Azərbaycanda kredit götürmək daha ƏLÇATAN OLACAQ
8-05-2021, 14:26
62

Azərbaycanda kredit götürmək daha ƏLÇATAN OLACAQ

Pandemiya ilə bağlı ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklərə baxmayaraq, bank sektorunun kredit portfeli əsasən sabit qalıb.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, cari ilin əvvəlindən kredit portfeli artır və bundan əlavə, kreditlərə əlçatanlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir:

“Belə ki, daşınar əmlakın dövlət yüklülüyü reyestrinin formalaşdırılması borcalanların yeni növ girovlar təqdim etməklə kreditə çıxış imkanlarını artırıb. Həmçinin, beynəlxalq təşkilatlarla birgə həyata keçirən “Agent bankçılıq” modelinin tətbiqi layihəsi üzrə işlər görülməkdədir. Bu layihə çərçivəsində xüsusilə də regionlarda, bank şəbəkəsinin məhdud olduğu ərazilərdə maliyyə resurslarına çıxış imkanların formalaşdırılması nəzərdə tutulub”.

Hazırda ölkədə borcalan şəxslərə kreditlərin verilməsinə mane olan əsas amillər barədə də məlumat verilib:

“Banklar tərəfindən kreditlərin verilməsi zamanı kredit üçün müraciət edən potensial borcalanların qiymətləndirilməsi aparılır və bu zaman onların kreditləri geri qaytarma qabiliyyəti qiymətləndirilir. Kredit təşkilatları yarana biləcək riskləri minimallaşdırmaq məqsədi ilə bir sıra hallarda təminat tələbi müəyyən edir. Bəzi hallarda kredit üçün müraciət edən şəxslər və təşkilatlar qeyd olunan tələblərə cavab vermir, bu da kredit ayrılmasına mane olan əsas amillərdir”.

Qeyd edilib ki, bu halda iqtisadiyyatda dəyər zəncirinin formalaşması, iqtisadi subyektlərdə korporativ idarəetmə standartlarının təkmilləşməsi sahibkarların kreditlərə çıxışını daha da asanlaşdırar.

Oxşar xəbərlər

"Banklar indi hər kəsə kredit vermir” – Yalnız bu şəxslərə, həm də bu şərtlərlə...
Banklarda kredit verilməsi prosesi sadələşir
Pandemiyaya görə sahibkarlara gələn il də dəstək göstəriləcək
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA
Yoxsul təbəqə üçün bank xidmətləri pulsuz oldu
Access Bankda  “şapka” məsələsi- Müştərilər bu bankdan niyə  narazıdır ?
Şəhidlərimizin ipoteka kreditləri ilə bağlı RƏSMİ AÇIQLAMA
"Yelo Bank"da yeni baş direktor təyin olunub
Nazim İbrahimovun mülkləri əlindən alınır – Proses başlandı
Ramiz Mehdiyevin bankı İFLAS ƏRƏFƏSİNDƏ - mənfəəti 2 dəfədən çox azalıb
"AFB Bank"ın depozit və kredit portfeli kəskin azalıb - RƏQƏMLƏR
“Fitch” Türkiyənin kredit reytinqi üzrə proqnozunu pisləşdirib
Deputatın şirkəti NARAZILIQ YARADIR... - GİLEY
"Unibank" Qarabağ qazisini çıxılmaz vəziyyətə salıb - VİDEO
BANK VTB-də qalmaqal: Təhlükəsizlik rəisi bank rəhbərini məhkəməyə verdi (FOTOFAKT)
"Azər Türk Bank"da kəskin kiçilmə - RƏQƏMLƏR
Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
Deputat “Kapital Bank”ın kreditini qaytarmır?
Şəhid ailələrinin kreditləri silindi
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
"Sən saydığını say, gör "Express Bank" nə sayır..." - GİLEY
Sahibkarlara 5 əsas istiqamətlər üzrə güzəştlər ediləcək - Nazir AÇIQLADI
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
Sahibkarlara şad xəbər: 130 milyon manat kredit veriləcək
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
“UniBank”ın mənfəəti 64 faiz azalıb - RƏQƏMLƏR
Banklar faizləri endirirlər
Azərbaycanın dövlət borcu açıqlandı