Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı - FOTOLAR
10-05-2021, 14:29
73

Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı - FOTOLAR

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi Lənkəranda geniş qeyd olunur.
Lənkərandakı Heydər Əliyev Mərkəzində, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, əmək kollektivlərində, gənclər təşkilatlarında karantin qaydaları gözlənilməklə müxtəlif səpgili silsilə tədbirlər, onlayn konfrans və görüşlər, ağacəkmə aksiyaları keçirilir.
Bu münasibətlə keçirilən ağacəkmə aksiyası zamanı təkcə Heydər Əliyev prospektində 1000-dən çox küknar, şam və digər həmişəyaşıl ağaclar əkilib aqro-texniki qulluq göstərilib.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai-siyasi təşkilatların təmsilçiləri, “Regional İnkişaf” İctimai Birliyin könüllüləri və ictimaiyyət nümayəndələri pandemiyanın tələblərinə uyğun şəkildə şəhərin Heydər Əliyev xatirə parkına gəlib Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib önünə tər çiçəklər düzməklə dahi şəxsiyyətə ehtiramlarını ifadə ediblər.
Sonra İcra başçısı və digər iştirakçılar Heydər Əliyev Mərkəzindəki müzeyə baş çəkib Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla bir daha tanış olublar. Həmin gün YAP Lənkəran Şəhər təşkilatının xəttilə Ulu Öndərin anadan olmasının 98 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib.
Yaşlı nəslin, müharibə və əmək veteranlarının, gənclərin iştirak etdiyi konfransda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin nəsillərə örnək olduğu, bugünkü uğurların, qazanılan möhtəşəm qələbələrin məhz onun əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin böyük uğurla davam etdirdiyi siyasi kursun bəhrələri olduğu diqqətə çatdırılıb.
Tarixi günlə bağlı rayonda xatirə tədbirləri davam etdirilir.
Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı- FOTOLAR

Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı- FOTOLAR

Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı- FOTOLAR

Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı- FOTOLAR

Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı- FOTOLAR

Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı- FOTOLAR

Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı- FOTOLAR

Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı- FOTOLAR

Oxşar xəbərlər

Qaradağda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edildi - FOTOLAR
Qubadlı RİH ağacəkmə aksiyası keçirdi - FOTOLAR
Heydər Əliyevin xatirəsi onun adını daşıyan zirvədə anıldı - FOTOLAR
Dövlət başçısı Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət etdi
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
ICESCO-nun Baş direktoru Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Prezidentlər Heydər Əliyevin məzarını ziyarət ediblər
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi
Türkiyə televiziyası Heydər Əliyevə həsr olunmuş süjet hazırlayıb - VİDEO
Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərəcək
ADNSU-nun kollektivi Xocalı abidəsini ziyarət edib - FOTOLAR
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
“Azərsun Holdinq”in rəhbərliyi Ulu Öndərin məzarını ziyarət etdi
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
Cəlilabadda Heydər Əliyevin fotosunun yerinə mebel reklamı vurdular-RƏZALƏT…
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub
Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı PAYLAŞIM - FOTO
Heydər Əliyev prosopektində ağır qəza: avtomobil aşdı - FOTO
Heydər Əliyev Fondu eşitmə qüsurlu uşaqları sevindirdi - FOTOLAR
Birinci xanımdan Heydər Əliyevlə bağlı PAYLAŞIM
Prezident Hacıqabulda açılışlar edir - YENİLƏNİB
Prezident Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım etdi
Heydər Əliyev prospektində avtomobillə motosiklet toqquşdu
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - Video
Heydər Əliyev prospektində qəza oldu
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi - FOTO
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb