Azərbaycanlı milyarderin boşanma qalmaqalı: Pula görə ana oğluna qarşı çıxır…
21-06-2020, 15:30
230

Azərbaycanlı milyarderin boşanma qalmaqalı: Pula görə ana oğluna qarşı çıxır…

Milyarder Fərhad Əhmədovun oğlu anasının Londonda məhkəməyə verilməsi qərarını "qanuni don geydirilmiş qəsb" ilə müqayisə edib, anası ilə məhkəmədə çəkişmək əvəzinə öz həyatını yaşayacağını bildirib...
Bu barədə "Forbes" jurnalı məlumat yayıb.
"Mənim 26 yaşım var və mən anamı məhkəməyə vermək əvəzinə öz həyatımı yaşamaq istərdim",- milyarder Fərhad Əhmədovun və keçmiş həyat yoldaşı Tatyananın oğlu Teymur Əhmədov anasının ona qarşı qaldırdığı məhkəmə iddialarını şərh edərkən deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Tatyana Əhmədovanın iddia hüquqlarını təhvil verdiyi İngiltərə məhkəməsi və "Burford Capital" şirkəti , onu öz oğlunu məhkəməyə verməyə vadar edib.
"Atam beş il əvvəl anama 150 milyon dollar ödəməyi təklif etdi, amma indi 3 vəkilin köməyi ilə piroqun bir hissəsini almaq istəyir", - o əlavə edib.
Fərhad və Tatyana Əhmədovların boşanma prosesi 2013-cü ildən bəri davam edir. Londonun Yüksək Məhkəməsi 2016-cı ilin dekabrında milyarderin keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (o vaxt təxminən 584 milyon dollar idi) ödəməyə məhkum edib, lakin Əhmədov məhkəmə qərarını yerinə yetirməkdən imtina edib. Təzminatı almağa  çalışan Tatyana Əhmədova isə sonradan oğlunun atasının aktivlərini gizlətməyə kömək etdiyini bildirərək onu məhkəməyə verib.

Məhkəmə iddiasında deyilir ki, Teymur Əhmədov, əslində atanın köməkçisi kimi fəaliyyət göstərib və anasının bu mənbələri öz xeyrinə geri ala biləcəyi dəyərlər və maliyyə alətlərini yurisdiksiyalardan çıxarmaq üçün sxemlərin hazırlanmasına və həyata keçirilməsinə kömək edib.
Teymur Əhmədov Londonda özünün müdafiəsi üçün iki cavab iddiası qaldırıb. Onlardan birində, ananın vəkillərinə pul ödəməsinin qadağan edilməsini tələb edib, çünki məhkəməsi üçüncü tərəf "Burford Capital" fondu tərəfindən maliyyələşdirilir və nəzarət olunur. İkinci məhkəmə iddiasında Teymur anasının müdafiəsi ilə təmin edilən bəzi sənədlərin şəxsi həyatı ilə əlaqəli olduğu üçün məhkəmə prosesinin açıq elan edilməsini tələb edib. İyunun 12-də hakim Kvinnet Nouels Teymurun mübahisəli səbəbləri olmadığına görə rədd edib.
"Hakim Nouelsin qərarı qətidir və mənə qarşı ayrıseçkilik etməyən apelyasiya məhkəməsinə göndəriləcək",- deyə Teymur Əhmədov "Forbes" jurnalına bildirib.

GÜNDƏLİK BAKI

Oxşar xəbərlər

Rövnəq Abdullayevin TELİ-nin və  oğlu Rəşadın QOLU-nun  qiyməti-SOCAR prezidenti oğurlanan 1.3 milyon dollarlıq saatı kimlərin üstünə atmadı ?
İcra başçısı məhkəməyə verildi
Kamil Zeynallı evini 200 min manata satır - Səbəb?
İşdən çıxarıldığı “Azsığorta”-dan 50 min tələb edir - Çəkişmə...
Serj Sarkisyanın səhhəti pisləşdi
Gənc icra başçısı baş redaktoru cərimələtdi
Elgiz Əkbər 50 min manat təzminat istəyir - Səbəb
“Rasim Məmmədov Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib”
Bakıda zülmkar qaynananı öldürən gəlinə 16 illik həbs cəzası
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
“TikTok” Trampın fərmanını məhkəməyə verdi
Roqozinlə Mask mübahisə etdi: Kosmos "davası"
Qızına qarşı əxlaqsızlıq edən ata həbs edildi
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
Ana sevgilisini 14 yaşlı oğluna güllələtdi
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı
Deputatın oğlu qonşu ölkəyə 50 milyon dollar sərmayə yatırdı
Robert Koçaryan Ermənistanı məhkəməyə verdi
Şəhidin "qan pulu"na görə 8 qardaş və bacı üz-üzə gəldi: hamısı öz payını istəyir
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Ramiz Mehdiyev dözmədi və Zaur Qəriboğlunu məhkəməyə verdi
Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs...
Fərhad Bədəlbəyli: "Məni telekanalların veriliş siyasəti çox narahat edir"
“Ramiz Mehdiyev partiyaya necə gəldi heç bilmədik” – Maksim Musayev sirləri açır...
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
Əlişir Usmanovun ayırdığı 5 milyon 20 min insan arasında paylandı
"TikTok"dan ən çox pul qazananlar açıqlandı
Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı açıqlandı