Məşvərət Şurası yaradıldı - Allahşükür Paşazadə sədr seçildi
11-05-2021, 15:21
71

Məşvərət Şurası yaradıldı - Allahşükür Paşazadə sədr seçildi

Qafqaz Müsəlmanları İdarəsində ötən gün Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə iştirakçılara müraciət edərək ölkəmizdə mövcud olan dini konfessiyaların qurumları və rəhbərlərinin əməkdaşlığının müəyyən təşkilati format çərçivəsində davam etdirilməsi üçün Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası adlı qurumun təsis edilməsini təklif edib. 
Müzakirə və çıxışlardan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri kimi təsdiq ediliblər. 
Daha sonra Məşvərət Şurasının sədri vəzifəsinə Şeyxülislam Allahşükür Paşazadənin seçilməsilə bağlı yekdilliklə qərar qəbul edilib. İclasda həmçinin Məşvərət Şurasının Əsasnaməsi təsdiq edilib.

Oxşar xəbərlər

Şeyx dindarları Ağdama apardı
Allahşükür Paşazadə yenidən Nobel mükafatına namizəd oldu
Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimiz yad edilir
Şeyxülislam BMT Baş Katibinin müavininə Ermənistanın törətdiyi vəhşilik barədə məlumat verib
“Şəhidlərimizin qanı yerdə qalmadı” - Allahşükür Paşazadə
“Bu il Ramazan ayı bizim üçün həm də Zəfər ayıdır” - Allahşükür Paşazadə
Dini konfessiyaların rəhbərləri İlham Əliyevə təbrik məktubu göndərdi
Allahşükür Paşazadə Vyanadadır
Heydər məscidində Vətən müharibəsi şəhidləri anılıb
“İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam
Şeyx Ağdam səfərindən danışdı: “Ürəyim ağrıdı“
Xudavəng monastırı ziyarət ediləcək
Azərbaycanda Ramazan ayının başlayacağı tarix BƏLLİ OLDU
Nə qədər fitrə zəkatı verilməlidir? - Şeyxdən AÇIQLAMA
Şeyxin mühafizəçisinə ağır itki
Ağdamın cümə məscidinin axundu vəfat edib
"Şortik geyindiyimə görə mənə su vermədilər" - Şeyxin müşaviri
İsrailli nazir: "Daim Azərbaycanın yanındayıq"
Şeyxin bacısı oğlu koronavirusdan öldü
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Qarabağdakı separatçıların dini lideri infarkt keçirib
Allahşükür Paşazadə din xadimləri ilə görüş keçirdi
Rus Pravoslav Kilsəsi erməni vandalizminin qurbanı olub - Fotolar
İlham Əliyev Qarabağda yaşayan ermənilərdən DANIŞDI
Erməni əsir Bakıdakı kilsədə dua edib - Fotolar
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
Tuğdakı alban məbədi bərpa olunacaq
Şeyxülislam II Qareginin cavabını verdi
Bu şəxslər kütləvi dini ibadət və mərasimlər apara biləcək
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR