Yeni sədr “Space” TV-ni niyə tərk etdi? - SƏBƏBLƏR
11-05-2021, 13:54
80

Yeni sədr “Space” TV-ni niyə tərk etdi? - SƏBƏBLƏR

Dünən "Space” telekanalının 6 gün əvvəl təyin olunmuş yeni rəhbəri Ülviyyə Mikayılovanın qəfildən istefa verməsi ölkədə rezonans doğurub. Bu, kanalın işçiləri arasında da eyni reaksiyaya səbəb olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, təyin olunmuş yeni rəhbər heç də qeyd olunduğu kimi, kanalı maarifləndirici bir quruma çevirə bilməyəcəyi səbəbindən istefa verməyib.
Əksinə o, yeni işlərə, layihələr üzərində çalışmağa belə başlayıb. Yeni rəhbəri əslində qorxudan kanalın mühasibatlığı olub. O, mühasibatlığın hesabatları ilə tanış olduqdan sonra kanalın həddən artıq borcu olduğunu görüb. Televiziyanın həm yayım, həm də vergi, kredit məsələlərinə görə xeyli borcu yığılıb. 
Kanaldakı mənbənin verdiyi digər məlumatda isə bildirilir ki, televiziyada elə işçilər var ki, 9-10 ayın maaşını ala bilməyib. Elə bu səbəbdən kanalı tərk edənlər də olub. 
Borc sənədlərini görən Ülviyyə Mikayılova da bu qədər borcla bacara bilməyəcəyini səbəb gətirərək dərhal istefa verib.
Verilən məlumata görə, maaşların gecikməsinə səbəb, kanalın keçmiş rəhbəri Vaqif Mustafayevin israfçılığıdır. Hazırda 3 aydır ki, kanalda audit yoxlaması aparılır. Yoxlama zamanı bəlli olub ki, kanalda külli miqdarda yeyintiyə yol verilib. 
Mənbə bildirir ki, Ülviyyə xanımın təyinatı kollektiv arasında kanalda tezliklə hər şeyin düzəlməsinə ümid yaradıb. Ancaq xanım rəhbərin anidən istefa verməsi işçiləri də məyus edib. Hətta hazırda 70-80% işçi təcili özlərinə iş axtarmaqla məşğuldur. 
Mənbə onu da qeyd edib ki, Vaqif Mustafayev istefaya getdikdən sonra kanalın rəhbərliyinin Kamil Şahverdiyeva veriləcəyi haqqında da xəbərlər dolaşırdı.
Çünki bütün ara məsəafələrində o kanalı idarə edib. Ülviyyə Mikayılovanın qəfil istefasından sonra da kanala müvəqqəti rəhbərlik K.Şahverdiyevə həvalə olunub.
Qaldırılan məsələylə bağlı Ülviyyə Mikayılovanın özündən soruşmaq istədik. Dəfələrlə zəng cəhdimizə baxmayaraq Ülviyyə xanım telefonumuzu qaldırmadı.

Oxşar xəbərlər

"Space" TV-nin yeni rəhbəri istefa verib - yenicə təyin olunmuşdu...
"Space" TV-yə yeni rəhbər təyin olundu - FOTO
“Mənim üçün yeni sahədir” - “Space”in rəhbəri
"Space" maarrifləndirici televiziya olmalıdır" - Ülviyyə Mikayılova
"Space" TV-yə yeni rəhbər TƏYİN EDİLDİ
"Space"in yeni rəhbəri Vaqif Mustafayevin daha bir kadrını işdən çıxardı
“Space” TV-nin prezidenti istefa VERDİ
Kamil Şahverdiyevə "Space"də yeni vəzifə verildi
Space TV-nin yeni rəhbəri kim olacaq? - İDDİA
Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? - AÇIQLAMA
“Borc var, özü də külli miqdardadır” – Tahir İmanovdan açıqlama
"Space" TV-nin yeni rəhbəri məlum oldu
“Space“in yeni rəhbəri məşhur aparıcının verilişini bağladı
"Space"də yoxlamalar başladı - Vaqif Mustafayevin dövrü araşdırılır
Vado Korovin “Space“ TV-yə rəhbər təyin edilib? - ATV-dən gedib və...
Mikayıl Güləddinoğlu ilə Space arasında nə baş verir? - AÇIQLAMA
“Space” telekanalı hind filmlərinin yayımını dayandırır? - AÇIQLAMA
Azərbaycanda yeni telekanal yaradılacaq
Vaqif Mustafayevin Tahir İmanova 70 min borcu qalıb
"Space" TV-də daha bir veriliş bağlandı – Televiziyada nə baş verir?
Ovannisyan yeni vəzifəsindən də istefa verdi
AzTV-də yeni təyinatlar - SİYAHI
““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli
AzTV-nin binasında tavan çökdü, kanalın əməkdaşı öldü
Moldovanın yeni prezidenti istefa verdi
Azərbaycanda bu telekanalın yayımı dayandırıldı
Maykl Cekson yaşayır! - İDDİA
Vaqif Mustafayevin "Sadə Həqiqətlər" verilişi bağlandı
Yoluxma sayı artdı, Səhiyyə naziri istefa verdi
“Vaqif Mustafayev istefa verməyib, mən onu işdən azad etmişəm” – Sevil Əliyeva