Səhnəmizin gülüş ustası: Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi
16-05-2021, 11:24
54

Səhnəmizin gülüş ustası: Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi

Bu gün Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevin doğum günüdür.
Arif Quliyev 16 may 1950-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulub.
1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.
Aktyor müxtəlif səpgili və xarakterli obrazlar yaradıb.
Teatr səhnəsində ifa etdiyi Şərbətəli (“Təzə gəlin”), Salyanski (“Gözün aydın”), Əli (“Qaynana”), Dursun (“Durna”), Mürsəl (“Gurultulu məhəbbət”), İbişov (“Özümüz bilərik”), Dursunov (“Hicran”), Tofiq (“Ev bizim, sirr bizim”), Hambal (“Məşədi İbad”), Mirzəqulu (“Durnalar qayıdanda”), Səbzəli (“Məhəbbət, şeytan və ağ ölüm”) kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
Arif Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.
Xalq artisti İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub. 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə “Humay” mükafatına layiq görülüb.
1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə “Qızıl Dərviş”, 2012-ci ildə “Zirvə” mükafatına, 2014-cü ildə “Sənətkar” medalına layiq görülüb. 
Xalq artisti 7 may 2021-ci il tarixində COVID-19 səbəbindən vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Oxşar xəbərlər

Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirildi
Xalq artisti vəfat etdi
Azərbaycanın Əməkdar artisti vəfat etdi (FOTO)
Əməkdar artist koronavirusdan vəfat etdi - Foto
Səfurə İbrahimova dəfn edildi
Azərbaycanda Xalq artisti koronavirusdan öldü
Nazir qalmaqallı direktora vəzifə verdi
Bu gün Nəsibə Zeynalovanın doğum günüdür - FOTO
Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı?
Arif Quliyev VƏFAT ETDİ
Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat etdi
Heydər Əliyev Sarayına direktor təyin olundu (FOTO)
Əməkdar mədəniyyət işçisi VƏFAT ETDİ
Teatr tariximizdə iz qoyan görkəmli sənətkar
“Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızının doğum günüdür
Xalq artistinin məzarı baxımsız vəziyyətdədir - Fotolar
2020-ci ildə itirdiyimiz sənət adamları - FOTO
Tanınmış rejissor vəfat etdi
Azərbaycanda rəssam koronavirusdan ölüb - FOTO
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Ağdam Dövlət Dram Teatrı işğaldan əvvəl və sonra (FOTO)
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Vladimir Putin azərbaycanlı rəqqası təltif edib
Səhiyyə Nazirliyinin baş nevroloqu vəfat etdi
Aktyor Rəşid Səməndər intihar edib
Hafiz Paşayevin doğum günüdür
Əməkdar rəssam Rafael Abbasov vəfat edib
ADPU-nun dosenti vəfat etdi
Əməkdar artist Almaz Mustafayeva vəfat etdi
Yunanıstan mətbuatı Azərbaycan aktrisasından yazıb