Xətaidə “işğal”: Sakinlər Həsənquliyevdən kömək istədi
29-06-2020, 15:58
307

Xətaidə “işğal”: Sakinlər Həsənquliyevdən kömək istədi

Xətai rayonu, Gəncə prospekti 2942A məhəlləsinin sakinləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdən kömək istəyiblər...
Gündəlik Bakı xəbər verir ki, sakinlər sözügedən ərazidə, “Şəms” şadlıq evinin arxasında, 269 saylı məktəbin girişi önündəki kiçik ərazidə növbəti göydələn tikilməsinə hazırlıq görülməsindən narahatlıqlarını ifadə ediblər.
Sakinlərin sözlərinə görə, ərazidə hazırda 11 hündürmərtəbəli yaşayış binası var və onların əksəriyyətinin həyəti yoxdur. Şəxsi avtomobillərini saxlamaq üçün yer tapa bilməyən və tez-tez mübahisələr yaşanan bu məhəllədə sakinlər artıq maşınlarını park etmək üçün Gəncə prospektindən istifadə etmək məcburiyyəti qarşısında qalırlar.
İki ay öncə məhəllədə baş verən yanğını xatırladan sakinlər deyib ki, FHN yanğınsöndürənləri yanğın baş verən mənzilin yaxınlığına getmək üçün düz 30 dəqiqə gözləyiblər. Çünki məhəllədə sıx saxlanılan avtomobillər iri qabaritli maşınların hərəkətini tamamilə mümkünsüz edir.
Hələlik məskunlaşma 4 binadadır, digər 7 binada məskunlaşma isə yeni-yeni başlayır. O binalarda da məskunlaşma tamamlandıqdan sonra ərazidəki sıxlığın bir neçə dəfə də artacağını bildirən sakinlər yeni göydələnin tikintisi baş tutarsa, artıq burada yaşamağın mümkünsüz olacağını deyiblər.
Sakinlər artıq bir neçə dövlət qurumuna müraciət edib və heç bir cavab almayıblar. Sözügedən ərazinin deputatı ilə isə əlaqə saxlaya bilmirlər.
“Xətai rayonunun 4 deputatı olmalıdır. 33 və 35 saylı Xətai birinci və üçüncü seçki dairələrinin nəticələri ləğv edilib, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı isə Mixail Zabelindir. M.Zabelinlə ünsiyyət qurmaq problemimiz var – onunla əlaqə saxlamaq olmur, üstəlik dil problemi də mövcuddur. Ona görə yeganə ümidimiz 36 saylı Xətai dördüncü seçki dairəsindən millət vəkili seçilən Qüdrət Həsənquliyevədir. Q.Həsənquliyev bizim ərazidən seçilməyib, amma ondan başqasına ümidimiz də yoxdur, çünki Xətainin tək təmsilçisi hazırda Qüdrət Həsənquliyevdir”, - sakinlər qeyd edib.
Sakinlər həmçinin vurğulayıblar ki, sözügedən ərazidə bina əvəzinə kiçik park salınarsa, bu, insanların istirahəti üçün böyük töhfə olar:
“Bu yaxın ərazilərdə park yoxdur, istirahət üçün Ukrayna dairəsindəki yeganə və kiçik parka getməyə məcburuq. Hamı ora getdiyi üçün o kiçik parkda da böyük sıxlıq yaşanır. halbuki məhəllədə kiçik parkımız olarsa, biz də övladlarımızın gəzməsi üçün şəhərə axışmarıq”.
Sakinlərin sosial şəbəkədə Qüdrət Həsənquliyevə çağırışına millət vəkili dərhal reaksiya verib.
BAXCP sədrinin müavini, tanınmış politoloq Elçin Mirzəbəyli sosial şəbəkə üzərindən paylaşımların dərhal ardından sakinlərlə əlaqə yaradaraq, artıq millət vəkilinin problemlə bağlı Xətai rayon icra başçısı ilə danışdığını qeyd edib:
“İcra Hakimiyyətindən bildirdilər ki, ərazi sahibkara 2015-ci ildə rəsmi sənədlə verilib. Amma tikintinin aparılması bir müddət öncə dayandırılıb. Xətai rayon İH-də baş verən dəyişiklikdən sonra yeni rəhbərlik ərazinin yaşayış binasının tikintisi üçün yararlı olmadığını, buna görə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkrar müraciət edildiyini qeyd edib. Komitənin cavabından sonra sözügedən ərazidə abadlıq aparılması və kiçik parka çevrilməsi nəzərdə tutulur”.
E.Mirzəbəyli qeyd edib ki, millət vəkili prosesi tam nəzarətdə saxlayacağını və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi müraciət edəcəyini bildirib:
“Qüdrət bəyin seçildiyi dairə olmamasına baxmayaraq, biz sözügedən ərazini yaxşı tanıyırıq və oradakı problemlərdən məlumatımız var. Ona görə də sakinlər millət vəkili Qüdrət Həsənquliyevin bu problemi ciddi nəzarətdə saxlayacağına əmin ola bilərlər”. (Axar.az)



Oxşar xəbərlər

Xətainin başçısı məktəbin girişini satıb – Jurnalistdən ittiham
Bakının bu qəsəbəsində 35 ildir nə yol, nə də su var - VİDEO
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Kranın yaşayış binasının üstünə aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş bağlanıb - VİDEO
“VÜQAR SƏFƏRLİ DEDİ Kİ, EV VERİBLƏR, BƏSİNİZDİR…”
Bakıda beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
Bakıda 30-dək ağac və kol bitkisinin məhv edilməsi faktı araşdırıldı
“Şərur” MTK-nın rəhbəri qanunları necə pozur? - Sakinlər piketə hazırlaşır
Gömrük Komitəsinin binası söküləcək
İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - Video
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Bakıda gecə saatlarında 30-a yaxın ağac ekskavatorla məhv edilib
Bakıda aksiya: vətəndaşlar BNA-nın işinə etiraz edir - Video
Gəncədə usta 6-cı mərtəbədən yıxılıb öldü
Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...
Kürdəmirdə ilanlar evlərə və həyətlərə hücum edib
Bu rayonların sakinləri bu gün müavinət, təqaüd və kompensasiyalar alacaq - SİYAHI
İqbal Məmmədovun 200 minlik lüks avtomobili - Foto
DSX-nin hərbi qulluqçusu yanğın zamanı fədakarlıq göstərib
Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB
Türkiyə sərt karantin rejiminə qayıdır - Vəziyyət gərgindir
Leyla Əliyeva “Bizim həyət”in açılışında - FOTOLAR
Bakıda hasarlanmış ərazidə ağaclar kəsilir - Foto
Bakıda sakinləri qorxuya salan qəribə hadisə - Polis hərəkətə keçdi
Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq - Bu ərazidə
Xızıda dağlıq ərazidə yanğın başlayıb - helikopterlər cəlb olunub
Bakıda film kimi qaçış: Sərxoş sürücü şəhəri bir-birinə qatdı - VİDEO
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Heydər Əliyevin 90 illiyinə salınmış park dağıdılır, yerində obyektlər tikilir - Fotolar
Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri