Dövlət sərhədinin pozulması nəticəsində şəhid olan gizir Qubada dəfn edildi - FOTO
16-05-2021, 12:35
78

Dövlət sərhədinin pozulması nəticəsində şəhid olan gizir Qubada dəfn edildi - FOTO

Ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd pozucuları ilə silahlı insident nəticəsində həlak olan gizir Qubada dəfn olunub.
APA xəbər verir ki, gizir Alimov Fərid Elçin oğlunun nəşi anadan olduğu Quba rayonunun Yeni Güləzi kəndinə gətirilib. Hərbçi kənd qəbiristanlığında torpağa tapşırılıb.
Vida mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatında bildirilib ki, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.
Hadisənin baş verdiyi ərazi qapadılıb və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İİR vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.
Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.
Hadisə barədə aidiyyəti hüquq-mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb. Saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram “marixuana” və 95 qram “metamfetamin”, güclü təsir edən maddə olan 17715 ədəd “preqabalin” həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.
Cinayət işi Baş prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.










Oxşar xəbərlər

Şəhidimizlə vida mərasimi keçirilir
İranla sərhəddə atışma - İki hərbçimiz həlak oldu
Zəngilanda sərhəd zastavasının açılışı oldu
Sərhəddə əməliyyat - 45 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı - FOTO
İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb
Dövlət sərhədini pozmağa cəhd edən şəxs tutuldu - FOTOLAR
Sərhədi pozmaq istəyən şəxsdə narkotik maddələr aşkarlandı
Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi - FOTO
DSX-dən sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
Mincivan sərhəd zastavasının görüntüləri - VİDEO
Ermənistanla sərhədin bir addımlığında... - VİDEO
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı
Ermənistanın Sərhəd Qoşunlarının əsgərləri məhv edilib
Sərhədçiləri öldürən şəxslərdən biri saxlanıldı
Sərhəddəki insidentlə bağlı cinayət işi açıldı - RƏSMİ
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
İran-Azərbaycan sərhədində atışma: ölən var
Azərbaycan-İran sərhədində gərginlik: sərhədpozuculara atəş açıldı
Prezident Elçin Quliyevlə bağlı fərman imzaladı
DSX-nın yeni zastavası istifadəyə verildi
SON Dəqiqə: Ermənilər Qazaxda atəşkəsi pozdu
DSX-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTOLAR
DSX-dən əməliyyat: Üç nəfər tutuldu - FOTO
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
DSX və DİN-dən birgə ƏMƏLİYYAT
Əsgərimiz intihar etdi
İrandan Azərbaycana 84 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - Foto
Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq
Məhərrəm Əliyev və Elçin Quliyev Ermənistanla sərhəddə - FOTO