Həbsdə olan Rasim Məmmədovun bacanağı özünü asıb – TƏFƏRRÜAT
16-05-2021, 12:14
127

Həbsdə olan Rasim Məmmədovun bacanağı özünü asıb – TƏFƏRRÜAT

“Baku Steel Company” MMC-nin Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədov hətta yaxın qohumunu çirkin məqsədlərinin qurbanına çevirib.

HİT.Az xəbər verir ki, bu barədə keçmiş deputat Nazim Bəydəmirli bildirib.

“Xaricdən bir dostum yazmışdı ki, bəs bilirsənmi "Baku Steel Company" MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun bacanağı intihar edib? Əlavə də etdi ki, Rasim onu öz yanına işə götürübmüş. Bu da dürüst insan olduğuna görə Rasimin müavini Çingizlə mübahisə edib ki, sizin gördüyünüz iş biznes deyil, quldurluqdur, haramdır və s. Bu söhbət böyüyüb,  nəticədə bacanağı Rasimlə dalaşıb və işdən çıxıb. "Bərk gedən bacanaq" da təsir edib baldızını boşadıb”, - deyə keçmiş deputat bildirib.

Onun sözlərinə görə, Rasim Məmmədovun Elşən Rəhimov adlı keçmiş bacanağı ailəsi dağılandan sonra xaricə gedərək orada kargo şirkəti qurub. “Rasim tutulandan sonra gəlib Bakıya ki, ailəsi ilə barışıq etsin, nə isə bunu eşidən hüquq-mühafizə orqanları adamı həbs ediblər, anası tanış deputat vasitəsi ilə həmin həbs edənlərlə təmas quraraq deyib ki, adamın Rasim Məmmədovla heç bir əlaqəsi yoxdur, adama bəlkə də işgəncə də veriblər. Nə isə boşanma sənədləri və şahidlərdən sonra açıb buraxıblar”, - Nazim Bəydəmirli qeyd edib.

Keçmiş deputat deyib ki, sonradan Elşən Rəhimovun biznesinə Azərbaycandakı yüksək vəzifəli şəxslərdən biri göz dikib. Həmin məmur Rasim Məmmədovun keçmiş bacanağına şirkəti onun adamlarına təhvil verməsini tapşırıb: “Elşən Rəhimov bütün bunlardan sonra Ramazan bayramı günü sonuncu dəfə keçmiş həyat yoldaşının yanına gedib, barışmağı və Azərbaycandan getməyi təklif edib, söhbət alınmayıb və o anasının evinə gedrərək özünü asıb”.

Oxşar xəbərlər

Rasim Məmmədovun qurbanları niyə zərərçəkən qismində tanınmır? -  “Bu işə siyasi don geyindirənlər…”
“Baku Steel Company”nin rəhbəri həbs EDİLDİ
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
Sabiq deputat DTX-ya müraciət etdi - Rasim Məmmədov işinə görə
“Rasim Məmmədov işi”ndə yenilik – Zərərçəkənlər DTX-yə çağırılır, amma...
“Yəqin öz sahiblərinə də “atıb”” - Rasim Məmmədovun 5 milyon ziyan vurduğu sabiq deputatdan İLGİNC AÇIQLAMALAR
“Baku Steel Company” şirkətinə yeni baş direktor təyin edildi - FOTO
Rasim Məmmədov bu gün məhkəmə qarşısına ÇIXARILACAQ
Rasim Məmmədova qarşı bu ittihamlar irəli sürüldü
Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər
Sabiq deputat DTX-da dindirilib
Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi
Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Bu adam tək başına Azərbaycan büdcə gəlirlərinin 8 faizini mənimsəyib
“Qala” sığortaların rəhbəri “Baku Steel Company”ə direktor təyin edildi - RƏSMİ
Rasim Məmmədovun “oxrana”sının rəisi Şahin Mahmudov nə üçün istintaqa cəlb olunmur ?-  O, həm də  Dövlət Miqrasiya Xidmətinin əməkdaşıdır
Ayə, qoymayın üstümə İrasim gəlir..-RASİM MƏMMƏDOVUN CİNAYƏT ƏMƏLLƏRİ.....
“Cəmi 3 gün işləmişdik ki, həmin qoçu dəstələri gəldi...” – 2 miyardlıq “müharibə”
Rasim Quliyevin apellyasiya şikayəti təmin edilmədi
Mehdiyevin “qara kassası” niyə həbs olundu? – Pərdəarxası
Məşhur aktyor vəfat etdi
“Məndən əl çəkin!” – Jurnalist Rasim Musabəyovu “yaramaz” adlandırdı
Rasim Məmmədovun Suraxanıda gizli zavodu üzə çıxdı
Hacıbala Abutalıbov həbs oluna bilər
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
Keçmiş deputatla bələdiyyə üzvü arasında məhkəmə çəkişməsi başladı
Səfirin Rasim Məmmədovla xəyanətə bərabər sponsor oyunu – təfsilat
55 MİLYONUN ARXASINDAN MEHDİYEV ÇIXIR - “Rasim Məmmədov bizə də atıb” mesajı nəyə xidmət edir?
Rasim Məmmədov kimdən qorxurmuş? - Zirehli maşın, gülləkeçirməz pəncərələri olan villa... - ŞOK FAKTLAR
“Rasim Məmmədov Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib”