TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...
24-06-2020, 20:12
464

TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bəzi səlahiyyətlərinin alınması təsadüfi deyil. 

Gündəlik Bakı xatırladır ki, 103 - təcili tibbi yardım xidməti və ambulator yardim xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin kompitensiyasında olacaq. 

Məlumata görə, bu bölgü bir müddətdir ki, Səhiyyə Nazirliyi ilə TƏBİB arasında gedən “soyuq müharibə”nin təzahürüdür. İddia olunur ki, bir neçə gün əvvəl bu mübarizə özünün pik həddinə çatıb. TƏBİB rəhbərliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi tutduğu vəzifədən azad edib. Bu barədə paytaxtın Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardıma Stansiyasının bütü bölmələrinə  məlumat verilib. Qeyd edilib ki, artıq baş həkim Rauf Nağıyev yox, Cavanşir Fərəcovdur. Cavanşir Fərəcov 9 saylı köməkçi stansiyanın baş həkimidir. 

Bu məlumatın üzərindən bir neçə saat keçdikdən sonra isə Rauf Nağıyevdən bütün bölmələrin baş həkimlərinə “WhatsApp”da mesaj gəlib. Həmin mesajda Rauf Nağıyev işinin başında olduğunu bildirib. “Heç bir dəyişiklik olmayıb, olmayacaq da”,- deyə Rauf Nağıyev bildirib. 

Bölmələrin baş həkimləri çaşqın vəziyyətdə qalıblar. Sonradan bəlli olub ki, TƏBİB-in əmri geri oxudulub. Bundan sonra Təcili Tibbi Yardım Xidmətinin Səhiyyə Nazirliyinə verilməsi Oqtay Şirəliyevin Ramin Bayramlı üzərində tam qələbəsi kimi dəyərləndirilsə də, TƏBİB-in məlumatı bu qarşıdurmanın hələ davam edəcəyini göstərir. Bir daha qeyd edək ki, məlumatda Təcili Tibbi Yardım Xidmətinin müvəqqəti olaraq Səhiyyə Nazirliyinə verildiyi vurğulanıb. 

Məlumatlarla bağlı adıçəkilən qurumlardan mövqe öyrənmək mümkün olmadı. Rauf Nağıyev də zənglərimizə cavab vermədi. 

Koronavirus pandemiyası dövründə əhalinin sağlamlığına cavabdeh olan Səhiyyə Nazirliyi ilə TƏBİB arasında gedən mübarizə arzuolunmazdır. Bu, infeksiya ilə mübarizənin effektivliyinə mənfi təsir göstərə bilər.

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi: "Məişət əşyaları daşıyan təcili yardım avtomobili bizim deyil"
Deputatlar təcili parlamentə çağırıldı - Nə baş verir?
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
Kömək istəyənlər üçün “səs gələn tərəf” - FOTOREPORTAJ
Kişi Beşbarmaq dağında köməksiz qaldı
Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto
Dəniz kənarından 2 ədəd mina tapıldı
Gəncədə iki top mərmisi tapıldı
Xüsusi karantin dövründə yazılan cərimələr ləğv olunur? - RƏSMİ
TƏBİB onlayn sifariş edənlərə müraciət etdi - Diqqət!
Azərbaycanda növbədə gözləmə qaydaları AÇIQLANDI
TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama
161 koronavirus xəstəsi reanimasiyadadır - RƏSMİ
TƏBİB: Hazırda testlərlə bağlı vətəndaşlara zənglər edilir
TƏBİB: Məscidlər açılmayacaq
Azərbaycanda vəzifəli şəxs öz istəyi ilə işdən çıxarıldı
Azərbaycanda bu qadağalar LƏĞV EDİLİR: rayonlara gediş-gəliş... — SİYAHI
Çin və İtaliyadan Azərbaycana gələn həkimlərə pul verilirmi?
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı - TƏBİB
Tbilisinin mərkəzində partlayış olub
Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA
İctimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq - RƏSMİ AÇIQLAMA
TƏBİB “Semaşko”yla bağlı açıqlama yaydı
Xocavənddə  ermənilər üçün yeni təcili yardım stansiyası açıldı...-FOTOLAR
Bakıda qadını qatar vurdu
TƏBİB rəsmisi: “Bu gün üçün reanimasiyada olan xəstələrin sayı çoxdur”
Koronavirus xəstələri üçün kimlər donor ola bilər?
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Regionlarda karantin təkrar sərtləşdirilir?