Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
16-05-2021, 12:26
62

Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA

"Azərbaycanda koronavirusa yoluxma halı bir az da aşağı düşsə və vaksinasiya prosesi bir az da sürətlənsə, müəyyən yumşalmalara getmək mümkün ola bilər və yaxud, yay dövründə açıq havada maskasız gəzmək icazəsinə baxmaq olar".
Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Azərbaycanda yoluxma tempi aşağı düşüb və bu da əlbəttə ki, həyata keçirilən karantin tədbirlərinin nəticəsidir:
“Eyni zamanda, vaksinasiya prosesi gedir, ancaq zəif gedir. Hesab edirəm ki, vaksinasiya prosesini bir az sürətləndirmək üçün tədbirlər görülməlidir, həm vətəndaşlarımız məsuliyyəti artırılmalıdır, həm də hökumət qurumları bu işdə fəallıqlarını artırmalıdırlar.
Ölkəmizdə vaksinasiya olunanlarla yoluxanların ümumi sayı 2 milyon həddindədir. Bu da bizə əsas vermir ki, karantin rejimini yumşaldaq və daha sərbəst həyat rejiminə keçək. Yəni hələ ki, əhalinin 20 faizi vaksinasiya olunub və ya yoluxub. Vaksinasiya prosesini sürətləndirməklə heç olmasa 40 faiz əhali əhatə olunsa, karantin rejiminin yumşaldılması barədə düşünə bilərik.
Amma hələlik hesab edirəm ki, yay fəsli gəldiyinə görə, havalar istiləşdiyinə görə insanların Günəş şüası almağa, vitamin toplamağa daha çox ehtiyacı var. Bu baxımdan, fərdi qaydada rayonlarda karantin rejimini yumşaltmaq olar, ancaq hələlik Bakı üçün bunu söyləməyə çətinlik çəkirəm, çünki Bakıda həm əhali daha sıxdır, həm də yoluxma daha çoxdur.
Azərbaycan kiçik ölkədir və Bakıdan rayonlara getmək çətin deyil. Bütün bunlar hamısı konkret fikir söyləməyi çətinləşdirir, amma ümumi tendensiya odur ki, yoluxma azalmaya doğru gedir və bu da bizə imkan verə bilər ki, müəyyən qədər karantin rejimini yumşaldaq. Yaxud da ki, yay dövründə açıq havada maskasız gəzmək icazəsinə baxmaq olar.
Hesab edirəm ki, yoluxma bir az da aşağı düşsə, vaksinasiya prosesi bir az da sürətlənsə, açıq havada maskasız gəzməyə keçə bilərik. Amma digər karantin tədbirləri hələlik saxlanmalıdır”.

Oxşar xəbərlər

Metro, “mall”lar və idman zallarının fəaliyyəti nə vaxt bərpa olunacaq?
“Vaksinasiya prosesi mərhələli şəkildə davam etdiriləcək“ -Nazir müavini
Əli Əsədovdan vaksinasiya prosesi ilə bağlı AÇIQLAMA
Vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb
“Karantin rejimi yumşaldıla bilər, amma bir şərtlə...” - Komitə sədrindən açıqlama
Müəllimlər vaksinasiya olunacaq
Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı?- AÇIQLAMA
Azərbaycanda bir gündə 40 mindən çox insan vaksinasiya olundu
Azərbaycanda vaksinasiya olunanların sayı AÇIQLANDI
Azərbaycanda vaksinasiya olunanların sayı 500 mini ötdü
Karantin rejimi ilə bağlı vacib xəbər - 15 gün sonra...
Bu gün 202 nəfər vaksinasiya olundu
Bu gün 15 465 nəfər vaksinasiya olundu
“Sədərək” və “Binə” ilə bağlı açıqlama - Gələn ay...
Sərt karantin rejimi yanvarın 18-də başa çatır - Video
Ölkədə vaksinasiya olunanların sayı AÇIQLANDI
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - mart ayından etibarən
“İki-üç aydan sonra Azərbaycanda koronavirus yoxa çıxa bilər“ - Tanınmış həkim
Azərbaycanda vaksinasiya olunanların sayı yarım milyonu keçdi
Ölkədə vaksinasiya olunanların sayı AÇIQLANDI
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Koronavirusa qarşı vaksinasiya pulsuz olacaq
Azərbaycanda nə qədər insan peyvənd olunub? - RƏSMİ
Bu gün 25 mindən çox insan peyvənd olunub
Bu gün 19 nəfər peyvənd olundu
Vaksin olunanların sayı 1 milyonu keçdi - Azərbaycanda
İndiyədək ölkədə neçə nəfər peyvənd olunub? - RƏSMİ
TƏBİB-dən karantin rejimi ilə bağlı açıqlama
Bir gündə 14 680 nəfər peyvənd olunub
Peyvənd olunanların sayı AÇIQLANDI