Bu bina Şuşanın tacı olacaq - FOTOLAR
13-05-2021, 16:02
47

Bu bina Şuşanın tacı olacaq - FOTOLAR

Xəbər verdiyimiz kimi, mayın 12-də Şuşada yeni məscidin təməli qoyulub.
Məscidin təməlini qoyan Prezident İlham Əliyev çıxış edərək deyib:
"Bu gün Şuşa şəhərində yeni məscidin təməlini qoyduq. Şuşada yeni məscid tikiləcəkdir. Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri işğalçılardan azad olunandan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Nəzərə alsaq ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi - Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib.
Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.
Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaqdır, həm də aşağıdan baxanda. Məscidin yeri də təsadüfən seçilmədi. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı.
Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir. Məscidin təməlqoyma günü də təsadüfən seçilmədi. Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu mübarək Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır. Bundan sonra artıq memarlar məscidin bütün layihəsi ilə ciddi məşğul olacaqlar və inşaat işləri başlanacaq".
Həmin məscidin ilkin eskiz layihəsini tədim edirik:



Oxşar xəbərlər

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
"Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!" - Prezident
İran fars məscidi kimi təqdim etdiyi “Gövhər Ağa” haqda fərqli açıqlama
Prezidentdən Şuşa ilə bağlı mühüm qərar
“Dəhşətə gəldim, əsgərlərimiz o dağlara necə qalxıb?“ - Şuşadan qayıdan xanəndə
Şuşada 11 məscid yox edilib
Prezident və birinci xanım Zəngilan məscidinin divarına daş hördülər - FOTO
“Övladlarımız əlbəyaxa döyüşlə Şuşada bayraq qaldırdı” - Ali Baş Komandan
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub
Erməni vandallarından qurtulan XVlll əsrə aid məscidi “Polat Yol Yapı” şirkəti dağıdıb
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak etdi - VİDEO
"Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik" - Azərbaycan lideri
Prezident Şuşada bərpa edilən “Xan qızı” bulağında oldu
Əbülfəz Qarayevlə Suraxanının icra başçısını nə birləşdirir? - Bakıda 700 illik məscid dağıdılır
Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər CƏZALANDIRILACAQ
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
“Dünən gecə Şuşada qalmağa qərar verdik, çünki...” - İlham Əliyev
"Dünyada Şuşaya bənzər şəhər görməmişəm" - İlham Əliyev
Şuşanın tarixi mərkəzi UNESCO-nun irs siyahısına salınır
Prezident Şuşadakı xüsusi nümayəndəsinə tapşırıqlar verdi
Mədəniyyət Nazirliyi Şuşa şəhərilə bağlı hərəkətə keçdi
Yəhudilər Məscidi Əqsaya hücum edib
İşğaldan azad edilən Alxanlı kəndində dağılmış məscid - FOTO
Şuşanın gəzməli-görməli yerləri - Video
"Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm" - Prezident
Füzuli-Şuşa yolu və Füzuli aeroportunun təməli qoyuldu - FOTOLAR
Azərbaycan polisi 28 il sonra Şuşada xidmətə başladı
Şuşada İsa Bulağına yol çəkiləcək
Ermənilər Şuşada Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar - VİDEO
Separatçı rejimin Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edildi - Foto