Masallıda iki idman zalında karantin qaydaları pozuldu
9-05-2021, 17:01
152

Masallıda iki idman zalında karantin qaydaları pozuldu

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Qəriblər kəndində yerləşən “Arena” qapalı futbol meydançasında futbol oyununun təşkil edilməsi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən orada olan şəxslərə karantin rejiminin qaydaları izah olunub.
12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlərlə Masallı şəhəri ərazisində yerləşən trenajor zallarından birinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi aşkarlanıb və orada məşq edən 9 nəfər barəsində qanunamüvafiq qaydada inzibati protokol tərtib edilib.

Oxşar xəbərlər

Masallıda toy edənlər cərimələndi
Qonşusunun evində oğluna toy etdi, polis gəldi
Biləsuvarda idman zalı işlədən və orada məşq edənlər cərimələndi
Lənkəranda meyxana məclisi aşkarlandı - 10 nəfər cərimələndi
Polis meyxanaçıları cərimələdi
Karantini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi
Gizli işləyən çayxana aşkarlandı
Mərc oyunlarının təşkil olunduğu çayxana aşkarlandı
Koronavirusdan ölən ərinə ehsan verən qadın cərimə olundu
Hadı Rəcəblinin obyektlərində reyd keçirildi: Saxlanılanlar var
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələndi
Evdə qumar oynayanlar cərimələndi
Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələndi
Restoran sahibi toy məclisinə görə 5 min manat cərimələndi
Şəmkirdə 120 nəfərlik toy edənlər saxlanıldı - VİDEO
Qazaxda hamam sahibi həbs olundu - suyu satırmış
Şəkidə gecə fəaliyyət göstərən iki obyekt aşkarlandı
Toy məclislərinin iştirakçıları cərimələndi
Kafedə karantini pozan 12 nəfər polis şöbəsinə gətirildi
Tovuzda toy məclisi keçirənlər cərimələndi
Toy yarımçıq dayandırıldı, qonaqlar cərimələndi
Şəmkirdə toya gedənlər cərimə ödəməli oldular
Polis gizli toy keçirənlərə “toy tutdu”
Gizli nişan mərasimi keçirmək istəyənlər saxlanıldı
Toy mərasimi keçirmək istəyənlər cərimələndi
Evində toy təşkil etdi: Qonaqlardan əvvəl polis gəldi
Polisin daha bir toy əməliyyatı
Daha bir meyxana məclisi aşkarlandı - 10 nəfər cərimələndi
Qusarda kafe sahibi və müştəriləri polis şöbəsinə gətirildi
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib