Sabunçu rayonunda avtomobil yollarında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar olaraq yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb.
“Bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur”.