Baş Nazirdən orta məktəblərlə bağlı yeni QƏRAR
23-06-2020, 20:59
318

Baş Nazirdən orta məktəblərlə bağlı yeni QƏRAR

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nı təsdiq edib.

Gündəlik Bakı xəbər verir ki, bu Normalar sinif otağının bir şagird üçün müəyyən edilmiş sahə normativi nəzərə alınmaqla hazırlanıb.

Dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.

Dövlət ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil (bu Normaların 4-cü hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla) edilir. İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək komplekt siniflər təşkil olunur. Komplekt siniflər şagird sayı 18 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.

Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.

Oxşar xəbərlər

2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
10 və 11-ci sinif şagirdləri bu tarixdən məktəblərə qayıdacaq
I sinfə şagird qəbulunun vaxtı bitdi
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Bu tədris ilində Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlanıb
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
Məktəblər sentyabrda açıla bilər - Bu qaydada - Video
Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
“2” alan şagirdlər yuxarı sinfə keçirilməyəcək
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Türkiyədə məktəblər mayın 31-dək bağlı qalacaq
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
4000-dən çox şagird sinifdə qaldı
Yuxarı sinif şagirdləri üçün dərs başlayır?
Kolleclərə də sənəd qəbulu başlayır
Ərəb ölkələrində koronavirusa yoluxma halları artır
Təhsil naziri məktəblərin açılmasından danışdı
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir”
DİM: Bu il imtahan günlərinin sayı artacaq
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı