“Operativ Qərargah tam tərkibdə istefaya getməlidir” – Sərt mövqe
21-06-2020, 10:46
210

“Operativ Qərargah tam tərkibdə istefaya getməlidir” – Sərt mövqe

“Bu günə qədər əhalini virusun mövcudluğuna inandıra bilməyən Nazirlər Kabineti yanında Operativ Qərargah bütün tərkibi ilə istefa verməli və yenidən təşkil edilməlidir”..
Bunu iqtisadçı Qubad İbadoğlu deyib.
"Əks təqdirdə bu dəfəki sərt karantin rejimi də ciddi effekt verməyəcək. İlk növbədə insanlar arasında inamsızlığı aradan qaldırmaq və ehtiyacı olanların sosial təminatını təşkil etmək lazımdır.
Dünən 438, bu gün 471 yeni yoluxma, 2 gündə 909 yoluxma. Bu o deməkdir ki, polis zorakılığı ilə hələ uzun müddət yaddaşlarda qalacaq 6-7 iyun tarixli sərt özünütəcrid rejimində olan karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin Operativ Qərargahının qərarı düzgün olmayıb.
Deməli, əsas karantin rejimi deyil, karantin davranışları və mədəniyyətidir. Təəssüflər olsun ki, 2 ay 20 gündür ki, ən vacib olan bu vəzifələrin həllinə nail ola bilmədik. Çünki, hakimiyyətin hədəf bu olmadı.Hədəf əvvəl də başqa idi, indi də başqadır.
Virusla mübarizə belə aparılmır. Onun üçün strateji yanaşma olmalıdır, alqoritm qurulmaldır, bütün addımlar bir-birləri ilə əlaqələndirilməli və sonda da bir-birini tamamlamalıdır. Bu isə mütərəqqi ölkələrin təcrübəsi və emprik tədqiqatlar əsasında hazırlana bilər.
Azərbaycanda isə əsl alimlər və ekspertlər bu prosesdən kənardadır. Professor Adil Qeybulla indiyə qədər irəli sürdüyü elmi fərziyələrin demək olar ki, hamısı özünü doğruldub. Amma bir dəfə də olsun onu Nazirlər Kabinetinin Operativ Qərargahına dəvət edib, dinləməyiblər.
Digər tərəfdən də əhali də hakimyyətə inamsızlığı aradan qaldırmaq və karantin rejiminin effektivliyini artırmaq üçün bu müddətdə ehtiyacı olanların maddi və mənəvi tələbatlarını ödəmək məqsədilə 2 iş davamlı olaraq görülməlidir:
1) ünvanlı və birdəfəlik sosial yardım;
2) dürüst və səmimi söhbət. Azərbaycan vətəndaşları təəssüf ki, hər ikisindən məhrumdur.
Bu günə qədər əhalini virusun mövcudluğuna inandıra bilməyən operativ qərargah bütün tərkibi ilə istefa verməli və yenidən təşkil edilməlidir.
Əks təqdirdə bu dəfəki karantin rejimi də ciddi effekt verə bilməz. İlk növbədə insanlar arasında inamsızlığı aradan qaldırmaq və ehtiyacı olanların sosial təminatını təşkil etmək lazımdır.
Yaponiyada heç operativ qərargah da yoxdur, amma dürüst və xalqla açıq danışan hakimiyyət və bir də karantin mədəniyyəti olan yapon xalqı vardır” – Q.İbadoğlu qeyd edib. (pravda.az)

Oxşar xəbərlər

Nazirlər Kabineti rəsmisi həyəcan təbili çalır: “Yoluxma yenidən artır”
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Karantin rejimi yenidən uzadılır - Diqqət
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Operativ Qərargah vətəndaşlara müraciət edib
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
TƏBİB-dən karantin günlərində toyların keçirilməsi ilə bağlı açıqlama
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ + VİDEO
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Karantin rejimi uzadılacaq - Prezident açıqladı
Bugün Operativ Qərargahın brifinq keçiriləcək
Bu şəxslərin metroda işləməsi qadağandır - RƏSMİ
Çörək zavodunun işçiləri iyunun 15-də işə gələ biləcək - RƏSMİ
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Rayonlara gediş-gəlişlə bağlı açıqlama
Avqust karantinin son ayı olacaq?
Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək – Şərtlər
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN
Rayonlara gediş-gəlişlə bağlı rəsmi açıqlama
Karantin bu tarixdə yenidən yumşaldılacaq - RƏSMİ + VİDEO
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Bakı polisindən karantin rejmi ilə bağlı AÇIQLAMA
Sentyabrın 1-dən "mall"lar açılır - Açıqlama