Üç saata Qəbələyə çatacaqsınız...
16-05-2021, 11:32
42

Üç saata Qəbələyə çatacaqsınız...

“Ləki stansiyası-Qəbələ birxətli dəmir yolununun istifadəyə verilməsi paytaxtdan Qəbələyə dəmiryolu vasitəsi ilə səfər etməyə imkan yaradacaq. Qeyd edək ki, sözügedən dəmir yolu xəttinin uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,49 km-dir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir”.
Bunu Milli Məclis deputatı Vüqar Bayramov deyib. İqtisadçı diqqətə çatdırıb ki, sözügedən dəmiryolunun istifadəyə verilməsi daxili və gəlmə turizmin inkişafı baxımdan vacib hesab olunur:
“Qəbələ turistlərin ən çox səfər etdiyi rayonlarımızdandır. Turizmin inkişafı Qəbələ rayonunun iqtisadi göstəricələrinə də təsirsiz ötüşməyib. Rayonda yerləşən hotellərdə rəsmi qeydiyyatdan keçməklə qalanların sayı son 5 ildə 31 dəfə artıb. 2015-ci ildə sözügedən rayonda 5909 nəfər hotellərdə qalıbsa, pandemiyadan əvvəlki il bu rəqəm 186 431-dək yüksəlib. Həmin müddətdə hotellərin gəliri 393 min manatdan 30 milyon 919 min manatadək artıb. Hotellərdə nömrələrin sayı son 5 ildə 196-dan 1 127-ə çatıb. Bu da birbaşa turizm sektorunda tələbin artması ilə bağlı olub. Turizmin inkişafı yan sahələrə də təsir edib. Belə ki, Qəbələdə son 5 ildə pərakəndə ticarət dövriyyəsi 32 faiz artaraq 197 milyon manata çatıb. Həmin müddətdə ictimai iaşənin dövriyyəsi 7 milyon 554 min manatdan 14 milyon 774 min manatadək yüksəlib”.
Millət vəkili bildirib ki, yeni dəmiryolu xəttinin istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq:
“Əcnəbi turistlərin qatarla səfərlərə üstünlük verdiyini nəzərə alsaq, bu gəlmə turizminin inkişafına da xüsusi töhvə verəcək. Qeyd edək ki, Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq. Yolda orta sürətin saatda 100 km olması nəzərdə tutulur ki, bu da Bakıdan gedən sərnişinlərin 3 saat sonra Qəbələyə təhlükəsiz və rahat şəraitdə çatmasını təmin etmiş olacaq”.

Oxşar xəbərlər

Dəmir yolu Vağzalının və Qəbələ birxətli dəmir yolunun açılışı oldu
“Qəbələyə çəkilən dəmir yolu xətti hazırdır” - Cavid Qurbanov
Bakıda yeni tunel istifadəyə verildi
Füzuli nəqliyyat qovşağına çevriləcək
“Fındıklıspor” komandası “Qəbələ”nin loqosundan istifadə edir? - FOTO
Yevlax-Xankəndi dəmiryolunun bir hissəsi yenidən qurulur
140 illik Horadiz-Ağbənd dəmir yolu bərpa olunur - Video
Füzuli hava limanının istifadəyə veriləcəyi tarix açıqlandı
Dünyanın ən uzun avtomobil-dəmir yolu körpüsü tikildi
Dünyanın ən uzun dənizaltı dəmir yolu tuneli tikiləcək
Prezident Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu - FOTO
“Zəfər yolu”-nun istifadəyə veriləcəyi tarix açıqlandı
Qəbələdə restoranın həyətində qadın meyiti tapılıb
Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib
Qəbələnin icra başçısı milyonları kimə həvalə edir? - İLGİNC FAKT
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb
Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
Azərbaycan təyyarələri Qarabağdan havaya qalxacaq - TARİX AÇIQLANDI (FOTOLAR)
Şahdağ Milli Parkında 16 ağac kəsilib
"Sabah" "Sumqayıt"a, "Qəbələ" "Səbail"ə qarşı
Bum çayı üzərində yeni körpü və avtomobil yolu istifadəyə verildi
Vilayət Eyvazov mayora yeni vəzifə verdi
Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttində hərəkət cədvəli yenilənəcək
Bakı-Xırdalan-Sumqayıt qatarı bu tarixdən açılır
Qəbələ yarımstansiyasında usta faciəvi şəkildə öldü
Bərdə-Ağdam dəmir yolu xətti minalardan təmizlənir
Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir - İlham Əliyev
“Lənkəran yenidən turizm zonasına çevrilir” - MÜSAHİBƏ
Qəbələnin dağ kəndində 5 nəfər köməksiz vəziyyətdə qalıb
Azərbaycana güclü qar yağıb – Video