İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
11-05-2021, 12:17
43

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrik mətnində deyilir:
"Hörmətli həmvətənlər!
Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.
Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.
Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.
Əziz bacı və qardaşlarım!
Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.
Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!
Ramazan bayramınız mübarək olsun!"

Oxşar xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi
Prezident Azərbaycan xalqını təbrik etdi
I Vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib
Şahzadə İlham Əliyevi təbrik etdi
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Ukrayna səfiri Azərbaycan xalqını təbrik etdi
Putin Azərbaycan xalqını təbrik etdi
Prezident Tomas Baxı təbrik etdi
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - VİDEO
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
İlham Əliyev Baş naziri təbrik etdi
Əfqanıstan səfiri Azərbaycan xalqını təbrik edib
İrəvan artıq anlamalıdır: Qarabağ, “artsax” yox - Mixaylov
Azərbaycan XİN Pakistan xalqını təbrik etdi
Tağıyevin nəvəsi Azərbaycanı təbrik etdi
Türkiyə MN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi
Prezident İlham Əliyev İspaniya kralını təbrik edib
İlham Əliyev Roma Papasına məktub yazıb
Prezident Anatoli Torkunovu təbrik etdi
Prezident və Birinci xanımdan Teymur Rəcəbova TƏBRİK
İlham Əliyev Nazarbayevə məktub göndərdi
Prezident İlham Əliyev Braziliya Prezidentini təbrik edib