Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi
22-06-2020, 16:30
211

Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib. 

Qeyd olunan ərazilərdə 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

“ASAN Xidmət”dən verilən məlumata görə, məhdudiyyətlərin ilk günündə əməkdaşlar üçün icazənin alınması ilə bağlı 47427 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 690330 aktiv icazə qüvvədədir.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 511419 SMS göndərilib ki, bunlardan da 149177-si, yəni 29 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

SMS-lərin 99,4 faizi 1 dəqiqə ərzində cavablandırılıb.

Oxşar xəbərlər

Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verdi
8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...
“Bəzi qurumlar əməkdaşları ilə müqavilə bağlamağa məcbur olub”
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Portalda icazənin ləğv və ya redaktə edilməsi mümkündürmü?
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Bu şəxslərin icazəsi ləğv edildi
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
İri ticarət mərkəzləri sentyabrın 30-dək bağlı qalacaq
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
İctimai yerlərdə toplaşma ilə bağlı MÜHÜM QƏRAR
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Avqust karantinin son ayı olacaq?
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Azərbaycanda daha bir məhdudiyyət tətbiq edilir
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
Bu sürücülər 400 manat cərimələnəcək
İki saatlıq icazə ilə rayonu tərk etmək istədi, həbs olundu
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Avqustun 31-dək qüvvədə olan qadağalar