Ramiz Mehdiyevin həyat yoldaşı da subsidya alıb - Foto
24-06-2020, 22:06
514

Ramiz Mehdiyevin həyat yoldaşı da subsidya alıb - Foto

Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi saytında Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA-nın prezidenti olan Ramiz Mehdiyevin ailə üzvlərinin də adı var. 

Gündəlik Bakı xəbər verir ki, subsidiya alan fermerlərin siyahısında Ramiz Mehdiyevin həyat yoldaşı - Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsinin Hesablama riyaziyyatı kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyevanın, həmçinin Ramiz Mehdiyevin qızı - Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın və Ramiz Mehdiyevin oğlu Fövqəladə Hallar Nazirinin müavini, general-mayor Teymur Mehdiyevin adları da yer alıb.

“Yeni Avaz”ın araşdırmasına görə, Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatlarda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub. 

Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb. 

“Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin “Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görülür.

 

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən deputat vəzifəsindən İSTEFA VERDİ
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Daha bir deputat Mehdiyevin nəvəsinin toyunda olub
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
Ombudsman 82 min manata avtomobil aldı
“Karqo Şamil”  də Ramiz  Mehdiyevin nəvəsinin toyunda iştirak edib
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Tofiq Yaqubluya hökm oxundu
Ramiz Mehdiyev maral buynuzu ilə bu xəstəliklərini aradan qaldırırmış - İDDİA
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
“Rasim Məmmədov Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib”
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Məşhur icra başçısı da Mehdiyevin nəvəsinin toyunda olub - Video