Keçmiş deputatın başı cəncəldə - ÇƏKİŞMƏ...
8-05-2021, 10:51
50

Keçmiş deputatın başı cəncəldə - ÇƏKİŞMƏ...

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində keçmiş deputat Qalib Salahzadənin hərəkətlərində Cinayət Məcəlləsinin bir neçə maddəsinin tərkibi müəyyənləşdirilib. O, Sabunçu rayonu, Bilgəh qəsəbəsində Seymur Quliyevin 20 sot ərazisi olan bağın zəbt olunması, ərazidəki iki evin sökülməsinə görə ittiham olunur.

Seymur Quliyev Bilgəhdə dəniz sahilində yerləşən sözügedən əmlakı 2004-cü ildə alqı-satqı yoluyla əldə edib, onun mülkiyyət hüququnu təsdiqləyən çıxarış alıb. 2012-ci ildə Qalib Salahzadənin ailə üzvləri onun mülkiyyətində olan bağ evinə iddia edib. Qalib Salahzadənin gəlini Xatirə Salahzadənin (o, həm də hazırda deputat olan Əliabbas Salahzadənin həyat yoldaşı, Allahşükür Paşazadənin qızıdır) adına çıxarış alınıb. Quliyevlər ailəsi isə zorla bağ evindən çıxarılıb, ərazidə olan iki ev sökülüb. İllərlə davam edən məhkəmə prosesləri nəticəsində Xatirə Salahzadənin adına olan çıxarış ləğv edilib, Seymur Quliyevin mülkiyyət hüququnu məhkəmələr də tanıyıb.

Əmlakının zəbt olunduğunu, evlərinin söküldüyünü iddia edən Seymur Quliyev Sabunçu Rayon Məhkəməsində Qalib Salahzadə, Əliabbas Salahzadə və Xatirə Salahzadəyə qarşı iddia qaldırıb.

Seymur Quliyev iddia ərizəsində göstərib ki, Salahzadələr ailəsinin özbaşınalığı nəticəsində özünə məxsus əmlakdan istifadə edə bilmir: “Mülkiyyət sənədilə mənə məxsus olan ərazidə, dağıdılmış əmlakımın yerində 5 ildir ki, pullu dayanacaq yaradıblar. O dayanacağı da cavabdeh Xatirə Salahzadə və deputat olan əri Əliabbas Salahzadə işlədir. İl ərzində mənim özəl mülkiyyətimdə pullu dayanacaq işlətməklə onlar 90 min manata qədər pul qazanırlar. Orada gündə azı 150-200 maşın saxlanılır. Təkcə yay ayları üzrə hər maşına görə 5 manatdan hesablayanda 1 günə 1000 manat və daha artıq pul qazanırlar. Aya 30 min manat, bir ilə - təkcə yay aylarına 90 min manat edir. Bu isə 5 il ərzində 450 min manat deməkdir”.

İddiaçı dayanacaqda verilən qəbzləri həm Daxili İşlər Nazirliyində aparılan istintaqa təqdim edib, həm də məhkəməyə ərizəsinə əlavə olunub.

Seymur Quliyevim sözlərinə görə, “Azəraudit” onun sökülən əmlakını (3 mərtəbəli və 2 mərtəbəli bağ evləri) qiymətləndirib. Hələ 2012-ci ildə ona əmlakının sökülməsinə görə 2 milyon 460 min manat ziyan dəyməsi barədə rəy verib. Ona görə də Salahzadələrə qarşı iddia ərizəsində evlərinin sökülməsinə görə 3 milyon, mənəvi ziyana görə 2 milyon, 5 il ərzində onun ərazisindən dayanacaq kimi istifadəyə görə 450 min, söküntü zamanı evdə olmuş daşınar əşyalara (mebel, kondisioner, paltarlar və s.) görə isə 96 min manat ödəmək tələbi qoyub.

O, iddia ərizəsində prezidentin maraqlı şəxs qismində qoyulmasını isə belə əsaslandırıb: “Doqquz ildir ki, cənab prezidentə 2000-dən artıq şikayət yazmışam, media vasitəsilə dəfələrlə müraciət etmişəm. Təkadamlıq aksiyalar keçirməklə bir Azərbaycan vətəndaşına qarşı baş verən misli görünməmiş cinayətə cənab prezidentin diqqətini cəlb etməyə çalışmışam. Bütün səylərimə baxmayaraq, konstitusion hüququm olan mülkiyyət hüququ 9 ildir ki, kobud şəkildə pozulur. Bu səbəbdən də Konstitusiyamızın qarantı olan cənab prezidenti işdə maraqlı şəxs qismində cəlb edirəm ki, mənə qarşı baş verən qanunsuzluqları onun diqqətinə çatdırmaq mümkün olsun”.

Oxşar xəbərlər

Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - BŞİH problemə əl qoydu
“Hacı Qalib deyir ki, Bilgəhdə qanun mənəm...” - sabiq deputatdan şikayət
Qalib Salahzadəyə qarşı ZƏRBƏ DRONU... - Şikayətçi Bayraktardan kömək istədi
Deputata atasından şikayət var - yenə həmin Hacı Qalib...
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
Məhkəmə Rafael Cəbrayılovun iddiasını rədd etdi: Yalan məlumat verib
Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı QƏRAR VERDİ
Rafael Cəbrayılov 1000 manat cərimələndi - Növbəti mərhələ həbsdir
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Olympus Park” və “Marin Group” MMC vətəndaşları incidir... - "Nə edəcəyimizi bilmirik, küçələrdə qalmışıq"
Deputat Ülvi Quliyevin 3000 şəhidimiz yaşında oğlunun milyonluq villası - VİDEO və FOTOLAR
Rafael Cəbrayılovun işi çətinləşir -  Keçmiş deputatın "qurbanları" Kamran Əliyevə müraciət edir
Şuşanın keçmiş icra başçısının oğluna hökm oxundu - Arvadını öldürmək istəmişdi
Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
Deputatla keçmiş rəqibi arasında qalmaqal: "Əlimdə faktlar var..."
Gecə klubu qarşısında mübahisə: Qardaş bacısını öldürdü - Təfərrüat
Şahbaz Quliyev 6 il sonra anası ilə görüşdü - VİDEO (YENİLƏNİB)
Rafael Cəbrayılovla bağlı Baş prokurora müraciət oluna bilər
Sabiq deputatın ölkədən çıxışına “stop“ qoyulur - TƏFƏRRÜATLAR
"Azsığorta" keçmiş əməkdaşının iddialarına CAVAB VERDİ
Hökməlidə dəhşətli cinayət: Atasını qəddarlıqla qətlə yetirdi
“Sovetski uğrunda mübarizə” davam edir - Sakinlərdən rəsmi açıqlamaya etiraz
"Rafael Cəbrayılov işi"ndə açar fiqur - Oqtay Əsədovu keçmiş deputata bağlayan biznes
ŞOK! Milyonluq biznes planında AÇAR FİQUR İFŞA EDİLDİ-“Şefim OQTAY ƏSƏDOVDUR”
Kürdəmirdə müəllim çarəsiz durumda... - GİLEY
Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar gözləyirlərmiş - AĞSTAFANI KİMLƏR İDARƏ EDİR?
Əsgər Bəşirov cəbhədən icra başçısına müraciət etdi: - “Evimdə qaz, işıq yoxdur...”
Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA
Bir  ayağı rayonda, o biri ayağı  Bakıda olan  gənc  icra başçısı Seymur Orucov- İcra  başçısı  etimad limitini bitirib
“Torpağımı zəbt ediblər, əlimdə sənəd var, amma məhkəmə məni haqsız çıxarıb” - Özbaşınalıq...