"Demək, oğurlamısan ki, indi də təhvil verirsən" — Elçin Şıxlıdan Əli Həsənovu ifşa edən açıqlamalar
21-06-2020, 23:11
269

"Demək, oğurlamısan ki, indi də təhvil verirsən" — Elçin Şıxlıdan Əli Həsənovu ifşa edən açıqlamalar

“Mərdlikdən kim danışırsa danışsın, Əli Həsənov danışmasın. Çünki onun mərdliyin nə olduğundan ümumiyyətlə xəbəri yoxdur”...
Bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Prezidentin sabiq köməkçisi Əli Həsənovun demokrat.az saytına son müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, Əli Həsənov KİVDF-nin keçmiş rəhbərliyinə qarşı cinayət işinin açılmasından narahat olub və bu səbəbdən hisslərini cilovlaya bilmir:
Əli Həsənov deyir ki, şirkətlərimi təhvil vermişəm. Adama sual verərlər ki, şirkətləri kimə və nə üçün təhvil vermisən? Elnur Əliyev deyə bir adamın adını çəkir. Hesab edirəm ki, bütün bunlar oyunbazlıqdır və Vüqar Səfərlinin birdən-birə 100 mini büdcəyə qaytarması kimi bir şeydir. Demək, oğurlamısan ki, indi də təhvil verirsən. Bir zamanlar deyirdin ki, ailəmə məxsus şirkətlərlə fəxr edirəm. Nə baş verdi və nə dəyişdi ki, indi fəxr etmirsən? Vəzifədə olanda istədiyin işi edirdin və adını qoyurdun biznesmenlik. Vəzifədən çıxandan sonra biznesmenlik qabiliyyətini itirdin?”.
Elçin Şıxlı qeyd edir ki, Əli Həsənov Azərbaycan mətbuatını məhv edib və vəzifədən getdikdən sonra elementar davranış qaydalarını da itirib:
“O, vəzifədən azad ediləndən sonra ümumiyyətlə səsini çıxarmamalı, ya da diplomatik cavablar verməli idi. Lakin biz nəyin şahidi oluruq? O, yenə əvvəlki ampulasındadır və yenə hədəfi yayındırmağa çalışır. Belə adamları sakitcə işdən çıxarmaq olmaz. Onları sona qədər ifşa etməlisən. Yox əgər ifşa etməsən, işləyib, son qədər hər şeyi darmadağın edəcəklər. Onun yürütdüyü siyasətinin nəticəsidir ki, hazırda mətbuata inam azalıb. Pademiya dövründə biz bunu aydın gördük və insanlarımız Həsənovun dövründə biabırçı kökə salınan TV və mətbuatın dediklərinə inanmır. Əli Həsənov məqsədli şəkildə bu siyasəti yürüdüb və ölkəmiz bu gün də onun çirkin əməllərindən əziyyət çəkir”.

Oxşar xəbərlər

“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” - KİVDF işi ilə bağlı son durum
Əli Həsənov hökuməti belə aldadırmış
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Əli Həsənov üçün sanılı günlər başladı - Təkcə onun qollarına qandal vurulmayacaq...
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
Əli Həsənov və əlaltıları həbs edilə bilər
Əli Həsənov daha bir media rıçaqını itirir
“Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
Əli Həsənov mediadan birdəfəlik gedir
Əli Həsənovun halı pisləşdi - Almaniyaya aparılır
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Tikinti şirkətinin iddialarına kran sahibinin CAVABI - VİDEO
Ramiz Həsənov yalançı nazir müavinidir, yoxsa sabiq naziri “rasxod”a verir?
Usta tanışı ilə birgə 20 mənzili qarət etdi
“Vüqar Səfərli ayaq yoluna gedəndə bəzi baş redaktorlar qapının arxasında növbəyə dururdular…”
MŞ və Amaşov ətrafında həlqə daralır -sunami irəlidədir
Rusiya axtarışda olan cinayətkarları Azərbaycana təhvil verdi - VİDEO
“O məmurlar Rusiyanın tapşırıqlarına əməl etmək məcburiyyətində qalıblar” – Fəzail Ağamalı
Bakıda saxta pul əməliyyatları ilə bağlı ilginc iddialar
Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldı
Əli Həsənov ANS-i də “almaq” istəyirdi! - ANS TV-nin rəsmisindən ŞOK İTTİHAM
Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama
“Bu məsələdə birbaşa günahkarlar Nuşirəvan Məhərrəmli və Əli Həsənovdur”
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
Eldar Həsənov, Əli Həsənov, Abbas Abbasov, “Quska” və...daha kimlər? - Sensasion şəbəkə
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Əli Həsənov səhhətindən danışdı - Yenilənib
“İmkan verin dərdlərimlə baş-başa qalım!” - Əli Həsənov
Əli Həsənov: “Söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz”