Səbaildə Türkiyə bayraqlarını kim yığışdırır? – İcra başçısı rus dilini dövlət dili “elan edib” – RƏZALƏT
8-05-2021, 11:24
50

Səbaildə Türkiyə bayraqlarını kim yığışdırır? – İcra başçısı rus dilini dövlət dili “elan edib” – RƏZALƏT

Bakı şəhəri Səbail rayonu ərazisində Türkiyə bayraqlarının yığışdırılmasına dair xəbər yayılıb.

Məlumata əsasən, Türkiyə bayraqlarına qarşı "xaç yürüşü” Səbail rayonu icra hakimiyyətinin başçısı Vüqar Zeynalovun göstərişi ilə başlayıb.

Bununla belə, bu addımın doğuracağı ictimai qəzəbi gözə alan icra başçısı rayon ərazisində Türkiyə bayraqlarının yığışdırılmasını "yuxarının tapşırığı” ilə "əsaslandırmağa” çalışır. Lakin Vüqar Zeynalovun"yuxarı” dedikdə, hansı instansiyanı nəzərdə tutduğu çox maraqlıdır.

Prezident İlham Əliyev öz çıxışlarında Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi böyük dəstəyi dəfələrlə qeyd edib, buna görə qardaş ölkəyə minnətdarlığını bildirib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da qürurla dalğalanmaqdadır.

Əgər ölkə prezidenti Türkiyəyə dərin ehtiramını hər imkanda dilə gətirirsə, bu o deməkdir ki, Vüqar Zeynalovun əmrində olduğu "yuxarı” ya hakimiyyət daxilindəki başqa güclərdir, ya da ki Kremldir.Əslində, burada Kremli təsadüfən xatırlatmırıq. Çünki Səbail Rayon İcra Hakimiyyətində dövlət dili qismində, əsasən, rus dili işlədilir.

2018-ci il oktyabrın 30-da Səbail rayon icra hakimiyyətinin başçısı təyin edilən Vüqar Zeynalov özünü "işgüzar kadr” kimi göstərmək üçün sağa-sola çoxsaylı vədlər verib. Ancaq bir müddətdən sonra məlum olub ki, onun verdiyi söz elə söz olaraq da qalmaqdadır.

Yeri gəlmişkən, iicra başçısının yalan vədlərinin əsas hədəflərindən biri də jurnalistlər olub. İcra başçısı təyin ediləndən sonra Səbail rayonu ərazisində yerləşən jurnalistlərin binasına gələn Vüqar Zeynalov daim onlarla maraqlanacağını, problemlərini həll etməyə çalışacağını deyib. Amma verdiyi bu sözdən sonra onu bir də həmin ərazidə görən olmayıb.

Vüqar Zeynalov həm də tabeliyindəki məmur xanımlarla yürütdüyü intriqalarla da tanınır. Bu sırada icra başçısının öz birinci müavini Xalidə Bayramova rəqabəti barəsində çox danışılır. 3 il əvvəl 14 yaşlı Elina Hacıyevanın intiharında adı hallanan Xalidə Bayramovanın bu günlərdə bacısı üçün saxta vaksin sənədi almaq üçün həkimlərə təzyiq etdiyi iddia olunur.

İcra başçısının 1-ci müavini barəsində bu tip məlumatların mediaya sızdırılmasında məhz Vüqar Zeynalovun əlinin olduğu deyilir. Bildirilir ki, xanım rəqibini indiki həssas dönəmdə "vaksin sabotajı” ittihamı ilə "vuran” icra başçısı bu yolla onu neytrallaşdırmağı düşünüb. Əlbəttə, bu yazılanlar vəzifəli şəxslər arasında gedən elementar rəqabətin epizodlarıdır və özlüyündə əhəmiyyətli deyil.

İndiki halda əsas məsələ Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalovun rəhbərlik etdiyi konkret inzibati ərazidə Türkiyə bayraqlarının yığışdırılması əmrini verməsidir və inanırıq ki, onun bu "özfəaliyyət”i cavabsız qalmayacaq.

Oxşar xəbərlər

İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu
Çavuşoğlunun Azərbaycana səfər proqramı AÇIQLANDI
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyev Mevlüt Karakayanı qəbul edib
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyevlə Ərdoğanla danışdı
Bərdə şəhərində BİABIRÇILIQ: Bayraqlar təhqir olundu – VİDEOFAKT
Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsinə ilk reaksiya
Ərdoğan İlham Əliyevə zəng etdi
Qardaş ölkədən Azərbaycana daha bir dəstək
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Türkiyə Almaniyadan da peyvənd alacaq
Azərbaycan və Türkiyə hərbçiləri birgə tapşırıqları icra edib - Video
Türkiyə hərbçiləri ən qısa vaxtda Azərbaycanda olacaq - RƏSMİ
“Qələbəmiz “beşinci kalon”u məyus edib” - Vahid Əhmədovdan Musabəyovun açıqlamalarına MÜNASİBƏT
"Azərbaycan xalqı qardaş Türkiyənin qəti və birmənalı dəstəyinin bir daha şahidi oldu" - Prezident İlham Əliyev
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü
Ceyhun Bayramov: "Başın sağ olsun, qardaş Türkiyə!”
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Daşnaklar Azərbaycan, Türkiyə və İsrail bayraqlarını yandırdı
İlham Əliyev Türkiyə millət vəkilini mükafatlandırdı
Prezident icra başçısını işdən çıxardı
Qoy indi Kanada düşünsün ki... - Politoloq
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Türkiyə MN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi
Azərbaycan vətəndaşlarından Türkiyəyə dəstək - VİDEO