Bakı-Sumqayıt yolu bağlandı - SƏBƏB
8-05-2021, 20:00
68

Bakı-Sumqayıt yolu bağlandı - SƏBƏB

Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü kilometrində, “VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında yenidənqurma işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində yol qovşağına qalxan və düşən istiqamətlərdəki yollarda genişləndirmə işləri aparılır, yeni yol hissələri yaradılır. Bunun üçün ərazidə hazırda tikinti altına düşən maneələrin köçürülməsi, qazma-dolma işləri, yeni yol yatağının tikintisi işləri icra olunur.
Bundan başqa, yol ötürücüsü üzərində yerləşən iki dairə də yenidən qurulur. Dairələrin eni kiçildilir, ətrafına təhlükəsizliyi təmin etməsi üçün yeni dəmir-beton maneələr qoyulur. Həmçinin yol ötürücüsündə dayanıqlığı artırmaq məqsədilə yol ötürücüsünün alt hissəsində yeni istinad divarları inşa edilir. Günün pik saatlarında yaranan sıxlıq və tıxacın aradan qaldırılması üçün Saray qəsəbəsinə giriş hissədə olan yolun da genişləndirməsi işləri aparılır.
Artıq sözügedən ərazinin zəruri olan hissəsində yeni yol yatağı və yol əsası inşa edilib, hazırda asfaltlanma işləri görülür. Ümumilikdə qeyd edilən ərazilərdə hərəkət intensivliyi və yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Saray, Novxanı və bu istiqamətdə yerləşən qəsəbələrə gediş-gəlişin artacağı nəzərə alınaraq aparılan yenidənqurma işləri yarana biləcək tıxacların qarşısının alınmasını təmin etməyə imkan verəcək.
Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Oxşar xəbərlər

Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB
Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
İlham Əliyev Bakı-Quba yolunun açılışında iştirak etdi - FOTOLAR
Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq
Bakının mərkəzində yaradılan yeni yol qovşağı nə vaxt istifadəyə veriləcək? - Açıqlama
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Sürücülərə ŞAD XƏBƏR: paytaxtın bu hissəsində daha tıxaca düşməyəcəksiniz
Bakıda bu binalar söküləcək
Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılır
Füzuli-Şuşa yolu ilə bağlı yeni AÇIQLAMA
DİQQƏT! - Bu yolda hərəkət məhdudlaşdırılır
Qəzadan sonra yenidən qurulan “Azərbaycan” İES-dən son görüntüləri
Bakıda 7 ildən sonra bu yol açıldı
Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı - FOTOLAR
Müharibədən sonra Tərtərdə yollar bərpa edilir - FOTO
Bakıdakı bu prospektlərdə hərəkət məhdudlaşdırılır
Füzulidən Şuşaya çəkilən yol (FOTOLAR)
Prezidentdən 12,5 milyonluq sərəncam
Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - Yeniləndi
Bakının bu küçəsi təmirə BAĞLANIR
Xırdalanda yeni çəkilən yol niyə qazılıb? - VİDEO
Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yolun layihəsini hazırlanır
11 yaşayış məntəqəsini birləşdirən yeni yol tikilir (FOTO)
Bakı Zooparkının istifadəyə veriləcəyi təqribi vaxt bilindi
Bu yolda rənglənmə işləri aparılacaq
Qazaxda sərhədyanı kəndin yolu əsaslı təmir edilir
Bakıda yeni tunel istifadəyə verildi
Bakıda hazırda bu yollarda tıxac var - Siyahı
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq