Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı - SİYAHI
13-05-2021, 15:04
53

Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı - SİYAHI

2021-ci ilin aprel ayında ölkədə dəyəri artan ərzaq və qeyri-ərzaq məhsulları açıqlanıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu ilin aprel ayında əvvəlki aya nisbətən daha çox bahalaşma bu məhsullarda müşahidə olunub: 
"Bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində müşahidə olununb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib".
2021-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 103,9 faiz təşkil edib.
Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının, ucuzlaşma isə əsasən mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin aprel ayına nisbətən 104,3 faiz təşkil edib. Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma paltarların təmiri, dişlərin müaliсəsi, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oxşar xəbərlər

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı
Azərbaycanda bahalaşmanın səbəbi AÇIQLANDI
Azərbaycanda mal və qoyun əti ucuzlaşdı
Azərbaycanda hansı məhsullar nə qədər bahalaşıb? - FOTO
Ermənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşdı
Marketlərdə qiymət artımı başladı - Siyahı
Azərbaycanda bu xidmətlərin qiyməti bahalaşdı
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq - Gözlənti
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Azərbaycanda ərzaq məhsulları ən yüksək həddə bahalaşdı
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
Azərbaycanın xaricə satdığı ən populyar ərzaq məhsulları - SİYAHI
“Azərsun” sabotajla məşğuldur? - Qiymətlər hər gün bir az da artır...
Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr məlum oldu - SİYAHI
“Pendir almaq istəyirdim. Apelsin, nar... Heç birini ala bilmədim” – Video
Ərzaq bahalaşır: Maaş və pensiyalara yenidən BAXILACAQ
Azərbaycanda hansı məhsullar bahalaşıb? - Foto
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
“Yeni bahalaşma dalğası gəlir” - NƏ BAŞ VERİR?
İnam Kərimov HARA BAXIR: "Ölkəni texniki sort Pakistan, İran kartofu bürüyüb" - Alverçilər "at oynadır"
Azərbaycanda gələn il qiymət artımı olacaq? - Mərkəzi Bank açıqladı
Müdafiə Nazirliyi və DSX-yə 7.6 milyon manatlıq məhsullar verildi - Video
Əmioğlular ərzaq mağazasından qızıl oğurladı
"Aprel ayında da əhəmiyyətli artım gözləyirik" - Mikayıl Cabbarov
Oktyabrda Azərbaycanda ətin qiyməti bahalaşacaq - AÇIQLAMA
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Qiyməti qalxan siqaretlər - SİYAHI
Bahalaşmanın arxasında məmurlar və deputatlar dayanır