Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı labaratoriyada nə iş görülür?
10-05-2021, 17:22
67

Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı labaratoriyada nə iş görülür?

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində yerləşən Milli Referens Labaratoriyası qəzalı vəziyyətdədir. Sözügedən labaratoriya bir neçə il əvvəl tikilsə də, hər an çökmə və uçma təhlükəsi ilə üz-üzə qalıb.

Bizim.Media-ya daxil olan məlumata görə Fövqalədə Hallar Nazirliyinin İşçi Qrupu Referens Labaratoriyasının qəzalı vəziyyətdə olduğu barədə rəy versə də, sözügedən labaratoriya hələ də bu durumda çalışır. Bu isə işçilərin sağlamlığı üçün təhlükədir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Azər Sarıyev Bizim.Media-ya açıqlamasında deyib ki, qurumun rəyi açıqlamaq səlahiyyəti yoxdur:

“Labaratoriya hansı qurumun balansındadırsa, o Fövqəladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyi Nəzarəti Agentliyinə qəzalı vəziyyətlə bağlı müraciət edir. Onlar gedib rəy verirlər. Bu rəyi açıqlamaq səlahiyyəti yalnız və yalnız balanssaxlayıcıya aiddir. Bildiyimiz məlumat olanda özümüz monitorinq keçiririk. Dəvətlə gediləndə isə rəyi balanssaxlayıcı açıqlamalıdır.Yəni bu barədə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun balanssaxlayıcısı məlumat verməlidir”.

Qeyd olunan məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sözçüsü Elnarə Baxış onlara rəsmi sorğu göndərməli olduğumuzu bildirib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova isə Milli Referans Labaratoriyasının fəaliyyətinin məhdudlaşdırıldığını bildirib:

“Labaratoriya çalışmır, bağlıdır. Fövqəladə Hallar Nazirliyinin rəyində yazılıb ki, labaratoriyanın fəaliyyətinə məhdudiyyət qoyulub. Ora yalnız məhdud sayda işçi daxil ola bilər. Rəydə aparatura və digər ləvazimatlarla bağlı “məhdudlaşdırılıb” yazılıb”.

Labaratoriya işçilərinin hələ də işə gəlmələri ilə bağlı iddiaya əsəbləşən Həqiqət Qədirova növbəti suallarımızı cavablandırmaq istəməyib:

“Sizin suallarınız varsa, TƏBİB-ə müraciət edin, icazə alın, sonra mən müsahibə verim”, deyə o, əlavə edib.

Qeyd edək ki, Milli İstinad – Referens Labaratoriyası 3 ildir yaranıb. 30 nəfər işçisi var.

Oxşar xəbərlər

Lerikin icra başçısını bu sakinlər maraqlandırır? - GİLEY
Bakıda bina sakinlərinin həyatı təhlükədədir - VİDEO
Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru da koronavirusdan öldü
Bakıda bu binalar söküləcək
Bakıda 100-dən çox bina söküləcək (SİYAHI/FOTO)
FHN-dən əhaliyə MÜRACİƏT
Rusiyadan Azərbaycana əlavə qrup və texnika gətirildi
Modul tipli xəstəxanada qəza və ya partlayış baş verməyib - FHN
Ermənistanda yollar bağlandı
Qar səbəbindən köməksiz vəziyyətdə qalanlar belə xilas edildi - VİDEO
Bakıda mənzildən meyit tapılıb
Bakı bulvarında bir nəfər özünü dənizə atdı
Evinə bomba düşən Gəncə sakini çarəsiz durumda - "Adım heç zərərçəkmişlərin siyahısında yoxdur"
Balakənçayda köməksiz qalan şəxs xilas edildi
Bakıda yaşayış binasında yanğın olub.
Koronavirus xəstələrinin olduğu xəstəxanada partlayış baş verib? - AÇIQLAMA
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Bakıda mənzildə qadın meyiti tapıldı
Bakıda yataqxana söküntüsü etiraza səbəb oldu: İcra Hakimiyyətindən AÇIQLAMA
Bakıda ağır qəza
Qəbələnin dağ kəndində 5 nəfər köməksiz vəziyyətdə qalıb
Gəncədə mənzildə meyit tapılıb
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olundu
Bakıda yataqxanada baş verən yanğın söndürüldü - YENİLƏNİB-1
Bakıda top mərmisi aşkar edildi
Bakıda 18 mərtəbəli binada yanğın oldu
Güclü qar və şaxta Ermənistanda yolları iflic etdi
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
Dənizkənarı Milli Parkda suya düşən şəxsin meyiti tapılıb
Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ