintisi ilə əlaqədar işlərin yubanmaması üçün həmin ərazidə təxirəsalınmaz tədbirlər görülür: "Tədbirlər Planına Şuşanı su ilə təmin edən Kiçik Kirs və Zarslı mənbələrində yenidənqurma işlərinin aparılması, Şuşa şəhərini qidalandıran işğaldan əvvəl tikilmiş 10 km uzunluğunda Kiçik Kirs-Şuşa su xəttinin tamamilə yenidən çəkilməsi, suqəbuledici kameranın, Şuşa şəhərində 6 km-lik paylayıcı şəbəkənin yenidən qurulması və həcmi 500 kubmetr olan 3 su anbarının tikintisi daxildir. Bütün bu işlərin görülməsi üçün vəsait də ayrılıb".
"Azərsu" rəsmisi deyib ki, Tədbirlər Planına daxil olacaq işlər bu il ərzində icra olunacaq:
"Növbəti mərhələdə Şuşa şəhərinin təsdiqlənəcək Baş Planına uyğun olaraq işlər görüləcək. Bura şəhərin digər ərazilərini əhatə edəcək paylayıcı şəbəkələrin yenidən qurulması, Şuşa şəhərində həm içməli, həm də tullantı su təmizləyici qurğuların tikintisi daxildir.
Hazırda Şuşa ərazisinə Kiçik Kirs və Zarslıdan ayrı-ayrılıqda su xətləri daxil olur. Amma yeni layihədə su qəbuledici kameralar yenidən qurulacaq, bu mənbələr əlaqələndirəcək. Beləliklə hər iki kəmərdən su həmin kameraya qəbul ediləcək, buradan isə bir kəmərlə Şuşa şəhərinə veriləcək. Yeni polad magistral kəmər yeyinti sənayesində istifadə edilən xüsusi boyalarla daxildən boyanır, üzəri isə karroziyaya qarşı izolyasiya olunur. Bu həm keyfiyyətli və təhlükəsizlik su təminatına, həm də boruların uzunmüddətli istismarına imkan verəcək". (Trend)

Oxşar xəbərlər

Şuşaya ikinci mənbədən içməli su verildi
İlham Əliyev Qubada yol tikintisinə pul ayırdı
Prezident Şuşanı maşınla gəzdi - VİDEO
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Polis və hərbi qulluqçular Bakı küçələrində nəzarəti gücləndirdi
Hadruta ilk girən komandir Ziya Kazımovun səhhətində ciddi problem yarandı
Polis maska taxmayanlara qarşı tədbir keçirdi
Azərbaycanda daha iki su anbarı tikiləcək - RƏSMİ
Ölkədə 227 min abonentin su sayğacı yoxdur - Rəsmi
Azərbaycanda yeni su anbarları inşa ediləcək
Prezidentdən 6 min nəfəri sevindirəcək SƏRƏNCAM
Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı
Neftçalaya içməli su verildi - Fotolar
Paytaxtda su kəsintisi ilə bağlı məsələyə “Azərsu”dan CAVAB
Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb
Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
Bakının bu rayonlarında su olmayacaq
Bakıda magistral su kəmərində qəza: bəzi ərazilərə su verilişi dayandı
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrıldı - SƏRƏNCAM
Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı - FOTOLAR
Bakı polisi nəzarəti gücləndirdi - Xüsusi karantin rejim ilə bağlı (FOTO)
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
Gömrük Komitəsinin binası söküləcək
Sabirabadda kişi üstünə benzin tökərək intihara cəhd etdi
Bakıdan Naxçıvana yeni avtomobil yolu…
Şuşaya çəkiləcək yeni yol bu ərazilərdən keçəcək
Qarabağda yeni avtomobil yolu çəkilir
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Sahibkarlara dəymiş ziyanla bağlı AÇIQLAMA
Zəfər yolunun istifadəyə veriləcəyi tarix açıqlandı - Video